Məhkəmə qərarları › İş №2(060)-590/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-590/2025

05.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-590/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbi”nə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 35.90 kv.m ölçüdə yaşayış sahəsi xx.xx.1980-cı ildə Jdanov (Beyləqan) dövlət notariusunda təsdiq edilmiş alqı-satqı müqviləsi əsasında mərhum əri X4 adına rəsmiləşdirilmişdir. X8 xx.xx.2003-cü ildə vəfat etmişdir. Həmin torpaq sahəsində yerləşən hazırki ev təxminən 1973-cü illərdə inşa edilmişdir. İddiaçının qayınatası 1991-ci ildə, qayınanası isə 2008- ci ildə vəfat etmişdir. 2024-cü il tarixdə miras əmlakı öz adına rəsmiləşdirmək üçün notariusa getdikdə, xx.xx.2024-cü il tarixli məktubu ilə miras əmlakının qəbulu müddətini buraxmağını əsas gətirərək müddətin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Lakin iddiaçı notariatın bu mövqeyi ilə razılşmasa da, məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Göstərilənlərə əsasən xx.xx.2003-cü ildə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 35,90 kv.m ölçüdə yaşayış sahəsinin miras əmlakı kimi iddiaçı tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, Beyləqan şəhəri, Munis Abbaslı küçəsi, ev 28 xüsusi mülkiyyət hüququ ilə X4 adına xx.xx.2024-cü il tarixdə, ********** nömrəsi ilə qeydiyyatdan keçirilmişdir.

8. İş materiallarında olan Azərbaycan SSR Beyləqan rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, İV-ЖГ № 292179 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1991-ci il tarixdə ürək çatmamazlığı xəstəliyindən ölmüşdür

9. İş materiallarında olan Sumqayıt VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZ-İ № 031531 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2003-cü il tarixdə ağciyər, ürək çatmamazlığı xəstəliyindən ölmüşdür.

10. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 447839 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə ürəyin işemik xəstəliyi, hipertenziya xəstəliyindən ölmüşdür.

11. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 2532 saylı məktubunun surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3 qalmış mirasın qəbulu barədə notariat ofisinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəyə baxılmışdır. Ərizəyə və ərizəyə əlavə olunan sənədlərə cavab olaraq bildirilir ki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mərhum X4 vəfat etdiyi xx.xx.2003-cü il tarixə qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 (altı) ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ missəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin qərarla, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Göründüyü kimi miras sözügedən qərarın qəbul edildiyi xx.xx.2023-cü ildən qabaq, yəni xx.xx.2003-cü il tarixdə açıldığı üçün, həmin dövrün qanunvericiliyinə əsasən, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal hazırda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, mirasın qəbulu faktının müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunur.

12. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/077219-24 saylı arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunana ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: əri (arvadı) İddiaçı, oğlu X9, oğlu X10, oğlu X6.

13. İş materiallarında olan İddiaçı əvəzinə Nümayəndə 1 saylı Sumqayıt regional “ASAN ximət” mərkəzində notariat ofisinə ünvanladığı **********686 saylı, xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, xx.xx.2003-cü ildə İddiaçı ünvan 4 ünvanda yaşamış əri X8 ölmüşdür. Mirasın tərkibi: ondan irs qalmış miras əmlakı qəbul edir. İddiaçı başqa aşağıdakı vərəsələr var (olduğu halda): oğlu-X6, oğlu-X10, oğlu-X9, oğlu-X14. Mirasın tərkibinə daxil olan miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə-üzrə, habelə məcburi paya) vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. (əmlakın növü və vərəsəliyə çağırılmanın əsası fərdi qaydada göstərilməklə).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının əri X8 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin müddətin ötürülməsi ilə bağlı ona imtina cavabı verilmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən 35,90 kv.m ölçüdə yaşayış sahəsinin ərindən miras qaldığını iddia edir və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

17. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

18. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

19. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

20. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

21. Eyni Məcəllənin 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

22. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

23. Qeyd olunan Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

24. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

25. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

26. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

27. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

28. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X8 öldükdən sonra arvadı İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də, miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir.

29. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mirasın açıldığı məqamda miras əmlak onların istifadəsində olmuş və mirasqoyanın vərəsəsi tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçının ərinin mirasını vaxtında qəbul etməməsi üzrlü səbəblərdən baş vermişdir.

30. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mərhum X3 miras qalmış əmlakın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlak- ünvan 1 ünvanında yerləşən 35,90 kv.m ölçüdə yaşayış sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar