Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5904/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi ilə, İddiaçı Cavabdeh İsgəndər oğluna qarşı əmlak və pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh İsgəndər oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İsgəndər oğlundan 25 qram 750 əyar dəyərində 4200 AZN olan qızıl komplekt dəsti, (sırqa,qolbaq,üzük,klonu ilə sep) 5 qram 750 əyar 520 AZN dəyərində olan alyans üzüyü, 7 qram 750 əyar 680 AZN dəyərində olan nişan üzüyünü və ya qızıl-zinət əşyalarının ümumi dəyəri 54000 AZN məbləğində olan pulun, 77 sayda cehiz əmlaklarının və ya onların ümumi dəyəri 19.4989 manat olan məbləğin və 1800 manat məbləğində borcun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müəyyən olunmuşdur ki, cavabdehin qeydiyyat ünvanı Qubadlı rayonu, Mahmudlu kəndidir.İddia ərizəsində cavabdehin ünvanı Sumqayıt şəhəri, 12-ci mikrorayon, Yeni yaşayış kompleksi, bina 734, mənzil 36 kimi göstərilsə də, onun qeydiyyat ünvanı ünvan 3məli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1.). Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır (152.1.3). Məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı ünvan 4 hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh İsgəndər oğluna qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5904/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5904/2021
24.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver