Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5919/2022 19.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/10 saylı evin, 40-cı mənzilində elektrik enerjisinə görə yaranmış 1157,80 manat borcun iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar olaraq silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/10 saylı evin, 40-cı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu onun adına xx.xx.2022-ci ildə verilmiş çıxarış təsdiq edir. Mənzili Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi əsasında 04 fevral 2022-ci ildə X1 almışdır. Cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışda (abonentin saldosu) mənzilin keçmiş mülkiyyətçisi X2 adı qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş abunə haqqında arayışda (abonentin saldosu) 157,80 manat limitdən artıq elektrik enerjisindən istifadə etməsi göstərilmişdir. Həmin borc xx.xx.2015-ci ilə qədər olan dövrü əhatə edir. Hesab edir ki, Mülki Məcəllənin 73.3-cü maddəsinə əsasən borc məbləği iddia müddəti keçdiyindən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, əvvəlki mülkiyyətçiyə aid olan mübahisələndirilən borc məbləğinə görə mənzil üzrə elektrik enerjisindən istifadə ilə bağlı abonent kimi qeydə alınmır. Ona görə də araşıdılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Eləcə də bildirir ki, hazırda araşdırılan mənzil üzrə elektrik enerjisinə isitfadəyə görə hesablanmış borc məbləği köhnə mülkiyyətçi tərəfindən mübahisələndirilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5550/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə iddia qismən təmin edilmişdir. Bu baxımdan hesab edirəm ki, mübahisə predmeti olan borc məbləğinə dair artıq məhkəmə qərarı qəbul edildiyindən hazırki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/10 saylı evin 40 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçınun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Abonent Həsənov Ş. məxsus olan Abonent kartından görünür ki, ünvan 1 ünvanına (abonent kodu **********00348) aid abunə hesabında 1157,80 manat borc vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5550/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh Azərışıq ACS-yə qarşı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/10 saylı evin 40 saylı mənzilə hesablanmış 1146,40 manat borcun silinməsinə dair iddiası qismən təmin edilmişdir. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı halda ərizəçi subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmeti olan borc mənzilin əvvəlki mülkiyyətçisi abonent Ş.Həsənovanın abonent hesabına aiddir. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırılan mübahisə ilə bağlı iddiaçının həmin borcun ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ yoxdur. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, araşdırılan mübahisənin mahiyyətindən görünür ki, iddiaçı yaşadığı ünvanın abonent hesabında qeydə alınmış həmin borc səbəbindən abonent kimi qeydə alınmır və bu baxımdan araşıdılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə izah edir ki, iddiaçıya yaşadığı ünvan üzrə abonent kimi qeydə alınması və yeni abunə kodunun verilməsi ilə bağlı enerjitəchizatı təşkilatına müraciət etmək, ona imtina edildiklə isə enerjitəchizatı təşkilatının üzərinə yaşadığı ünvan üzrə abonent kimi qeydə alınması və yeni abunə kodunun verilməsi ilə bağlı öhdəliyik qoyluması barədə iddia hüququ vardır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxaraq hesab edir ki, ərizəçi tələb üzrə subyektiv hüquqa malik olmadığından iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5919/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5919/2022
19.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver