Məhkəmə qərarları › İş №2(060)-5923/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5923/2025

13.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5923/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında yazılmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən X3 tərəfindən əsassız olaraq ondan tələb edilən 159.96 manat rüsumun və xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz yazılmış 3110.40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Bundan əlavə onun Sumqayıt şəhəri st. Sumqayıt,st, SUM.ev 379 ünvanında da bir evi vardır. Lakin həmin evdə ümumuiyyətlə uzun illərdi yaşamırdır. xx.xx.2023-cü il tarixində X3nin işçiləri onun Sumqayıt şəhəri st.Sumqayıt,st, SUM.ev 379 ünvanımdakı evinə gələrək sayğaca baxış keçirmiş və 3110.40 manat əsassız və qanunsuz olaraq cərimə yazılmışdırlar. (**********03790). xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib olunan aktda qeyd olunur ki, Yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın cıxış plastmas borusu deşilmiş, sayğacın yaddaş arxivi oxundu,sayğacda istismar müddətində alarm-1 rejimi aşkar olunmamışdır. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyatda 100% nisbi xətayla işləyir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxş keçirildi, plastmas boruda deşik aşkar olundu.hesablama mexanizmi minimal sərfiyatda kecən qazın həcmini qeyd etmir.Sayğac istismara yararsızdır. O həmin evdə yaşamır, heç bir şeydən xəbəri yoxdur.Kim sayğaca müdaxilə edib, kim qurdalayıb bilmir. Həmçinin Qaz idarəsi əsassız və qanunsuz olaraq ondan quraşdırılmış sayğaca görə 159.96 manat rüsum tələb edir. Qaz saldosunda göstərilir ki, Sumqayıt şəhəri st. Sumqayıt,st, SUM.ev 379 Ünvanında uzun illərdi o qazdan istifadə etmirdir. Yazılmış akta imza etməmişdir. Ona da akt təqdim olunmamış, aktların surətləri ona verilməmişdir.0309705 saylı akt əsasında yazılmış borcla razı deyildir. Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında yazılmış 3110.40 manat borc əsassızdır. İstehlakçı kimi hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh kimi etirazlarını nəzərə alaraq qeyd olunan 2(060)- 5923/2025 saylı mülki iş üzrə iddiaçı X2 tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə etirazı onla əsaslandırmışdır ki, iş üzrə cavabdeh olaraq aşağıda qeyd etdiklərinə əsasən iddia ərizəsinə etiraz edirlər. Belə ki, Sumqayıt şəhəri K.Kotec qəsəbəsi M.F.Axundov küc.ev 2 ünvanında yaşayan X1 adına Sumqayıt RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına baxış keçirilən zaman : Yivli birləşmələri korroziyaya uğramışdır. Sayğacın çıxış borusu deşilmişdir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmamışdır. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyatda -100% nisbi xətayla işləyir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olunmuşdur. Hesablama mexanizmi minimal sərfiyatda kecən qazın həcmini qeyd etmir.Sayğac istismara yararsızdır. Fakt barədə Sumqayıt RQll-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2023-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 25920 m³ təbii qaz sərfinə görə - 3110.40 manat (üc min yüz on manat qırx qəpik) dəymiş ziyan məbləği hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 izahatında bildirdi ki, onlar st.Sumqayıtda yaşamırlar. Sayğac çöldədir. Qızı hazırlığa getdiyinə görə onlar Kotecdə kirayə qalırlar. Heç bir komunaldan istifadə etməmişdirlər. Kartla ödəniş edilir. 3 ildir yaşamırlar. Sonuncu dəfə pul yükləyəndə borc olduğunu görmüşdürlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, keçən məhkəmə iclasında fikrini bildirmişdir. Sayğaca baxış keçirilmişdir. Sayğacda nöqsan aşkarlanmış və akt tərtib olunmuşdur. Nöqsanlar aşkar edilmiş və sayğac istismara yarasız hesab edilmiş, sayğaca müdaxilə olunduğu qiymətləndirilmişdir. Nəzarətçilər ayda 2 dəfə baxış keçirirlər. Nöqsan olduğuna görə sayğac dəyişdirilib. 3110.40 manat borc akta əsasən tələb olunan məbləğdir. Məhkəmə, işdə iştirak edən iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh İB-nin 27 mart 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 27 mart 2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə sayğacın nominal qaz sərfi 6 m3/saat günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacdan birləşmələri korroziyayay uğrayıb sayğacın çıxış plasmasına boru daxil edilməsi nöqsanı aşkar edilmişdir. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********03790) İddiaçı məxsus ünvan 6 ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G4T Smart tipli sayğac quraşdırılmışdır. 2023-cü il üçün 25920 kub metr qaz sərfi hesablanmış, 03/2023-cü il tarixdə ayın sonuna 3110.40 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün qaz sayğacı quraşdırılmış, ünvan üzrə “sayğaca baxış keçirilən zaman sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə” əsası ilə 27 mart 2023-cü il tarixli ******* saylı akt tərtib olunmuş, nəticədə abonentin **********03790 saylı abonent hesabına “Sayğacdan kənar xəttin ləğv olunması və dəymiş ziyanın ödənilməsi” əsasında akt üzrə borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. 03/2023-cü il tarixdə ayın sonuna isə 3110.40 manat borc hesablanmışdır. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, 13-cü maddə üzrə 8-1-ci hissə əlavə edilmişdir, həmin qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********03790 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli ******* saylı akta əsasən sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadəsinə görə əsassız hesablanmış 3110.40 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı tərəfindən verilmiş iddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, ev 379 ünvanına aid **********03790 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 3110.40 (üç min bir yüz on manat qırx qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar