Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5928/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən **********00512 abunə koduna hesablanmış 541 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, K.Hüseynov küçəsi, Yay klubunun ərazisində yerləşən 6 saylı fərdi evdə yaşayır. Yaşadığı ünvanda cavabdeh təşkilat tərəfindən işıq sayğacı quraşdırılmış və iddiaçı bu evdə vəfat etmiş atası X2 ilə yaşamış və sayğac onun adına olmuş və iddiaçı da sayğacın göstəriciləri əsasında işıq sərfıyyatı ilə bağlı ödənişləri vaxtlı-vaxtında həyata keçirmişdir. Lakin cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2022-ci ildə iddiaçı və aiıə üzvlərinin iştirakı olmadan həmin ünvana baxış keçirilmiş, ******* № R seriyalı akt tərtib olunmuş və həmin akt əsasında 541 manat cərimə borcu yazılmışdır. Bunu onunla əsaslandırmışdır ki, guya iddiaçı tərəfindən sayğacdankənar işıq xəttindən istifadə edilmişdir. Halbuki belə bir hala onun tərəfindən yol verilməmişdir. İddiaçı həmin aktın tərtib olunmasında iştirak etməmiş, lakin cavabdeh təşkilatdan işıq sərfıyyatı ilə bağlı borca dair bildirişi aldıqda həmin bildirişdə borcun yazıldığını görmüşdür. Aktın surətini iddiaçı təxminən xx.xx.2022-ci il tarixdə almışdır.Onu da qeyd edir ki, cavabdeh tərəfindən yaşadıqları mənzilə işıq verilməsi kəsilmiş və 2 gün işıqsız qalmış və məcburiyyət qarşısında qalaraq işığın bərpa olunması üçün 50 manat ödəniş etmək məcburiyətində qalmış və yalnız bundan sonra işığın verilməsi bərpa olunmuşdur. İddiaçının yaşadığı evə xidmət göstərən sayğac evin içərisində deyil, çöl tərəfdə quraşdırılmış və həmin sayğacda baş verə biləcək hər hansı bir xətaya görə iddiaçı məsuliyyət daşımır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. Bildirdi ki, evlərində usta işləyərkən yalnız bir günlük kənar xətt çəkmişdir ki, əsas xətt sıradan çıxmasın, bundan sonra heç vaxt kənar xətdən istifadə etməmişlər. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 etiraz təqdim etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, İddiaçı "Azərişıq” ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan suiistifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 03 avqust 2022-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, qeyd olunan ünvanda sayğacdan kənar xətdən isdifadə etməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş X3 qaydaları”nm (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun araq 03 avqust 2022-ci il tarixli, AKT R№ 262479 saylı akt əsasında 525,83 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən isdifadə olunmasını bir daha sübut edir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X3 qaydaları"nm (EEİQ) 8.17.1-ci bəndinin İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə itirilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. iddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 541 manat hesablaşma aparıldığını iddia idərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə asasən "İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara ,ə digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə zavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir". Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Odur ki, İddiaçı X3 qaydalarını pozduğuna görə tərtib edilmiş 03 avqust 2022-ci il tarixli, 262479 saylı akta əsasən ablanmış 541 manat borcun silinməsi tələbinə dair iddia tələbinin əssasız olduğu üçün iddia təbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı atası X1r. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2015-ci il tarixdə ağ ciyər ödemi səbəbindən vəfat etmişdir. - etirazdan görünür ki, 03 avqust 2022-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, qeyd olunan ünvanda sayğacdan kənar xətdən istifadə etməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş X3 qaydaları”nm (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun araq 03 avqust 2022-ci il tarixli, AKT R№ 262479 saylı akt əsasında 525,83 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən isdifadə olunmasını bir daha sübut edir. - Abunə haqqında arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nə 541 manat məbləğində borcu vardır. - 03 avqust 2022-ci il tarixli, R 262479 saylı aktdan görünür ki, elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacdan kənar xətdən istifadə etməsi halı aşkar edilmiş aşkar edilmişdir. - cavabdehin nümayəndəsinin təqdim etdiyi video materialdan görünür ki, iddiaçım yaşadığı evdə olan sayşacdan kənar xətt aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, K.Hüseynov küçəsi, Yay klubunun ərazisində yerləşən 6 saylı fərdi evdə (Abonent: **********00512) elektrik enerjisindən sayğacdan kənar istifadə edilmiş, bununla bağlı hazırda abonentin 541 manat borcu yaranmışdır. Buna görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının qeyd etdiyi borc məbləği enerji təchizatı müəssisəsindən onun istifadə etdiyi elektrik enerjisinə görə hesablanmışdır. Buna görə də Enerjitəhcizatı müəssisəsi tərəfindən iddiaçının mənzilinə hesablanmış həmin borc məbləği və həmin borcu tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, K.Hüseynov küçəsi, Yay klubunun ərazisində yerləşən 6 saylı fərdi evə (Abonent: **********0512) X3yə görə akt əsasında hesablanmış 541 manat məbləğində borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, K.Hüseynov küçəsi, Yay klubunun ərazisində yerləşən 6 saylı fərdi evə (Abonent: **********0512) X3yə görə akt əsasında hesablanmış 541 manat məbləğində borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5928/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5928/2022
13.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver