Məhkəmə qərarları › İş №2(060)-5935/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5935/2025

02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5935/2025 02.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qardaşları X16 və X23 ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. Sözügedən mənzilə dair mərhum X2na Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən 13/54 saylı, 08 yanvar 1987-ci il tarixli order verilmiş və bu order əsasında onunla kirayə müqaviləsi bağlanmışdır. X2 27 mart 2022-ci il tarixində vəfat etmişdir. Tərəflərindən ünvan 1 ünvanında yerləşən mənzil üzrə hüququn ölmüş şəxsə X2na məxsus olmasını təsdiq edən dövlət reyestrindən arayışın verilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı ərazi idarəsinə müraciət edilmişdir. Lakin 12 iyun 2024-cü il tarixli bildirişlə arayışın verilməsindən imtina edilmişdir. Bildirişdə göstərilmişdir ki, təqdim etdikləri Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 13/54 nömrəli orderdə və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/2-1149-2023 nömrəli arxiv çıxarışında mülkiyyətçinin soyadı “Məcidova”, adı isə “Şəfaqət” kimi qeyd olunmuşdur. Adlar arasındakı uyğunsuzluq səbəbindən bu məsələnin yalnız məhkəmə qaydasında həll oluna biləcəyi bildirilmişdir. Ərizəçi tərəfindən Sumqayıt İcra Hakimiyyətinə müraciət olunmuş, xx.xx.1987-ci il tarixli, 13/54 nömrəli orderin əslində X13ma məxsus olmasını təsdiqləyən sənədin verilməsi və ya bu faktın tanınması imkanlarının olub-olmaması barədə rəsmi yazılı cavab təqdim edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər İcra hakimiyyəti tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, qeyd olunan uyğunsuzluqlar səbəbindən ərizədə qaldırdığı məsələnin müsbət həlli mümkün olmamışdır. Göstərilənlərə əsasən Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 13/54 nömrəli orderin ərizəçinin X2na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Tərəflərindən məhkəməyə etiraz təqdim edilərək, bildirmişdir ki, Ərizəçi 5-6/1-İ-127- 092/2025 qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə şəhər İcra Hakimiyyətinə müraciət edərək, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1986cı il tarixli 30 saylı protokolu əsasında X2nın adına ünvan 1-yə dair xx.xx.1987-ci il tarixdə verilmiş 13/54 saylı orderdə və AR Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F2-1149-2023 nömrəli arxiv arayışında anasının soyadının “X14” kimi qeyd edildiyini bildirərək, yaranmış uyğunsuzluğun aradan qaldırılmasını və xx.xx.1987-ci il tarixli, 13/54 saylı orderin X6 aid olmasının müəyyən edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı X1 və adında uyğunsuzluq olduğu aşkar olunmuşdur. Belə ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli, 13/54 nömrəli orderdə və AR Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 21.12. 2023-cü il tarxli 3-48- DA-10F/2-1143-2023 nömrəli arxiv çıxarışında mülkiyyətçinin soyadı “Məcidova”, adı isə “Şəfaqət” kimi qeyd edilmişdir. Qeyd edilən uyğunsuzluqlar səbəbindən tərəflərindən ərizəçiyə xx.xx.2025-ci il tarixli məktubla cavab məktubu göndərilmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Atasının adı İsmayılov İlham, anasının adı isə İsmayılova Şərafətdir. Hazırda uşaqları ünvan 1-də yaşayırlar. Anası 3 il əvvəl vəfat etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Atasının adı İsmayılov İlham, anasının adı isə İsmayılova Şərafətdir. Hazırda uşaqları ünvan 1-də yaşayırlar.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun həm xalası, həm də dayısı nəvəsidir. Atasının adı İsmayılov İlham, anasının adı isə İsmayılova Şərafətdir. İsmayılova Şərafətin soyadı nikahdan əvvəl Məcidova olmuşdur. Hazırda uşaqları ünvan 1-də yaşayırlar.

10. İş materiallarında olan Qubadlı Nikah evi tərəfindən 24 iyun 1965-ci il tarixində verilmiş АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1958-ci il tarixində Qubadlı rayonunda anadan olmuş, atası X24, anası X17r.

11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal sahəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 129 saylı ətraflı arayışın surətindən görünür ki, göstərilən ünvan 13-cü mikrorayon, ev 7a, mənzil 77. Mənzilin yaşayış sahəsi 39,6 kv.m, 3 otaqdan ibarətdir. xx.xx.1987-ci il tarixli, 13/54 saylı orderə əsasən mənzil X5 adına verilib. Mənzilin kirayəçisi X10 xx.xx.1987-ci ildə qeydiyyata düşüb, xx.xx.2022-ci ildə vəfat edib. Həyat yoldaşı İsmayılov İlham İsmayıl oğlu xx.xx.1987-ci ildə qeydiyyata alınıb, xx.xx.2012-ci ildə vəfat edib, oğlu Ərizəçi xx.xx.1995-ci ildə qeydiyyata alınıb, oğlu X23 xx.xx.1999-cu ildən qeydiyyata alınıb, oğlu X18 xx.xx.2000-ci il tarixdən qeydiyyata alınıb.

12. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ № 550949 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İsmayılov İlham İsmayıl oğlu xx.xx.2012-ci il tarixində qida borusu xərçəngi xəstəliyindən vəfat etmişdir.

13. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 268028 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixində essential hipertenziya xəstəliyindən vəfat etmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-2098/2024 saylı bildirişin surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 7A ünvanında yerləşən, mərhum X6 məxsus 77 saylı mənzil üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi barədə xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Təqdim edilən sənədlərin araşdırılması zamanı mərhum X1 və adında uyğunsuzluq olduğu aşkar olunmuşdur. Belə ki, təqdim etdiyiniz Sumqayıt Şəhər Xaiq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 13/54 nömrəli orderdə və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 48-DA-10F/2-1149-2023 nömrəli arxiv çıxarışında mülkiyyətçinin soyadı “Məcidova", adı isə “Şəfaqət” kimi qeyd edilmişdir. Bildirilir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi əsasında ərizənin icrasında imtina edilməsi məqsədəmüvafiq hesab olunmuşdur.

15. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, tərəfinizdən şəhər icra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmışdır. Müraciətdə Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 30 saylı protokolu əsasında anaları X5 adına ünvan 1 ünvanına dair xx.xx.1987-ci il tarixdə verilmiş 13/54 saylı orderdə və AR Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48DA-10F2-1149-2023 nömrəli arxiv arayışda anasının soyadının "X14” kimi qeyd edildiyini, əslində isə X10 olduğunu bildirərək, yaranmış uyğunsuzluğun aradan qaldırılması və xx.xx.1987-ci il tarixli, 13/54 saylı orderin X6 aid olmasının müəyyən edilməsi xahiş olunur. Təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, AR Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 21,12.2023-cü il tarixli 3-48DA-10F/2-1149- 2023 nömrəli arxiv arayışında ananızın soyadının “X14, Sumqayıt şəhər Xalq Deputatları Soveti icraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 30 saylı protokolu ilə verilmiş xx.xx.1987ci il tarixli 13/54 saylı orderdə, həmçinin, doğum və nikah haqqında şəhadətnamələrində ananızın soyadı “X4, ölüm haqqında şəhadətnaməsində isə “X3 göstərilmişdir. Bildirilir ki, qeyd olunan uyğunsuzluqlar səbəbindən ərizədə qaldırılan məsələnin müsbət həlli mümkün olmamışdır.

16. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 48-DA-10F/2-480-2024 saylı arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1986-cı il tarixli, 32 nömrəli “Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi” Protokoluna əsasən Qızıl Aypara cəmiyyətinin 31.10.86-cı il tarixli, 60 nömrəli məktubu və 03.10.86-cı il tarixli 58 nömrəli protokolu əsasında 59. X9 5 nəfərdən (Məcidova Ş.A-özü, İsmayılov İ.İ – əri, İsmayılov R.İ-oğlu, İsmayılov S.İ-oğlu) ibarət ailə tərkibi ilə adına keçirilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 13/54 nömrəli orderdə ərizəçinin ana adı “Şərafət” olduğu halda, “Şəfaqət” kimi qeyd edilmişdir və yanlışlığın yol verildiyi order hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

19. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.

20. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

21. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

22. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.

23. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli, 13/54 nömrəli orderdə X11 dair qeydin ərizəçinin anası X12 məxsus olması faktı müəyyən edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli, 13/54 nömrəli orderdə X11 dair qeydin ərizəçinin X2na məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar