Məhkəmə qərarları › İş №2(060)-5945/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5945/2025

29.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5945/2025 29.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı X1 cavabdeh Azərbaycan Dövlət Su X5 X6 X9 Cihazları İdarəsinə qarşı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Dövlət Su X5 X6 X9 Cihazları İdarəsinə qarşı 24* manat cərimənin hüquqi əsas olmadan tətbiqi ilə bağlı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tətbiq olunmuş 24* manatlıq cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi forma və məzmun tələblərinə iddiaçı tərəfindən əməl olunmamışdır. İddiaçı X4 iddia ərizəsində cavabdeh olaraq Azərbaycan Dövlət Su X5 X6 X9 Cihazları İdarəsini qeyd etmişdir. Lakin həmin qurum əvəzinə İri şəhərlərin X7 Xidməti Publik Hüquqi Şəxsi qeyd edilməlidir. İddiaçı tərəfindən ərizəyə bir çox sənədlər əlavə edilməmişdir(tərtib edilmiş akt, cərimənin yazılmasını təsdiq edən sənəd (abonentin saldosu) və sair). Bu isə qanunvericiliyin tələbinə uyğun olmamaqla, işə baxılmasını mümkünsüz edir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçı X3 ərizənin forma və məzmun tələbinə əməl etməklə, tələbinin yönəldiyi cavabdehin adını və ünvanını düzgün qeyd etməklə iddia tələbinə cavab verməli olan cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Dövlət Su X5 X6 X9 Cihazları İdarəsinə qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 1* gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar