Məhkəmə qərarları › İş №2(060)-5977/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5977/2025

15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5977/2025 15.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə “hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə “hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, arxiv arayışında adı “Narınc”, ata adı “Məhmədrıza,ölüm haqqında şəhadətnamədə adı “Narınca”, ata adı “Macmarza” ona məxsus doğum haqqında şəhadətnamədə adı “Narıc”, ata adı “Məhmərzə” kimi qeyd olunmuş şəxslərin eyni şəxs olması hüquqi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xızı rayon arxiv arayışında adı “Narınc”, ata adı “Məhmədrıza”, ölüm haqqında şəhadətnamədə adı “Narınca”, ata adı “Macmarza” ona məxsus doğum haqqında şəhadətnamədə adı “Narınc”, ata adı “Məhmərzə” kimi hüquqmüəyyənedici sənədlərin X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi X1 Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilmiş yanvar 1988-ci il tarixli texniki pasportda “X14”, ölüm haqqında şəhadətnamədə “X15” kimi hüquqmüəyyənedici sənədlərin X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X7 xx.xx.1934-cü ildə Xızı rayonunda doğulmuşdur. X9 ilə rəsmi nikah qeydiyyatından keçərkən Muradova soyadını qəbul etmişdir. Anası xx.xx.2023-cü ildə vəfat etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mərhumun ad və ata adında uyğunsuzluq olduğundan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.Anasından Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllədə yerləşən 13 saylı ev miras qalmışdır. Xızı rayon Dövlət Arxivindən alınmış Arxiv arayışında anasının adı “Narınc”, ata adı “Məhmədrıza” kimi qeyd edilir. Anasına məxsus ölüm haqqında şəhadətnamədə anasının adı “Narınca”, ata adı “Macmarza” kimi, onun doğum haqqında şəhadətnaməsində anasının adı “Narıc”, ata adı “Məhmərzə” qızı kimi qeyd edilmişdir. Notariat orqanına müraciət edərək anasından qalan miras əmlakı qəbul etmək istəyir. Hazırda anasının adı və soyadında olan dəyişikliklərlə əlaqədar mirası qəbul edə bilmir.Hazırda bu problemin məhkəmədən kənar başqa qaydada həll etmək mümkün olmadığından məcbur olub məhkəməyə müraciət etmişdir.Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi zərurəti anasından qalmış mirası qəbul etməklə əlaqədar lazımdır.Ona görədə anasına aid bütün sənədlərdəki, arxiv arayışında soyadı “Racabova”, adı “Narınc”, ata adı “Məhmədrıza,ölüm haqqında şəhadətnamədə soyadı “Muradova” adı “Narınca”, ata adı “Macmarza” ona məxsus doğum haqqında şəhadətnamənin ana qrafasında soyadı “Muradova”, adı “Narıc”, ata adı “Məhmərzə”qızının eyni şəxsə məxsus olması hüquqi faktı müəyyən olunamlıdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, Ərizəçi məhkəməyə müraciət etməsinin səbəbi anasından miras qalmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ona görə imtina vermişdir ki, anasının və babasının adı texniki pasportda və s. sənədlərdə düzgün qeyd edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-31/2-X- 0005-8/2025 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişini ilə bağlı müraciətə cavab məktubuna əsasən təqdim olunmuş sənədlər arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki,Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosunun Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilmiş yanvar 1988ci il tarixli texniki pasportda mərhumun ad və ata adı “X14” kimi, ölüm haqqında şəhadətnamə isə “X16” kimi qeyd edilmişdir.Bildirilir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır.Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xızı rayon İcra Hakimiyyəti Xızı rayon Dövlət Arxivindən Ərizəçi 20 iyun 2025-ci il tarixli arxiv arayışından görünür ki, Xızı rayonunda anadan olmuş xx.xx.1934-cü il təvəllüdlü X2 doğumunun qeydə alınması haqqında məlumatlar Xızı rayon Dövlət Arxivində aşkar edilmişdir.Bu barədə Xızı rayon Qeydiyyat şöbəsinin Xızı rayon Dövlət Arxivində mühafizə edilən Qasımkənd kənd sovetliyinin Əmbizlər kəndi üzrə 1933-1934-cü illərə dair doğum aktının qeydi kitabında xx.xx.1934-cü ildə 23 № ilə qeydiyyat aparılmışdır.X11 oğlu,milliyəti-türk, daimi yaşadığı yer-Əmbizlər, anası- X18, milliyət-türk, daimi yaşadığı yer-Əmbizlər. İş materiallarında olan AZ-İİ seriyalı, 334706 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 04 mart 2023-cü il tarixdə Sumqayıt şəhərndə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023 ilin 03 ayının 09 günündə 330 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 240634 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 və X23 xx.xx.1993-cü il tarixdə nikahlarını bağlamışlar.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1995 ilin may ayının 26 günündə 614 № ilə qeyd edilmişdir. İş materiallarında olan İ-ЖГ seriyalı, 266737 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X23 xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X10, anası X5r. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquq müəyyənedici sənəd kimi tanınmışdır. 2.4-cü bəndinə əsasən yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllədə yerləşən 13 saylı evin sahibi X6r. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Belə ki, müvafiq inzibati orqan sənədin verilməsindən imtina etmiş və eyni şəxsə məxsus olması faktının icrasını məhkəmələrin səlahiyyətinə aid edildiyi bildirmişdir. Ərizəçinin şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda göstərilən adı ona aid digər sənədlərdəki ad ilə düz gəlmir. Ərizəçi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Təqdim edilmiş sübutlar əsasında Ərizəçi anasının adının X8 olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi X1 Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilmiş yanvar 1988-ci il tarixli texniki pasportda “X14”, ölüm haqqında şəhadətnamədə “X15” kimi hüquqmüəyyənedici sənədlərin X3 məxsus olması faktının müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi X1 Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilmiş yanvar 1988-ci il tarixli texniki pasportda “X14”, ölüm haqqında şəhadətnamədə “X15” kimi hüquqmüəyyənedici sənədlərin X3 məxsus olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar