Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5983/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 13 avqust 2024-cü il tarixdə tərtib olunmuş NİM N 004178 saylı aktın ləğv olunması və ona hesablanmış 709 (yeddi yüz doqquz) manat əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 155A saylı evinin mülkiyyətçisi odur. Həmin evdə o, həyat yoldaşı və iki övladı ilə birgə yaşayırlar və bu ünvan üçün Smart tipli sayğac quraşdırılmışdır. Yəni karta nə qədər pul yükləyirlərsə, həmin pula müvafiq X1 edə bilirlər. Onların əlavə xətdən istifadə etmələrinə ehtiyac yoxdur. 14 avqust 2024-cü il tarixdə işdən evə gələrkən təsadüfən işıq dirəyinə baxarkən naqillərin aralandığını və bir naqilin yuxarıdan aşağı gələrək sayğaca birləşən yerdə sayğaca gedən naqillə birləşdirildiyini gördü və özü dərhal həmin naqili kəsib ləğv etdi. xx.xx.2024-cü ildə kartı yoxladı, heç bir cərimə aşkarlamadı və karta 10 manat pul yüklədi. xx.xx.2024-cü ildə karta pul yükləyərkən 709 manat cərimə-borc görüb dərhal idarəyə getdi. Orada ona guya xx.xx.2024-cü ildə kənar xətt aşkarladıqlarını və Akt tərtib edərək cərimə yazdıqlarını bildiriblər. O, buna etiraz etdi və bildirdi ki, əgər kənar xətt aşkarlanmışdısa və Akt tərtib edilirdisə, niyə bundan ondan və ya ailə üzvlərinin xəbəri olmamışdır. Çox çətinliklə onlardan Aktı tələb edib ala bilib. Qeyd edir ki, həyat yoldaşı evdar qadındır və həmişə evdə olur. xx.xx.2024-cü ildə övladları da evdə olublar. Məlumat üçün bildirir ki, cavabdehin əməkdaşları tərəfindən 2025-cü ildə də eyni ssenari üzrə elektrik sayğacına guya müdaxilə olunması barədə Akt tərtib edilmiş və sayğaca əsassız 830 manat borc hesablamışdır. Şikayəti əsasında 3 gün ərzində həmin cəriməni özləri silmişdilər. Aktda göstərilir ki, «X1 Qaydalarına uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğacın giriş faza xəttinin izolyasiyası pozularaq kənar xətt çəkilmişdir. Kənar xətt fərdi yaşayış evini qidalandıran çıxış faza xəttinə qoşulmuşdur.Ölçmə zamanı kənar xəttən çıxan yük:Pkən=1,1 k. /Bir tam onda bir/ Psay=0,Pqoy+6.16 kub.Xətt ləğv edilsin»Əgər cavabdeh tərəfindən kənar xətt aşkarlanmışdısa, niyə o, və ya ailə üzvləri və yaxud qonşuları bu barədə xəbərdar edilmirdilər. Aktda həmçinin «özünü təqdim etmədi» göstərilmişdir. Akta «imza etməkdən imtina etdi» yazılsaydı, bunu anlayardı .Bundan əlavə əgər kənar xətt aşkarlanmışdısa, aktda xəttin ləğv edilməsi qərara almmışdısa, ondan kənar xətt dərhal ləğv edilməmişdir. O, kənar xətt çəkməyib, istifadə etməyib və evdən kənarda quraşdırılmış sayqacın Smart kart tipli olduğundan ümumiyyətlə kənar xəttə və ya sayqaca müdaxiləyə ehtiyac olmamışdır. Onun sayğaca müdaxilə etmədiyi və hüquqlarının pozularaq əsassız və qanunsuz cərimə olunmağınıı nəzərə alıb hesab edir ki, həmin akt ləğv olunmaqla əsassız cərimə silinməlidir. Göründüyü kimi, onun Azərbaycan Respublikası Konstitusiyası, “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” qanun “X1 Qaydalar” və digər qanunlardan irəli gələn hüquqları cavabdeh tərəfindən pozulmuş və bunun bərpasını məhkəmədən kənar həll edə bilmir.Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin əməkdaşları onun xəbəri olmadan işıq sayğacını söküblər və onu 800 manat cərimə yazmaqla hədələyiblər. Onlar əvvəlcə 400 manat, daha sonra 200 manat pu ödəməklə məsələni həll etmək istəyiblər. Lakin, o pulu verməkdən imtina etdikdə ona 800 manat cərimə yazılmışdır. Məsələ ilə bağlı İşıq idarəsinin rəhbərliyinin qəbulunda olmuş və ona yazılan akt ləğv edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırda qarşı tərəf onun evinin divarını çəkərək, guya sayğaca kənar xətt qoşulduğunu bildirir, halbuki bu video heç bir həqiqəti əks etdirmir. İddiaçı qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilib, baxış zamanı sayğaca müdaxilə olunduğu, yəni sayğaca kənar xətt qoşulduğu aşkarlanıb. Bu halı əks etdirən videogörüntü də var. Bununla əlaqədar akt tərtib olunmuş və iddiaçıya cərimə hesablanmışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 1 ünvanında sayğacın giriş faza xəttinin izolyasiyası pozularaq sayğaca kənar xətt çəkildiyi halı aşkar edilmiş, bununla əlaqədar həmin ünvana 708.85 manat cərimə hesablanmışdır, həmin cərimənin hesablanması üçün əsas 004178 nömrəli , xx.xx.2024cü il tarixli aktdır. İş materiallarında olan 004178 nömrəli , xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 sayğacın giriş faza xəttinin izolyasiyası pozularaq sayğaca kənar xətt çəkilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanında sayğaca xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, sözügedən mənzildə sayğacın giriş faza xəttinin izolyasiyası pozularaq sayğaca kənar xətt çəkildiyi aşkar edilmiş, bununla bağlı 004178 nömrəli, xx.xx.2024-cü il tarixli akt kt tərtib olunmuşdur və həmin akt əsasında iddiaçıya 708.85 manat borc hesablanmışdır. İddiaçı ərizəsində həmin məbləği 709 manat məbləğində qeyd etmişdir. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “X1 qaydaları”nın 7.4-cü bəndinə əsasən hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X2 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. “X1 qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-1-ci bəndinə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşdə olan NİM 004178 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, mübahisəli ünvanda həmin aktın tərtib edilməsinə səbəb sayğacın giriş faza xəttinin izolyasiyasının pozularaq sayğaca kənar xətt çəkildiyi halı olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və X1 qaydalarına uyğun olaraq abonent istifadə etdiyi elektrik enerjisərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni iş üzrə cavabdeh olan "xxxx" İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan işıq sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı işıq sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini, bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən, yəni sayğacın giriş faza xəttinin izolyasiyasının pozularaq sayğaca kənar xətt çəkilməsində iddiaçının təqsirinin olmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “X1 qaydaları”nın (EEİQ) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 155 A ünvanına dair tərtib edilmiş 004178 nömrəli, xx.xx.2024-cü il tarixli akt qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən akt ləğv edilməli və akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ona 004178 nömrəli, xx.xx.2024-cü il tarixli akt əsasında 709 manat borc hesablandığını bildirsə də, iş materaillarından görünür ki, Azərişıq ASC tərəfindən həmin ünvana 708,85 manat məbləğində cərimə hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanına dair tərtib edilmiş 004178 nömrəli, xx.xx.2024-cü il tarixli akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 708,85 (yeddi yüz səkkiz manat səksən beş qəpik) manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanına (abunə kodu: **********02205) dair tərtib edilmiş 004178 nömrəli, xx.xx.2024-cü il tarixli akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 708,85 (yeddi yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5983/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5983/2024
11.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver