Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6/2023 18.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nə qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin öhdəliklərini vaxtında icra etməmələri, hətta qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından belə uzun illərdir yayınmaları nəticəsində ona dəymiş avro ilə manatın məzənnə fərqi üzrə maddi zərərə görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, həmçinin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada ona ödəməli olduqları ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 (altı) ildir ki, özlərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə uçot faiz dərəcəsi üzrə ******* (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat, eyni zamanda Cavabdeh2lə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsinin 3-cü bəndinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinin qəbulundan keçən 6 il müddət ərzində öhdəliklərini icra etməmələrinə görə dəbbə pulu üzrə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, o cümlədən vurulmuş mənəvi zərərə görə ******* manat olmaqla, cəmi 25976991 (iyirmi beş milyon doqquz yüz yetmiş altı min doqquz yüz doxsan bir) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən xeyrinə tutulması qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər VaqiFf İsayev və "xxxx" MMC-dən avro ilə manatın məzənnə fərqi üzrə maddi zərərə görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə ******* (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat, dəbbə pulu üzrə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, əldən çıxmış faydaya görə 10257300 (on milyon iki yüz əlli yeddi min üç yüz) manat infilyasiya nəticəsində cavabdehlərin borcu olduqları pulun dəyər itirməsinə görə 36071505 (üç milyon altı yüz yeddi min yüz əlli manat beş qəpik) manat, ümumilikdə ********** (otuz doqquz milyon səkkiz yüz qırx bir min dörd yüz qırx bir manat əlli qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro manatı məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə 4131412,5 (dörd milyon yüz otuz bir min dörd yüz on iki manat, əlli qəpik) manat, dəbbə pulu üzrə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, əldən çıxmış faydaya görə 10.000.000 (on milyon) manat, ümumilikdə 36390132,5 (otuz altı milyon üç yüz doxsan min yüz otuz iki, manat əlli qəpik) manat məbləğində, habelə qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər gecikdirilmiş ay üçün 35615,62 (otuz beş min altı yüz on beş manat, altmış iki qəpik) pulun tutularaq İddiaçı Tanrı verdi oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etmişdir. MMC 2005-ci ilin may ayının 19-da dövlət reyestrində qeydə alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 200 (iki yüz) paydan ibarət 200 (iki yüz) manatdan ibarət olmuşdur ki, ondan 190 (yüz doxsan) pay iddiaçıya, 10 (on) pay isə Cavabdeh2 məxsus olmuşdur. 24 sentyabr 2009-cu il tarixdə MMC-nin nizamnaməsinə dəyişiklik edilmiş və iddiaçının payı 95%, Cavabdeh2 payı isə 5% müəyyən edilmişdir. Cəmiyyətin nizamnaməsinə əsasən onun əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının inşa edilməsi olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3014-cü məhəllədə "xxxx" MMC-nin təsdiq edilmiş layihə əsasında inşa edəcəyi 73768,32 kv.m ümumi sahəsi olan 25 mərtəbəli binanın tikintisi üçün müvafiq torpaq sahəsini alaraq Cavabdeh2 vermişdir. Binanın tikintisinə başlamaq üçün Cavabdeh2 iddiaçıdan 2009-cu il iyulun 2-də notariat qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən ******* (altı milyon altı yüz əlli min) avro - həmin dövr üçün mövcud olan məzənnə ilə ******* (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat borc almış və 11 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Borc müqaviləsinin 2-ci bəndində alınmış borcun son qalığının xx.xx.2010-cu il tarixdən gec olmayaraq "xxxx" MMC tərəfindən qaytarılmalı olduğu qeyd edilmişdir. Bundan başqa, borc müqaviləsinin 3-cü bəndinə əsasən «Borcalan borcun ödənilməsini gecikdirdiyi halda ödənişin gecikdirildiyi hər gün üçün əlavə göstərilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh2 aramızda bağlanmış notariat qaydada təsdiq edilən müqavilədən başqa, sadə yazılı qəbz tərtib edərək şahidlər Qayıbquliyev İmran və Yusif İsayevin iştirakı ilə məndən ******* (altı milyon altı yüz əlli min) avro aldığını qeyd etmişdir. Müqavilə üzrə müəyyən edilmiş müddət keçdikdən sonra dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" MMC və onun təsisiçisi Cavabdeh2 borcu ödəməkdən boyun qaçırmışlar. Bundan sonra iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə ******* (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat və dəbbə pulu üzrə ******* (bir milyon) manat olmaqla, cəmi ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulun tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, artıq 6 (altı) ildir ki, borclular icra vərəqəsinin icrasını təmin etməmiş və müxtəlif vasitələrlə bundan yayınmışlar ki, bu da qanunlu qorunan hüquq və mənafemin pozulmasına, iddiaçının əlavə maddi və mənəvi zərərə məruz qalmağına səbəb olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 iddiaçıdan götürdüyü borc pulu avro olaraq götürmüş və borcu aldığı vaxt üçün müəyyən edilmiş məzənnə ilə Cavabdeh2 verdiyi ******* (altı milyon altı yüz əlli min) avro ******* (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat təşkil edirdisə, bu günkü müəyyən olunmuş məzənnə ilə 12503330 (on iki milyon beş yüz üç min üç yüz otuz) manat təşkil edir. Beləliklə, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin öhdəliklərini vaxtında icra etməmələri, hətta qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından belə uzun illərdir yayınmaları məni məzənnə fərqinə görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat məbləğində maddi zərərə düçar etmişdir. (12503***-*******=4955580). Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada iddiaçıya ödəməli olduqları ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 (altı) ildir ki, özlərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə Qanunvericiliyin tələbinə görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir və Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir ki, hazırda da Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi 7,25%-dir. Beləliklə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin iddiaçıya məxsus ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 (altı) ildir ki, özlərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödməlidirlər ki, həmin məbləğ də ******* (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat təşkil edir. (8547750 x illik 7,25% = 619711 x 6 il = 3718271). Eyni zamanda Cavabdeh2lə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsinin 3-cü bəndinə əsasən «Borcalan borcun ödənilməsini gecikdirdiyi halda ödənişin gecikdirildiyi hər gün üçün əlavə göstərilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcəyi barədə öhdəlik götürmüşdür ki, dəbbə puluna görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinin qəbulundan keçən 6 il müddət ərzində öhdəliklərini icra etməmələrinə görə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat məbləğində pul ödəməlidirlər. (7547750 x 0,1% =7547,75 x 360 günə = ******* x 6 ilə = 16303140 manat). Bundan başqa, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin ******* (altı milyon altı yüz əlli min) avro məbləğində pulunu ələ keçirib uzun illərdir ki, qaytarmamaları iddiaçının dərin mənəvi iztirablar keçirməyimə, əsəb-stresə düçar olmağına səbəb olmuşdur ki, iddiaçıya dəymiş mənəvi zərəri də ******* (bir milyon) manat məbləğində dəyərləndirir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin öhdəliklərini vaxtında icra etməmələri, hətta qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından belə uzun illərdir yayınmaları nəticəsində iddiaçıya dəymiş avro ilə manatın məzənnə fərqi üzrə maddi zərərə görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 208/2014 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada mənə ödəməli olduqları ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 (altı) ildir ki, özlərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə uçot faiz dərəcəsi üzrə ******* (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat, eyni zamanda Cavabdeh2lə aralarınnda bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsinin 3-cü bəndinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinin qəbulundan keçən 6 il müddət ərzində öhdəliklərini icra etməmələrinə görə dəbbə pulu üzrə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, o cümlədən vurulmuş mənəvi zərərə görə ******* (bir milyon) manat olmağla, cəmi 25976991 (iyirmi beş milyon doqquz yüz yetmiş altı min dogguz yüz doxsan bir) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının verdiyi ******* (altı milyon altı yüz əlli min) avro məbləğində borc cavabdeh tərəfindən qaytarılmadığına görə o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və 2014-cü ildə Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdehlərdən borcun tutulması ilə bağlı qətnamə qəbul edilmişdir. Lakin cavabdehlər həmin qətnamənin icrasından bu və ya digər formada yayınmışlar. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən cavabdehlərin bank hesabında ******* (bir milyon yük səksən üç min) manat aşkar edilmiş və həmin pul vəsaitinin cavabdehlərdən alınaraq tələbkara ödənilməsi təmin edilmişdir, qalan hissədə isə ödəniş həyata keçirilməmişdir. Bu günə qədər də cavabdehlər müxtəlif bəhanələrlə müxtəlif ərizələr verməklə işi yubatmağa çalışmaqla qətnamənin icrasından yayınırlar. Bunun nəticəsində də iddiaçıya xeyli miqdarda zərər dəymişdir. İddiaçı tərəfindən cavabdehə borc pul avro ilə verildiyinə görə avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə ******* (dörd milyon doqqun yüz əlli beş min beş yüz səksən) manatın cavabdehlərdən tutulmasını xahiş etdi, həmin məbləğin hesablanma qaydasını da iddia ərizəsində qeyd etdiklərini bildirdi. Notarial qaydada təsdiq edilmiş borc müqaviləsindən açıq şəkildə görünür ki, iddiaçı tərəfindən pul vəsaiti avro valyutasında verilmişdir və həmin vəsaitin avro valyutasında qaytarılması nəzərdə tutulmuşdur, lakin həmin vəsait qaytarılmamış və dövlətdə dövriyyə manatla olduğuna görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə pul vəsaiti manat valyutasında tutulmuşdur. Əlavə olaraq bildirdi ki, iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə, rentabelliyin hesablanması ilə bağlı Nazirlər kabinetinin müvafiq qərarı var. Xərcləri müəyyən edilmədikdə vergi orqanı tərəfindən gəlirlər müəyyən düstür əsasında hesablanır və gəlir, ümumiyyətlə, 20% olaraq götürülür. Neçə ildir ki, qətnamə icra olunmur, iddiaçı sahibkardır və əldən çıxmış faydaya görə 10000000 (on milyon) manat qeyd edilən hesablama qaydasında müəyyən olunmuşdur. Bildiyi bu halların nəzərə alınmasını xahiş edir. xx.xx.2019-cu il tarixdə iddiaçıya ******* (bir milyon yük səksən üç min) manat ödənilmişdir. Əldən çıxmış faydaya görə 10000000 (on milyon) manatı 2-ci dəfə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verdikləri günə - xx.xx.2023-cü il tarixə kimi hesablamışlar. Qeyd edilənlər əsasında iddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə edilən müraciət üzrə pul vəsaitinin manat valyutasında tutulmasının xahiş edilməsinin səbəbini bilmir, həmin işdə iştirak etməmişdir. 2 dəfə devalvasiya olub, avro ilə manat arasında fərq kəskindir, ona görə də məzənnə fərqi nəticəsində yaranmış maddi ziyanı da tələb edirlər. İddiaçı Rusiya vətəndaşıdır. Tərəfin Azərbaycanda obyektləri, tikililəri, torpaq sahələri olmuşdur. Vəsait vaxtında qaytarılsa, həmin vəsait tikinti işlərinə sərf ediləcəkdi. İddiaçının Rusiya Federasiyasında təsis etdiyi və Azərbaycan Respublikasında filialı olan hüquqi şəxsi var və həmin hüquqi şəxs sırf tikinti işləri ilə məşğuldur. Ali Mustafayev küçəsində Nəsimi bazarının yanında sarı rəngli yarımçıq dəmir konstruksiyalı bina var ki, vəsait həmin binanın tikintisinə xərclənməli olmuşdur. 11 iyun 2015-ci il tarixli Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, təqsirkar tərəfindən dələduzluq yolu ilə zərərçəkmişin xarici valyuta ilə pul vəsaiti ələ keçirildikdə zərərin hökmün və ya məhkəmənin digər yekun qərarının icra edildiyi gündə Azərbaycan Manatının həmin valyutaya münasibətdə məzənnəsi nəzərə alınmaqla manatla ödənilməsi qərara alınmalıdır. Bu hal cinayət işləri üzrə verilmiş tövsiyyə olsa da, mülki məcəllə hüququn və qanunun analogiyasına yol verir. Avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə 4955,580 (dörd milyon doqqun yüz əlli beş min beş yüz səksən) manatdan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin tələblərinə əsasən, Mərkəzi Bankın uçot dərəcəsi üzrə 4131412,5 (dörd milyon yüz otuz bir min dörd yüz on iki manat, əlli qəpik) manatın, borc müqaviləsinin 3-cü bəndinə əsasən, 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat dəbbə pulunun, mənəvi ziyana görə ******* (bir milyon) manatın, iddiaçı biznesmen olduğundan, tikinti işləri ilə məşğul olub qazanc əldə edəcəyi üçün əldən çıxmış faydaya görə 10000000 (on milyon) manatın, ümumilikdə 36390132,5 (otuz altı milyon üç yüz doxsan min yüz otuz iki manat əlli qəpik) manat məbləğində pulun, habelə qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər gecikdirilmiş ay üçün 35615,62 (otuz beş min altı yüz on beş manat, altmış iki qəpik) manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndəsi X1 iddia tələblərini qismən qəbul etdiklərini bildirmişlər. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iddia tələblərini qismən qəbul etdiyini bildirmişlər. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iddia tələblərini qismən qəbul etdiyini, vəkili Vəkil2 isə iddiaya etiraz təqdim etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iddia tələblərini qəbul etmədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələblərini qəbul etmədiyini bildirmişdir. Cavabdehlər xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu l tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC və Cavabdeh2 mülkiyyətinə, əməli idarəçiliyinə-6650000 (altı milyon altı yüz əlli min) AVRO, manatla kurs üzrə ******* (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat borc verir, borc alan – xx.xx.2010-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə ******* manat və dəbbə pulu üzrə ******* manat olmaqla, cəmii ******* manat tutulması qət edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu "xxxx" MMC və Cavabdeh2 barəsində müvafiq məcburi icra tədbirləri görülmüş, lakin borclular tərəfindən bugünədək hər hansı ödəniş olunmamışdır. "xxxx" MMC və Cavabdeh2 bu günə icra vərəqəsi üzrə ******* manat borcu mövcuddur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC və Cavabdeh2 ******* manat tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədiin icrası ilə bağlı cəmi ******* pul vəsaiti xx.xx.2019-cu il tarixdə tələbkar İddiaçı bank hesabına köçürülmüşdür. - Məhkəmə tərəfindən Excel proqramı vasitəsi ilə aparılmış hesablamalardan çıxarışdan görünür ki,xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikmə günü 2115 gün təşkil edir, həmin müddət ərzində ******* manatın illki 5 %-i ******* manat təşkil edir. xx.xx.2019-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikmə günü 1373 gün təşkil edir, həmin müddət ərzində ******* manatın illki 5 %-i ******* manat təşkil edir. Ümilikdə gecikdirilən məbləğlərin 5%-i ******* manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Nəriman Tanrıverdi oğlu "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 7 547 750 manat əsas borc, 9 057 300 manat dəbbə pulu olmaqla, cəmi 16 605 050 manat pulun tutulması, borcun əvəzinin Cavabdeh2 mülkiyyətindəki əmlaka yönəldilməsi, eyni zamanda tutmanın Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 4, 3014-cü məhəllədə "xxxx" MMC-nin inşa etdiyi 73 768,32 kv.m. ümumi sahəsi olan 25 mərtəbəli binaya və Cavabdeh2 "xxxx" MMC-dəki 100% payına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC və Cavabdeh2 də İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ilə "xxxx" MMC arasında 2009-cu il iyulun 02-də bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7 547 750 manat və dəbbə pulu üzrə 1 000 000 manat olmaqla cəmi 8 547 750 manatın tutulması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən “X4 Bankı” və "xxxx" MMC xx.xx.2019- cu il tarixdə apelyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli qərardaddan xx.xx.2021ci il tarixdə kassasiya şikayəti verərək, qərardadın ləğv edilib apellyasiya şikayətlərinin mümkün hesab edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı xx.xx.2021-ci il tarixli qərardaddan verdiyi kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli qərardaddan kassasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması barədə ərizəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixli qərardaddan verdiyi kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, işin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması barədə ərizəyə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı verdiyi kassasiya şikayəti qaytarılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022- ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli qərardadı ləğv olunaraq eyni məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin eyni iş üzrə xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, xx.xx.2021-ci il tarixli qərardaddan İddiaçı verdiyi kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 may 2021 -ci il tarixli qərardadının ləğv olunması, işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsindən “X2 Bankı” və "xxxx" MMC-nin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan digər şəxs qismində apellyasiyalarının mümkünlüyünün yoxlanılması məsələsinə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4331/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən “X4 Bankı” və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, “X4 Bankı”nın və "xxxx" MMC-nin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və işin apellyasiya baxışından çıxarılaraq şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3432/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin qaytarılması üçün iş apellyasiya məhkəməsinə qaytarılmışdır. İşin yuxarıda qeyd edilən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMCdən və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7 547 750 manat və dəbbə pulu üzrə 1 000 000 manat olmaqla cəmi 8 547 750 manatın tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən “X4 Bankı” və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı həmin məhkəmənin 103)- 4331/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3432/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023- cü il tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilmiş və kassasiya şikayətinin qaytarılması üçün iş apellyasiya məhkəməsinə qaytarılmışdır. Yəni, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014- cü il tarixli qətnaməsi hal-hazırda qüvvədədir. Qeyd olunan qətnamə icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, artıq 9 ildir ki, borclular icra vərəqəsinin icrasını təmin etməmişlər və nəticədə iddiaçıya zərər vurmuşlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı xarici fiziki şəxs olaraq xx.xx.2009-cu il tarixdə xx.xx.2010-cu il tarixdədək cavabdehlərə ******* avro məbləğində borc vermişdir. Borc verilən tarixə ******* avro ******* manat təşkil etmişdir. Cavabdehlər borc öhdəliyini yerinə yetirmdikləri üçün iddiaçı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014- cü il tarixli qətnaməsilə əsasə məbləğ üzrə cavabdehlərdən onun xeyrinə ******* manat tutulması qət edilmişdir. Buna baxmayaraq cavabdehlər öhdəliklərini icra etməmişlər. Hazırki iddia qaldırılarkən yəni 2020-ci ilin fevral ayına Azərbaycan Respiblikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə 1 Avro- 1,8802 manat təşkil etmişdir. Göründüyü kimi cavabdehlər öhdəliklərini vaxtında icra etmədiyi üçün iddiaçı məzənnə fərqində zərər çəkmişdir. Belə ki, hazırda ******* Avro 12503330 manat təşkil edir, 2014-cü ildə isə ******* manat təşkil etmişdir, nəticədə iddiaçıya 12503***-******* = ******* manat zərər dəymişdir. Odur ki, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin Mərkəzi bankın uçot faiz dərəcəsi üzrə 4131412,5 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı göstərilən tələblə yanaşı əldən çıxmış faydada tələb edir. Məhkəmə araşdıraraq müəyyən edir ki, iddiaçının tələb etdiyi əldən çıxmış fayda kimi tələb etdiyi zərərlə uçot faiz dərəcəsi üzrə tələb etdiyi zərər eynilik təşkil edir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia tələbinin dəbbə pulu üzrə 16303140 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən müəyyən edilmiş dəbbə məbləği Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehlərdən iddiaçının xeyrinə ******* manat dəbbə pulu borcu tutulması qət edilmişdir. Artıq dəbbə borcunun tutulması qətnamə ilə tutulduğundan borc müqaviləsinə istinadən yenidən dəbbə tutulması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarına əsasən; - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən İddia tələbinin dəbbə pulu üzrə 16303140 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsi rədd edilməlidir. İddia tələbinin mənəvi zərərin əvəzi kimi ******* manatın tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Qeyd edilənlərə əsasən göründüyü kimi cavabdehlərin öhdəliklərini yerinə yetirmədikləri üçün iddiaçının mənəvi sarsıntı keçirməsi və digər hallar iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC və Cavabdeh2 ******* manat tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədiin icrası ilə bağlı cəmi ******* pul vəsaiti xx.xx.2019cu il tarixdə tələbkar İddiaçı bank hesabına köçürülmüşdür. 2014-cü il tarixli qətnamə ilə tutulmalı olan borcun ümumi məbləği ******* manat təşkil edir. Həmin borcdan borclular tərəfindən tələbkara xx.xx.2019-cu il tarixədək heç bir ödəniş edilməmişdir. Həmin borcun ödənilməməsi ilə əlaqədar gecikmə günlərinin sayı 2115 gün edir. 2115 günün hər günə düşən faiz məbləği (illik 5% hesablanmaqla) 1187,19 manat təşkil edir. İllik əldən çıxmış fayda məbləğini hesabladıqda ******* manat hesablanır. Borclular tərəfindən xx.xx.2019-cu il tarixində ******* manat ödəniş edildikdən sonra yerdə qalan borc məbləği ******* manat təşkil etmişdir. İddia tələbinə əlavə ərizəsi verildiyi günə, yəni xx.xx.2023-cü ilədək qalıq qalan borc məbləğinin ödənilməməsi ilə əlaqədar gecikmə günlərinin sayı 1373 gün edir. 1373 günün hər günə düşən faiz məbləği (illik 5% hesablanmaqla) 1022,88 manat təşkil edir. İllik əldən çıxmış fayda məbləğini hesabladıqda ******* manat hesablanır. Əldən çıxmış faiz (illik 5% hesablanmaqla) məbləğləri toplam hesablandıqda 2510902+1404417=3915318 AZN təşkil edir. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilməlidir. İddia tələbinin qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər gecikdirilmiş ay üçün 35615,62 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro manatı məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, əldən çıxmış faydaya görə ******* (üç milyon doqquz yüz on beş min üç yüz on səkkiz) manat, cəmi ******* manat tutularaq İddiaçı Tanrı verdi oğluna ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, əldən çıxmış faydaya görə ******* (üç milyon doqquz yüz on beş min üç yüz on səkkiz) manat, cəmi ******* (səkkiz milyon səkkiz yüz yetmiş min səkkiz yüz doxsan səkkiz) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6/2023
18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver