Məhkəmə qərarları › İş №2(060)-6010/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6010/2024

16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6010/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 sənədin mənsubluğu faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 sənədin mənsubluğu faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38b-də yerləşən 30 saylı mənzilin Sumqayıt şəhər 1 saylı Trestin 17 saylı Tİ-nin işçisi Ərizəçi3 ayrılmasına dair Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 142 saylı xx.xx.1983-cü il tarixli qərarı ilə verilmiş 10/448 saylı, xx.xx.1983-cü il tarixli orderdə “Ərizəçi3 Bəy.”-na dair aparılmış qeydin “Ərizəçi3”-na, “Ağakərimova Güllarə N.” qızına dair aparılmış qeydin “Ərizəçi2”-na, “Ərizəçi1 Sav.” oğluna dair aparılmış qeydin “Ərizəçi1”-na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38b-də yerləşən 2 otaqdan ibarət 30 saylı mənzil işlədiyi Sumqayıt şəhər 1 saylı trestin 17 saylı Tİ-sinin işçisi kimi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 142 saylı, xx.xx.1983-cü il tarixli qərarına əsasən onun atası Ərizəçi3 ayrılmış və onun adına 10/448 saylı, xx.xx.1983-cü il tarixli order verilmişdir. Bu orderə əsasən qeyd edilən mənzilə köçmək hüququ olan əsas kirayəçinin ailə üzvləri kimi onun anasının adı qeyd edilmişdir. Razılıq əsasında bu mənzilin onun adına özəlləşdirilməsi qərara alınmış və bu məqsədlə mənzildə qeydiyyatda olan 18 yaşdan yuxarı ailə üzvləri buna razılıq ərizələrini vemiş və müvafiq sənədlər də toplanılaraq AR İN-in DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etmiş, lakin mənzilin özəlləşdirilməsindən imtina edilmiş və bu onunla əsaslandırılmışdır ki, təqdim edilmiş orderdə onun atasına, anasına və ona aid məlumatlar dügzün yazılmamışdır. Orderdə məlumatların tam və düzgün qeyd olunmaması səbəbindən o, mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra və mənzilə dair çıxarış ala bilmir. Buna görə də orderdə aparılmış qeydlərin müvafiq şəxslərə mənsub olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Əlavə olaraq qeyd etdi ki, orderdə olan yanlışlıqlarla bağlı İcra Hakimiyyətinə, Reyestr Xidmətinə və Asan xidmətə müraciətlər etmişlər. Son mərhələdə məhkəməyə müraciət etməli olduqları deyilmişdir. Order atasına verilmişdir. Digər ailə üzvlərinin heç birinin də adı düzgün qeyd olunmamışdır. Mənzili özəlləşdirmək istəyirlər. Lakin order yoxdur. 01 oktyabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında Sumqayıt Şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində işə cəlb edilmişdir. 04 noyabr 2024-cü il tarixdə mülki işin baxılmağa hazırlanması iclasında Ərizəçi3 və Ərizəçi2 mülk iş üzrə ərizəçilər kimi işə cəlb edilmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Ərizəçi1 tanıyır. Qonşudurlar. 1984-1985-ci illərdən həmin mənzilə köçmüş və orada yaşayırlar. O vaxtdan da qonşudurlar. O 48 nömrəli mənzildə ərizəçilər isə 30 nömrəli mənzildə yaşayırlar. Atasının adı Slavik, anasının adı isə Güllər xanımdır. Ailədə 4 qardaş və bir bacıdırlar. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçini tanıyır. Uşaqlıqdan bir yerdə yaşayırlar. Atasının adı Slavik, anasının adı isə Güllər xanımdır. Ailədə 4 qardaş və bir bacıdırlar. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli, 5-6/1-P-14-092/2024 nömrəli Ərizəçi3 ünvanlanmış müraciətə cavabdan görünür ki, aparılmış arxiv araşdırması nəticəsində 1983-cü ilə dair sənədlərin mövcud olmadığı səbəbindən məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə AR Dövlət Arxivinin Sumqayıt filialına müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxişi İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Pirimov Elçin Savik oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən Ərizəçi3 göndərilmiş Azərbaycan SSR Sumqayıt rayon (şəhər) Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 22 aprel 1983-cü il tarixli, 26.142.1.4 nömrəli qərarından görünür ki, Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi qərara almışdır ki, 1 saylı trestin məktubu və MMK-nin 1/02-83-cü il tarixli 13 nömrəli protokoluna əsasən, 28.41 kv.m sahəsi olan 30 saylı mənzili X1 təhvil vermək, 1973-cü il tarixdən çalışır, ailə tərkibi 3 nəfərdən ibarətdir. İş materiallarında olan Azərbaycan SSR Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi Şöbəsinin 29 aprel 1983-cü il tarixli, 10/448 nömrəli orderindən görünür ki, mənzil Ərizəçi3 Beybulla oğluna verilmişdir. Evə köçən digər şəxslər isə Ərizəçi3 bəy., Ağakərimova Güllər N. və X7.-dır Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38b-də yerləşən 30 saylı mənzilin Sumqayıt şəhər 1 saylı Trestin 17 saylı Tİ-nin işçisi Ərizəçi3 ayrılmasına dair Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi tərəfindən, «Ərizəçi3 Beybulla» oğlunun adına verilmiş, hüquqmüəyyənedici sənəd olan 10/448 saylı, xx.xx.1983-cü il tarixli orderdə Ərizəçi3 dair aparılmalı olan qeyd Ərizəçi3 Bəy., Ərizəçi2 dair aparılmalı olan qeyd Ağakərimova Güllər N., Ərizəçi1 dair aparılmalı olan qeyd Ərizəçi1 Sav. kimi qeyd olunmuşdur. Qeyd olunan hüquqmüəyyənedici sənəd olan protokolda yanlışlıqlar aradan qaldırılmadan yəni həmin şəxslərə məxsus olması faktı müəyyən edilmədən ərizəçlər həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və sair hüquqlarını həyata keçirə bilmirlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin sənədlərində göstərilən həqiqi soyadları nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilənadı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçilərə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) ona məxsus olmasıfaktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaqüçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçlər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38b-də yerləşən 30 saylı mənzilin Sumqayıt şəhər 1 saylı Trestin 17 saylı Tİ-nin işçisi Ərizəçi3 ayrılmasına dair Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 142 saylı xx.xx.1983-cü il tarixli qərarı ilə verilmiş 10/448 saylı, xx.xx.1983-cü il tarixli orderdə Ərizəçi3 Bəy.-ə dair aparılmış qeydin Ərizəçi3, Ağakərimova Güllər N. qızına dair aparılmış qeydin Ərizəçi2, Ərizəçi1 Sav.-a dair aparılmış qeydin Ərizəçi1 məxsus olması faktı müəyyən olunmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38b-də yerləşən 30 saylı mənzilin Sumqayıt şəhər 1 saylı Trestin 17 saylı Tİ-nin işçisi Ərizəçi3 ayrılmasına dair Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 142 saylı, xx.xx.1983-cü il tarixli qərarı ilə verilmiş 10/448 saylı, xx.xx.1983-cü il tarixli orderdə Ərizəçi3 Bəy.-ə dair aparılmış qeydin Ərizəçi3, Ağakərimova Güllər N. qızına dair aparılmış qeydin Ərizəçi2, Ərizəçi1 Sav.-a dair aparılmış qeydin Ərizəçi1 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar