Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6015/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 04.03.1996-cı il tarixdə vəfat etmiş xalası X4 məxsus Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Perekeşkül ünvanında yerləşən 52 saylı evə dair miras əmlakın qəbul müddətinin üzrlü sayılaraq müddətin bərpa edilməsi, həmin mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 iddiaçının xalasıdır. O, 04 mart 1996-cı ildə vəfat etmişdir. X2 iddiaçıdan başqa vərəsəsi yoxdur. Xalasının vəfatı tarixində istifadəsində Sumqayıt şəhər, H.Tağıyev qəsəbəsi, Perekeşkül ünvanında yerləşən 52 saylı ev olmuşdur. Xalasının vəfatından sonra iddiaçı həmin evdən onun qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Daha sonra qanuni vərəsə kimi Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdığı üçün ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçının mərhum xalası X11 ilə rəsmi nikaha daxil olmuş, rəsmi nikahlarından övladları olmamışdır. Xalasının həyat yoldaşı X11 11 avqust 1980-ci ildə vəfat etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, xalası ailə həyatı qurmuş, lakin övladı olmamışdır. Vərəsəlik hüququ ilə bağlı notariat orqanına müraciət etdikdə, ona bildirilmişdir ki, mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məhkəmə qərarı olmalıdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan qeydiyyat şəhadətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X4 məxsusdur. 439646 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 04.03.1996-cı ildə vəfat etmişdir. Doğum şəhadətnamələrinə əsasən müəyyən edilir ki, X2 və X5 ataları X10, anaları X3r. İddiaçının atası X9, anası X6r. İşdə olan 496320 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X2 həyat yoldaşı X11 11 avqust 1980-ci ildə vəfat etmişdir. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin 14.06.2021-ci il tarixli, 1667 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə sorğusuna əsasən 19.08.2021-ci ildə Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisindən məhkəməyə daxil olmuş 13.08.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Sumqayıt “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə 09.01.1996-cı ildə ölmüş X5 qızı ünvan 5 ünvanında yaşayan İddiaçı 14.06.2021-ci ildə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişidr ki, miras qoyanın bacısı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə miras əmlakı qəbul etmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədi. Məhkəmə sorğusuna əsasən 06.09.2021-ci ildə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin məhkəməyə daxil olmuş 13.08.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, vətəndaş X10, anaları X1 övladları, həmçinin X8 və X7 nikah və övladları barədə heç bir məlumat aşkar olunmadı. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30.11.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. Göründüyü kimi Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi , Perekeşkül ünvanında yerləşən 52 saylı ev iddiaçının xalası Rübabə Əliyevanın qanuni sahibliyində olmuşdur. Onun həmin ev üzərində mülkiyyət hüququnun yaranması ilə bağlı hüquqi gözləntisi olmuşdur. Rübabə Əliyeva vəfat etdikdən sonra onun iddiaçıdan başqa vərəsəsi olmamışdır. İddiaçı Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi, 52 saylı ev üzərində vərəsəlik hüququnun tanınması üçün notariat orqanına müraciət edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin xalasının vəfat etdiyi tarixdən indiyədək kimi həmin evin istifadə hüququ iddiaçıya məxsus olmuşdur. Bu səbəbdən iddia mirasın qəbul edilmə müddətinin uzadılması hissəsində təmin edilməli, Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi , Perekeşkül ünvanında yerləşən 52 saylı evin miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (1321.1.). İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini iddia ərizəsində tələb kimi irəli sürmüşdür. Lakin həmin şəhadətnamənin verilməsi məhkəmənin yox, notariat orqanın səlahiyyətlərinə aiddir. Bu səbəbdən iddia vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 məxsus olmuş Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi, Perekeşkül, 52 saylı evin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6015/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6015/2021
23.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver