Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-602/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçıların nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 məxsus «OPEL VECTRA» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin müəyyən edilərək vərəsələrin miras əmlakda paylarının bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bacı və qardaşdırlar. X3 xx xxxxxxxx 2017-ci ildə vəfat etmişdir. Atalarının vəfatı tarixinə qanun üzrə vərəsələri onlar və Cavabdehdır. Cavabdeh mərhum X3nun ikinci arvadıdır. Sumqayıt “ASAN xidmət” Mərkəzinin notariat kontoru tərəfindən xx.xx.2018-ci ildə onlara xx.xx.2017-ci ildə vəfat etmiş mərhum X3nun qanun üzrə vərəsələri kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə uyğun olaraq mərhum atalarına məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı bağ torpaq sahəsi vərəsələr arasında bölünmüşdür. Cavabdeh mərhum atalarına məxsus olan «OPEL VECTRA» markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomaşını atalarının ölümündən sonra satmışdır. Cavabdeh maşının dəyərini onlardan gizli saxlamışdır. Halbuki, “OPEL VECTRA " markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşın qanun üzrə vərəsələr arasında bərabər bölünməli idi. Cavabdeh həmin avtomaşını sataraq pulunu mənimsəmişdir. İddiaçılar mərhum X8 məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərini müəyyən edərək, vərəsələrin miras əmlakda paylarının bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ididia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki iclasda iştirak edən cavabdeh izahat verərək göstərmişdir ki, iddianı qəbul etmir, mərhum ərinə məxsus avtomobil onun sağlığında satılmışdır. O, həmin avtomobilin satışından gəlir əldə etməmişdir. Ona görə də, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx xxxxxxxx 2017-ci ildə kəskin limfoblast leykemiyadan vəfat etmişdir. -xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras əmlakdan ¾ hissədə pay almalıdırlar. Miras əmlak Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsindən ibarətdir. Əmlakın ¼ hissəsinə xx.xx.2018-ci il tarixdə 2v-329 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. -ƏMDK yanında DƏDRX-nin verdiyi RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin ¼ hissənin mülkiyyətçisi İddiaçı1, ¼ hissənin mülkiyyətçisi İddiaçı2 ¼ hissənin mülkiyyətçisi İddiaçı3 və ¼ hissənin mülkiyyətçisi Cavabdehdır. -Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli, 96813-1220 saylı məktubuna əlavə olunmuş elektron məlumatdan görünür ki, İsmayılov Namaz Bəşir oğluna məxsus ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobil etibarnamə əsasında xx.xx.2020-ci ildə Cavabdeh tərəfindən X1. --Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli, 96813-1220 saylı məktubuna əlavə olunmuş elektron məlumatdan görünür ki, İsmayılov Namaz Bəşir oğluna məxsus ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobilə dair sonuncu etibarnamə, avtomobil xx.xx.2020-ci il tarixdə satılanadək Cavabdeh verilmişdir. -xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İsmayılov Namaz Bəşir oğluna məxsus ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobil etibarnamə əsasında xx.xx.2020-ci ildə Cavabdeh tərəfindən X7 2000 manata satılmışdır. Məhkəmə alqı-satqı müqaviləsində qeyd ediləm qiymətə şübhə ilə yanaşaraq mülki iş üzrə ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/6074 saylı ekspert rəyindən görünür ki, “ OPEL VECTRA” markalı , 1999-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 6500 manat müəyyən olunur. Məhkəmə ekspert rəyində göstərilmiş qiyməti hazırki bazar qiymətlərinə uyğun hesab edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçılar bacı və qardaşdırlar. X3 xx xxxxxxxx 2017-ci ildə ölmüşdür. Atalarının ölüm tarixinə qanun üzrə vərəsələri onlar və Cavabdehdır. Cavabdeh mərhum X3nun ikinci arvadıdır. Sumqayıt “ASAN xidmət” Mərkəzinin notariat kontoru tərəfindən xx.xx.2018-ci ildə onlara xx.xx.2017-ci ildə ölmüş X3nun qanun üzrə vərəsələri kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə uyğun olaraq mərhum atalarına məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı bağ torpaq sahəsi vərəsələr arasında bölünmüşdür. Cavabdeh mərhum atalarına məxsus olan «OPEL VECTRA» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını atalarının ölümündən sonra satmışdır və satışdan əldə etdiyi vəsaitin hamısını götürmüşdür. Əldə edilmiş vəsait qanun üzrə vərəsələr arasında mirasdakı paylarına mütanasib müəyyən edilərək bərabər bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci imaddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə acılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobil X6 mülkiyyətində olmuş, həmin avtomobil o, xx xxxxxxxx 2017-ci ildə öldükdən sonra, xx.xx.2020-ci ildə cavabdeh tərəfindən satılmışdır. Göründüyü kimi qeyd olunan əmlak X6 vərəsələri arasında bərabər paylara bölünməli olan halda, iddiaçı tərəfindən satılaraq əldə edilmiş vəsait tam olaraq iddiaçıda qalmışdır, ona görədə, həmin vəsait miras əmlakdakı paylara mütanasib bərabər bölünməlidir. İddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh ekspertiza təqdiqatının dəyəri olan 100 manat tutularaq X4 müxbir hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobilin dəyəri 6500 manat müəyyən edilsin. ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobilin dəyəri olan 6500 manat vərəsələr Cavabdeh, İddiaçı1, İddiaçı2 və X5 arasında bərabər bölünsün. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X4 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-602/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-602/2021
06.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver