Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6035/2024 19.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nünayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 000337 saylı, xx.xx.2024-cü il tarixli Aktın ləğv edilməsi və sexin üzərinə əsassız olaraq hesablanmış 1.159,22 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən avtomobillərə texniki xidmət sexi 2005-ci ildən iddiaçının istifadədir və Nümayəndə həmin sexdə elektrik vəzifəsində çalışır. Sexi işıqlandırmaq üçün 2 ədəd elektrik lampasından və qış vaxtı sexi isitmək üçün odun sobasından istifadə olunur. Elektrik enerjisinin hesablayıcı sayğacı sexin içərisində möhürlənmiş halda divara quraşdırılmışdır. Bu müddət ərzində elektrik enerjisindən istifadəyə görə cəmi 31,50 manat məbləğində borcu olmuşdur. Həmin məbləğin də bu günə kimi ödənilməməsinin səbəbi işin olmaması, iddiaçının uzun müddət xəstə olmağı və müalicə almağı olmuşdur. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt şəhər xəstəxanasında müalicə almış, xx.xx.2024-cü il tarixdə əməliyyat olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları sexdə olan sayğacı dəyişmiş, bir aydan sonra isə - xx.xx.2024-cü il tarixdə Ceyhun adlı nəzarətçi iddiaçıya xx.xx.2024-cü il tarixli xəbərdarlığı vermişdir. Bundan sonra iddiaçı "xxxx" ASC-nin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən laboratoriyasından xx.xx.2024-cü il tarixli Aktı, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Texniki Departament Laboratoriyasından isə Rəyi almışdır. Həmin Rəydə göstərilmişdir ki, sayğacın dövlət möhürü normaldır, hesab mexanizminin üzərində cızıqlar aşkar olunmuşdur, sayğac istismara yararsızdır. Lakin, nədənsə, iddiaçıya məlum olmayan səbəbdən sexin üzərinə əsassız olaraq 1159,22 manat məbləğində borc yazılmışdır. İddiaçı bildirir ki, xx.xx.2024-cü il tarixli Aktın tərtib edilməsində iddiaçı iştirak etməmişdir. Hazırda, cavabdeh təşkilat elektrik enerjisindən istifadəyə görə 1159,22 manat məbləğində borcu iddiaçıdan tələb edir. Ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. "xxxx" ASC-nin nümayəndəsi etirazla müraciət edərək, İddiaçı Cavabdeh "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 000337 saylı, xx.xx.2024-cü il tarixli akt ləğv olunması və sexin üzərinə əsassız olaraq hesablanmış akt 1159,22 manat borcun silinməsi tələbinə iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə enerji təchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus, elektrik hesabat sayğacına baxış keçirilərkən məlum oldu ki, obyekti qidalandıran elektrik sayğacı obyektin daxilində yerləşir. Belə ki, sayğac dövrədən keçən yükü qeyd etmir və sayğacın hesablayıcı mexanizminin yüzlüklər sinifinin bir rəqəmi üzərində müdaxilə izləri görünür. Ölçmə zamanı xətdən axan yük Pfak=l Kvt Psayğac-0 Qoyuluş gücü sayğacın mininıalına əsasən Pqoy=8.8 kvt təşkil edir. Bu fakt əsasında xx.xx.2024-cü il tarixdə 000337 saylı akt əsasında 1045,44 manat məbləğində itirilmiş elektrik enerjisnin dəyərinə uyğun olaraq hesabat aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nünayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, **********0 abunə kodu üzrə iddiaçının cavabdehə 1045,44 manat borcu vardır. - xx.xx.2024-cü il tarixdə 000337 saylı aktdan görünür ki, sayğac dövrədən keçən yükü qeyd etmir və sayğacın hesablayıcı mexanizminin yüzlüklər sinifinin bir rəqəmi üzərində müdaxilə izləri görünür. Ölçmə zamanı xətdən axan yük Pfak=l Kvt Psayğac-0 Qoyuluş gücü sayğacın minimalına əsasən Pqoy=8,8 kvt təşkil edir. Bu fakt əsasında xx.xx.2024-cü il tarixdə 000337 saylı akt əsasında 1045,44 manat məbləğində itirilmiş elektrik enerjisnin dəyərinə uyğun olaraq hesabat aparılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən avtomobillərə texniki xidmət sexi üzrə elektrik enerjisinin kodu **********10283 olan evə elektrik enerjisindən istifadəyə görə 1045,44 manat borc hesablanmışdır. 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə işıq xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Qanunun göstərilən müddəalarının tələblərinə əməl edilməyərək, tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının işığın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılıraraq tələb edilir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, 000337 saylı, xx.xx.2024-cü il tarixli akta əsasən elektrik enerjisindən istifadəyə görə iddiaçıya hesablanan 1045,44 manat borc silinməlidir, həmçinin "xxxx" ASC-yə izah edilir ki, Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilərək abonentin təqsiri müəyyən edildiyi halda, abonentə hazırki fakta görə yenidən borc hesablana bilər. İddia tələbinin 000337 saylı, xx.xx.2024-cü il tarixli Aktın ləğv edilməsinə dair hissədə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1045,44 manat olduğundan 30,45 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən avtomobillərə texniki xidmət sexi üzrə 000337 saylı, xx.xx.2024-cü il tarixli akt əsasında (**********0 abunə kodu) hesablanmış 1045,44 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 30,45 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6035/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6035/2024
19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver