Məhkəmə qərarları › İş №2(060)-6037/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6037/2024

04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6037/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın qanunsuz hesab edilərək ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. O, uzun zamandır ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, "Xəzər” Bağçılıq Cəmiyyəti, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evində yaşayırlar. Bunu Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi "Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə İ saylı Məhəllə Komitəsi tərəfindən verilən 1536 nömrəli, xx.xx.2024-cü il tarixli arayış da tam olaraq təsdiq edir. Bu evin kommunal təchizatı isə bu evdə əvvəllər yaşamış Ticarət Verdiyevanın adında qalmışdır. Lakin bu evin faktiki istifadəçiləri məhz onlardır. Bu evin işıq təchizatı da məhz Ticarət Verdiyevanın adında qalmışdır. Qeyd edir ki, bu mənzilin elektrik sayğacının abonent kodu **********01513-dür. Evin işıq sayğacı həyətlərində yuxarıda, hətta əl çatmayan yerdə quraşdırılmışdır. Onun ailə üzvləri ilə birlikdə yaşadığı mənzilin işıq sayğacına "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən mütəmadi olaraq yoxlamalar həyata keçirilirdi. Yoxlamalar zamanı ilk öncə işçilər onlara xəbərdar edir sonra isə sayğaca baxış keçirirdilər. Bu baxış zamanı isə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən hər hansı bir qanunsuz əməlin törədilməməsinə inanaraq o, çox vaxt həmin işçinin yanında olmur və öz işi ilə məşğul olmuşdur. Bu yoxlamaların nəticəsində isə onların yaşadıqları evin sayğacında heç bir problem yaşanmadığı və onlara hər şeyin düzgün olduğu bildirilirdi. Yəni evin elektrik sayğacında heç bir pozuntu aşkar edilməmiş və ona heç bir pozuntu barədə xəbərdarlıq edilməmişdir. Lakin keçirilən yoxlamaların birində ona sayğacda pozuntu olduğundan akt tərtib edildiyi bildirilmişdir. Belə ki, aparılan yoxlamaların birində, yəni 01 avqust 2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən qanunsuz olaraq 000763 nömrəli, 01 avqust 2024-cü il tarixli akt tərtib edilmişdir. Qanunvericiyə əsasən bu akt istehlakçının yəni onun yanında tərtib olunaraq bir nüsxəsi ona təqdim edilməli olsa da onlar bu aktdan tərtib olunduğu gündən 13 gün sonra, yəni 13 avqust 2024-cü il tarixdə xəbərdar olmuşlar. Buna görə də o, bu aktı mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürməmişdir. Bundan əlavə qeyd edir ki, bu akt qanuni şəkildə, qanuni əsaslarla tərtib edilməmişdir. Belə ki, aktda sayğaca müdaxilə edildiyi göstərilmişdir. Bu isə düzgün deyildir. O, və ya digər ailə üzvlərindən heç biri sayğaca müdaxilə edilməmişdir. Lakin qeyd edilən akt tərtib edilərək onların sayğaca müdaxilə etdikləri bildirilmişdir. Bu isə yanlış olduğu üçün və onların belə bir şey etmədikləri üçün bu barədə akt tərtib edilməsi qanunsuzdur. Əgər onlar tərəfindən sayğaca müdaxilə edilsəydi, bu günədək edilən yoxlamalar nəticəsində bu akt tərtib edilərdi. Lakin bu günədək heç bir akt tərtib edilməyib. Həmçinin bildirir ki, cavabdeh tərəfindən tərtib edilən 000763 nömrəli, 01 avqust 2024- cü il tarixli akta əsasən, ona 1003.12 manat məbləğində borc hesablanmışdır. Bu cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış borcdur. Çünki ortada heç bir pozuntu yoxdur. Sayğaca müdaxilə olmadığı təqdirdə bu səbəbdən akt tərtib edilmiş və buna əsasən borc hesablanmışdır. O, bu aktla və yazılmış borc məbləği ilə razılaşmır. Çünki o, heç bir pozuntu və müdaxilə etməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Elektrik enerjisindən istifadə Qaydaları’nın tələblərini açıq şəkildə pozaraq qanunsuz akt tərtib etmiş və buna əsasən 1003.12 manat məbləğində borc hesablamışdır. Həmçinin bu akt onlara çox gec təqdim edilmişdir. Bu da daha bir qanunsuzluqdur. Bu səbəbdən də cavabdehin heç bir əsas olmadan tərtib eldiyi 000763 nömrəli 01 avqust 2024-cü il tarixli akt qanunsuz hesab edilərək ləğv edilməli və bu akta əsasən hesablanmış 1003.12 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin heç bir əsas olmadan tərtib etdiyi 000763 nömrəli 01 avqust 2024-cü i tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi və bu akta əsasən hesablanmış 1003.12 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 03 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İşi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmir. Bu halın nəzərə alınmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə iddiaçının istifadəsində olan elektrik sayğacına baxış keçirilib. Elektrik sayğacına baxış keçirilən zaman məlum olub ki, elektrik sayğacının üst gövdə hissəsi aralıdır. Sayğacın alt qapaq möhürü yoxdur. Sayğacın yenisi ilə əvəz edilməsi barədə qeydiyyat aparılıb. xx.xx.2024cü il tarixdə sayğac laboratoriyaya göndərilib. Bildirilib ki, iddiaçının özüdə iştirak etsin. Lakin iddiaçı iştirak etməmiş və akta imza çəkməmişdir. 979,68 manat məbləğində hesbaat aparılıb. Sayğaca laboratoriyada baxış zamanı rəy verilib ki, sayğaca müdaxilə halı kimi qiymətləndirilib. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 26-cı məhəllə, ev(bina):0550, mənzil:1513 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli, 000763 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirən zaman məlum oldu ki, elektrik sayğacının üst gövdə hissəsi aralıdır. Sayğacın alt qapaq möhürü yoxdur. Sayğacın yan hissələrində cırıqlar müşahidə olunmuşdur. Həmçinin sayğac üzərində komputer məlumat bazasına daxil edilməmiş göstərici var. "xxxx" ASC-nin Akt komissiyasının sədri tərəfindən tərtib olunmuş əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərinə aid cədvəldən görünür ki, T.Verdiyevanın Sumqayıt RETSİ, Sumqayıt şəhəri ünvanında yerləşən **********01513 saylı sayğacına baxış keçirilən zaman məlum oldu ki, elektrik sayğacının üst gövdə hissəsi aralıdır. Sayğacın alt qapaq möhürü yoxdur. Naqilin en kəsiyinə əsasən hesabla verildi. 979,68 (doqquz yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat hesabat aparılmış və sayğac dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına cavabdeh tərəfindən 979,68 manat borc hesablanmışdır. Həmin akt yoxlama zamanı iddiaçıya məxsus mənzilə elektrik hesabat sayğacın üst gövdə hissəsi aralı olduğuna və alt qapaq möhürünün olmaması halı aşkar edildiyi üçün tərtib edilmişdir. Lakin işin araşdırılan hallarına əsasən iddiaçının məzilindən kənarda yəni mənzilin sayğacın üst gövdə hissəsi aralı olması və alt qapaq möhürünün olmamasına görə iddiaçının təqsili olması təsdiq edilmir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına da əsasən sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda mənzilə elektrik hesabat sayğacına müdaxilə edilməsi və sair hallara görə iddiaçı cavabdehlik daşımadığından, həmçinin mənzildən kənarda yerləşən sayğaca baxış keçirilməsi zamanı abonentin məlumatlandırılması zəruri olduğundan bu edilməmiş, aktın tərtibatında iştirak edən şəxslərin iştirakı məhkəmə iclasında təmin edilməmiş, iddiaçının təqsiri ucbatından olması sübuta yetirilməmiş, sayğacda olan nasazlıqlara görə məsuliyyət daşımadığından iddia tələbi qismən edilməlidir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Ona görə də məhkəmə iddianın qismən əsaslı olması qənaətinə gəlir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı yaşadığı Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyəti, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evi (saldo üzrə Sumqayıt şəhəri, 26-cı məhəllə, ev(bina):0550, mənzil:1513) ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 979,68 (doqquz yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borc **********01513 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyəti, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evi (saldo üzrə Sumqayıt şəhəri, 26-cı məhəllə, ev(bina):0550, mənzil:1513) ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 979,68 (doqquz yüz yetmiş doqquz manat altmış səkkkiz qəpik) manat məbləğində borc **********01513 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar