Məhkəmə qərarları › İş №2(060)-6038/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6038/2024

19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6038/2024 19.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nünayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən iddiaçıya məxsus evə, **********00243 abonent koduna akt ilə əsassız olaraq hesablanmış 2276,39 manat cərimə borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 16-cı mkr., ev 40B çıxarışla iddiaçının tam mülkiyyətindədir, orada yaşayır. Qeyd olunan ünvana dair X1yə görə aylıq sərf edilmiş elektrik enerjisinə görə ödənişləri vaxtlı vaxtında etmişdir. İddiaçının xəbəri, məlumatı olmadan gəlib, sayğacı dəyişdirib aparmışdırlar. İddiaçı sonra bilmişdir ki, akt tərtib edilib və cərimə yazılmışdır. İddiaçı necə yoxlama keçirildiyi və nə vaxt keçirildiyi, nə üçün belə bir akt tərtib edildiyi və o qədər cərimə yazıldığı barədədə məlumatsızdır. Yazılmış cərimə artıqdır, hansı ki, illərlə o evdə qalsa belə o sərfiyyatın olması ağlabatan deyil. İddiaçının sayğacı ilə bağlı akt tərtib edilmiş və ona 2276,39 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı bildirir ki, sayğac daima evdən kənarda yerləşib, hər kəsin müdaxilə edə biləcəyi bir yerdə və şəraitdə quraşdırılmışdır, iddiaçının gecə-gündüz həmin sayğaca nəzarət edə bilmə imkanım da yoxdur. Sayğac nə üçün yanıb, nə üçün bu akt yazılıb heç bir məlumatım yoxdur. "xxxx" ASC-nin nümayəndəsi etirazla müraciət edərək İddiaçı Sumqayıt şəhəri 16-cı mkr-da yerləşən iddiaçıya məxsus evə **********00243 abonent koduna akt ilə əsassız olaraq hesablanmış 2276,39 manat borcun silinməsi tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 10 may 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayonda, yerləşən abonentə məxsus mənzildə elektrik sayğacıma baxış keçirilən zaman məlum oldu ki, elektrik hesabat sayğacına müdaxilə olunub, sayğacın üst qapaq örtüyünün gövdəyə birləşən sol və sağ yan hissəsində yuxarı üst birləşmmə hissəsində və hesablayıcı şot mexanizm hissəsində müdaxilə izləri var.Ölçmə zamanı xətdən axan yük Pfak=10,78 kvt (on tam yüzdə yetmiş səkkiz) Psay=10,78 (on tam yüzdə yetmiş səkkiz) kvt Qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 mm-lik aliminium naqil.Pqoy=ll kvt təşkil etmişdir.Sayğac laboratoriya yoxlamasından da keçmişdir və yoxlama zamanı da təsdiq edilmişdir ki, həqiqətən də sayğaca müdaxilə olunub.Əlavə olaraq məhkəmənin nəzərinə çatdırıram ki, abunə haqqında çıxarışa diqqətlə nəzər yetirdikdə iddiaçının sayğacına müdaxilə faktı olduğu üçün sayğac göstəricisi 8-20 manat arası olduğu halda xx.xx.2024-cü il tarixdə dəyişildikdən sonra 100-400 manat arası təşkil etmişdir. X1 qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, 002007 saylı saylı akt tərtib edilmişdir. Akt əsasında 1999,48 manat məbləğində itirilmiş elektrik enerjisnin dəyərinə uyğun olaraq hesabat aparılmışdır. İddiaçı isə ona 2276,39 manat məbləğində hesablaşma aparıldığını qeyd edir. Digər məbləğ abonentin istehlak etdiyi elektrik enerjisnin dəyəridir və mütləq qaydada ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nünayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, **********00243 abunə kodu üzrə iddiaçının cavabdehə 1998,48 manat borcu vardır. xx.xx.2024-cü il tarixli, 002007 saylı saylı aktdan görünür ki, 1999,48 manat məbləğində itirilmiş elektrik enerjisnin dəyərinə uyğun olaraq hesabat aparılmışdır Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 16-cı mkr., 40B ünvanı üzrə elektrik enerjisinin kodu **********00243 olan evə X1yə görə 1998,48 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 16-cı mkr., 40B ünvanı üzrə (**********00243 abunə kodu) X1yə görə hesablanmış 1998,48 manat borc silinməlidir. İddia tələbində silinməsi xahiş edilən borc 2276,39 manat qeyd edilsədə, araşdırma zamanı müəyyən edilir ki, borc 1998,48 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1998,48 manat olduğundan 39,98 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 16-cı mkr., 40B ünvanı üzrə (**********00243 abunə kodu) X1yə görə hesablanmış 1998,48 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə ödənilməli olan 39,98 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar