Məhkəmə qərarları › İş №2(060)-604/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-604/2025

04.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-604/2025 04.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, X3 qəsəbəsində iddiaçının istifadədə olan quraşdırılmış sayğaca dair xx.xx.2024-cü il tarixli 057556 nömrəli akt əsasında hesablanmış 1034,04 manat əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, borc onun fermer təsərrüfatına yazılıb, o, fərdi sahibkardır. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı fərdi sahibkar kimi onlarla müqavilə bağlamışdır, və tariflər qeyri-yaşayış kimi hesablanır. Məhkəmə hesab edir ki, 2(060)-604/2025 saylı mülki iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarını araşdıraraq müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddiaçının göstərdiyi ünvan ünvan 1 İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə görə yazılmış borcu mübahisələndirmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı ********** saylı VÖEN-lə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyatı olmamasını aşkara cıxara bilər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi aidiyyatı üzrə məhkəməyə göndərməlidir. Göründüyü kimi hazırki 2(060)-604/2025 saylı mülki iş aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 44-45-ci və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair 2(060)-604/2025 saylı mülki iş aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar