Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-605/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus ünvan 3nın 13-cü mənzilinə qanunsuz və əsassız hesablanmış "xxxx" ASC fəaliyyəti dövründən qalma 101 manat borcun **********03192 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhər 10-cu mikrorayon, bina-66a, mənzil-13 ünvanında yaşayır. Mənzildə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə isdifadə edir. İddiaçı tərəfitdən sərf edilmiş elektrik enerjisinin dəyəri vaxtlıvaxtında ödənilir. Bildirir ki, ünvan 3nın iddiaçıya məxsus 13-cü mənzilində abunə kodu **********03192) "xxxx" ASC dövründən qalma 101 manat borc xx.xx.2021-ci il tarixində "xxxx" tərəfindən silinmişdir. Borc silindikdən sonra Sumqayıt ASAN xidmətindən mənzildə xx.xx.2021-ci il tarixə qədər elektrik enerjisinə görə borcun olmaması barədə AB 001168 nömrəli arayış almışdır. Həmin arayış "xxxx" ASC-nin abunə haqqında çıxarışında da əks olunmuçdur. Arayış aldıqdan sonra iddiaçıya təqdim edilən bildirişlərdə həmin borc göstərilməmişdir. Bildirir ki, hazırda cavabdeh tərəfindən iddiaçıdan tələb olunan dondurulmuş 101 manat borc 2005-ci ilədək "xxxx" ASC-nin fəaliyyəti dövründə yaranan borcdur. 2022-ci ilin noyabr ayında Sumqayıt ASAN xidmətinə müraciət edərək mənzildə elektrik enerjisinə görə borcumun olub-olmaması ilə maraqlanarkən mənə iddiaçıya bildirilmişdir ki, “gələcəkdə mənzilin satmaq istədikdə məndən həmin borc məndən tələb ediləcəkdir”. xx.xx.2021-ci ilə qədər mənzildə elektrik enerjisinə Azərişıq ASC-yə borcunun olmadığına dair ASAN xidmətin AB 001168 nömrəli arayışını təqdim etməyinin heç bir nəticəsi olmamışdır. Yenə qanunsuz və əsassız olaraq iddiaçıdan həmin borc tələb olunur. Buna görə iddiaçı Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx" ASC-nin fəaliyyəti dövrünə aid cavabdeh təşkilata iddiaçının borcu yoxdur. Həmin borc əsassız və qanunsuz tələb olunduğundan hesab edir ki, həmin borc silnməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etməmişdir, əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədi. Bildirdi ki, abunə haqqında çıxarışdan da göründüyü kimi xx.xx.2021-ci il tarixdə 101,19 manat "xxxx"dın qalan borc olduğuna görə dondurulmuşdur, belə ki, hazırda 101,19 manat "xxxx" ASC-dən tələb olunmur, “ASAN Xidmət” Mərkəzində alqı-satqı və addəyişmə zamanı tələb olunur. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, iddiaçının cavabdehə 101 manat borcu vardır. Həmin borc ETAİS-dən (enerji təhcizatı və istismar sahəsi) qalan borcdur. Borc xx.xx.2015-ci il tarixə qədər yaranmışdır. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt Filialının verdiyi 19 dekabr 2022-ci il tarixli məlumatından görünür ki, ünvan 2 ünvanında istehlak edilmiş elektrik enerjisinin hesabatı zavod nömrəsi ******* olan Viko markalı hesablaşma elektrik sayğacı vasitəsi ilə aparılır və "xxxx" ASC-nin kompüter məlumat bazasında **********03192 nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. Abunə haqqında cədvəl təhlil olunarkən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin fəaliyyəti dövründəki “ETAİS” proqram təminatından “Oracle” proqram təminatına 904,05 manat məbləğində borc keçirilmişdir. Həmin 904,05 manat məbləğində borcdan "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış 101,19 manat məbləği xx.xx.2021-ci il tarixində abonent hesabından çıxarılmışdır. Eyni zamanda, xx.xx.2021-ci il tarixinə borcun olmadığına dair "xxxx" ASC tərəfindən AB001168 nömrəli arayış verilmişdir. Lakin 2022-ci ilin noyabr ayında tərəfinizdən mənzili alqı-satqı yolu ilə satılan digər şəxsin adına keçirilməsi ilə əlaqədar “ASAN xidmət” mərkəzinə müraciət edərkən elektrik enerjisinə görə 101,19 manat məbləğində borcun olduğu bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 3nın 13-cü mənzilində abunə kodu **********03192 olan mənzildə X1yə görə hesablanmış borcun tələb müddəti keçmişdir. Belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən ünvan 3 ünvanında abunə kodu **********03192 olan 13- saylı mənzildə X1yə görə hesablanmış 101 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “"xxxx" ASC tərəfindən ünvan 3 ünvanında abunə kodu **********03192 olan 13 saylı mənzildə X1yə görə hesablanmış 101 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-605/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-605/2023
26.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver