Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6067/2021 20.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçılar "xxxx" MMC-nin direktoru İddiaçı1 və "xxxx" MMC-nin təsiscisi İddiaçı2 Cavabdehlər Cavabdeh1 və qeyrilərinə və müstəqil tələb irəli sürməyən üçünçü şəxs Sumqayıt Tağıyev Bələdiyyəsinə qarşı «qeyri yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar "xxxx" MMC-nin "xxxx" MMC-nin təsisçisi İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə möraciət edərək, Sumqayıt şəhəri Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 (3 saylı şəhər Xəstəxanasının yanı) ünvanında yerləşən "xxxx" MMC-yə məxsus 84 kv.m sahədə inşa edilmiş binanın və Bakı-Quba yolunun H.Zeynalabdin qəsəbəsindən keçən ərazisində yem sexinin yanında yerləşən çörək sexinin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 20.09.2021-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda iddiaçılar "xxxx" MMC-nin direktoru İddiaçı1 və "xxxx" MMC-nin təsiscisi İddiaçı2 ərizə ilə mürajiət edərək, iddia tələblərindən imtina etdiyini, iddia ərizəsini və ona əlavə etdiyi sənədləri özlərinə geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa mülki iş üzrə ijraata xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçılar "xxxx" MMC-nin direktoru İddiaçı1 və "xxxx" MMC-nin təsiscisi İddiaçı2 imtinaları qəbul edilməli və iş üzrə ijraata xitam verilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçılar "xxxx" MMC-nin direktoru İddiaçı1 və "xxxx" MMC-nin təsiscisi İddiaçı2 javabdehlər Cavabdeh1 və qeyrilərinə və müstəqil tələb irəli sürməyən üçünçü şəxs Sumqayıt Tağıyev Bələdiyyəsinə qarşı «qeyri yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə» dair mülki iş üzrə iddiaçılar "xxxx" MMCnin direktoru İddiaçı1 və "xxxx" MMC-nin təsiscisi İddiaçı2 imtinaları qəbul edilsin və 2(060)-6067/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6067/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6067/2021
20.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver