Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-610/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cəbrayıl rayonundan məcburi köçkün düşməklə 1993-cü ildən Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11-də yerləşən 1 otaqdan ibarət 2 saylı otaqda məskunlaşmışdır. Otaqda onun tək yaşamağına baxmayaraq cavabdeh təşkilat tərəfindən bu otaqda guya 4 nəfərin yaşadığı qeyd olunmuş və uzun illər ərzində adamsayı hesabı ilə hesablama aparılmaqla 4 nəfərə görə borc hesablanmışdır. Onun adına açılmış abonent kodu **********120-dir. O, bu illər ərzində sayğac göstərici əsasında ödənişləri həyata keçirmiş, lakin 4 nəfər şəxs qeydiyyatı üzrə adamsayı ilə aparılmış əsassız hesablamalar nəticəsində 668 manat borcun olması ona bildirilmişdir. Halbuki bu otaqda heç vaxt 4 nəfər yaşamamış və onun tək yaşamağı barədə ərazi MİS-dən rəsmi arayış da alınmışdır. Belə hesab edir ki, cavabdehin bu hərəkəti tam qanunsuzdur. Ona görə də 4 nəfər say hesabı əsasında hesablanmış 668 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh ASC tərəfindən onun adına açılmış **********20 abonent kodu əsasında Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11-də yerləşən 1 otaqdan ibarət 12 saylı otağa su sərfiyyatı ilə bağlı hesablanmış 668 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, evdə tək yaşayır. Cavabdeh borcu haqsız yazdığı üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh ASC-yə üç və yaxud dörd dəfə müraciət etmiş və bildirmişdir ki, üç nəfəri onun üstünə artıq yazmışlar. Bildirmişdir ki, razılığa gəlsinlər və tək adamın pulunu ödəsin. Pulu ödədikcə də qarşı cavabdeh təşkilat bir adam üçün 20 manatdan məbləğ hesablamışdır. Yaxud da onun ödədiyi pulu köhnə borclardan çıxmışlar. 1994-cü ildən həmin ünvanda yaşayır. Sayğacdan əlavə ona borc hesablamışdır. 2002-ci ilin sonundan onun borcu 7 və yaxud 8 manat yazılsa da, on manatdan daimi olaraq ödəmişdir. Özü ikinci qrup əlildir. Pensiya alır. Ailə tərkibinin bir nəfərdən ibarət olması barədə arayış ilə müraciət etmişdir. 2017-ci ilə kimi müraciət etməmişdir. Rayonda qeydiyyatdadır. Faktiki olaraq isə Sumqayıt şəhərində yaşayır. Rayonda yaşadığı yerdən də arayış almışdır. Xəstəliklə əlaqədar bu şəhərdə yaşayır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçıya məxsus ünvanda 1 yanvar 2004-cü ildə İddiaçı adına kod açılaraq su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. 2011-ci il tarixdən məlum Fərmana uyğun olaraq bütün borclar sıfırlanmışdır. Ona görə də iddiaçı tərəfindən 2016-cı ilə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Bu ünvanda 14 aprel 2017-ci il tarixdə sayğac quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra ödənişləri isə qismən həyata keçirməyə başlamışdır. Lakin 2022-ci il və 2023-cü il tarixlərdə artıq ödənişləri olmuşdur. Onlar da borcdan çıxılmışdır. Eyni ünvanda 2017-ci il tarixdən sayğac quraşdırılan tarixə kimi 210 manat 47 qəpik borc vardır. İddiaçı bildirir ki, ünvanda tək yaşayır. Lakin onlara tək yaşaması və məcburi köçkün olması barədə sənəd təqdim edilmədiyi üçün nəzərə almamışlar. 2021-ci il tarixdə isə artıq ünvanda sayğac olmuşdur. Sayğac quraşdırıldıqda isə ailə tərkibinin heç bir önəmi olmur. Çünki göstəricilərə uyğun olaraq da hesabat aparılır. Əvvəlki borclar sayğac quraşdırıldıqdan sonra yaranan borca əlavə olunur. Əvvəl adam başına yəni dörd nəfər üzrə hesabat aparılmış və cərimə yazılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materillarında olan Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, dövr borcu 8 manat, dövr üzrə əvvəlki qalıq borcu 660 manat 22 qəpik olmaqla ümumillikdə 668 manat 22 qəpik məbləğində pul ödənilməlidir. Sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin 1361 nömrəli, xx.xx.2023-cü il tarixli arayından görünür ki, İddiaçı 42-ci məhəllə, yataqxana 11, otaq 12 ünvanında Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. 1993-cü ildən tək yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Əlisoltanlı kənd ərazisindəki qaçqın və köçkünlərin məskunlaşdığı inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 229 nömrəli, 22 noyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Saatlı rayonu, Əlisoltanlı kəndi ərazisindəki qaçqın və köçkün şəhərciyində müvəqqəti olaraq qeydiyyatdadır və hal-hazırda Sumqayıt şəhərində yaşayır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev-11/A ünvanında yerləşən 12 saylı mənzilə sudan istifadəyə görə 4 nəfər ailə tərkibi nəzərə alınmaqla, 668.22 manat məbləğində borc hesablanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında sudan istifadəyə görə 4 nəfər ailə tərkibi nəzərə alınmaqla 393.57 manat məbləğində borc hesablanmışdır. Lakin həmin ünvanda arayışa əsasən müəyyən edilir ki, iddiaçı tək yaşamışdır. Məhkəmə hesab edir ki, hesablanmış borc iddiaçının ünvanda dörd nəfər şəxsin su sərfiyatından istifadə etməsi kimi hesabat aparılmışdır.Ona görə də 393.57 manat məbləğində borc əsassız hesablanmışdır. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbinə etiraz etmiş, lakin etirazının əsası təşkil etdiyi halları məhkəmə araşdırması gedişatında təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapması nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev-11/A ünvanında yerləşən 12 saylı mənzilə sudan istifadəyə görə əsassız hesablanmış 393.57 manat məbləğində borc abonentin hesabından (abonent kodu **********120) silinməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllə, ev-11/A ünvanında yerləşən 12 saylı mənzilə sudan istifadəyə görə əsassız hesablanmış 393.57 manat məbləğində borc abonentin hesabından (abonent kodu **********120) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-610/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-610/2024
06.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver