Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6119/2024 05.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 565 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun X2 məxsus olması faktının müəyyən edilməsi dair qətnamə qət edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 565 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun X12 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. O, bildirir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 565 saylı fərdi yaşayış evi mərhum X1 mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də imtina edilmişdir. İmtinaya əsas olaraq bildirilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 565 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport X1 adına tərtib olunmuş, təqdim olunmuş ölüm haqqında şəhadətnamədə mərhumun adı “X13” oğlu göstərilmişdir. Məhz qeyd olunan səbəbdən dolayı ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. X3 ərizəçinin atasıdır. 29 yanvar 1999-cu il tarixdə vəfat etmişdir. Atasının adı Atabaladır. Ölüm haqqında şəhadətnaməsində isə səhvliklə ata adı “Atabala” əvəzinə “Ağaəli” olaraq qeyd edilmişdir.Ərizıçi qeyd edir ki, atasına məxsus bütün hüquqmüəyyənedici sənədlərdə atasının adı “Atabala” olaraq qeyd edilmişdir. Odur ki, qeyd olunanlar səbəbindən faktının müəyyən edilməsi zərurəti yaranmışdır və hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********08 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 565 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport X1 adına tərtib olunmuşdur. Təqdim olunmuş ölüm haqqında şəhadətnamədə mərhumun adı “X13’ oğlu göstərilmişdir. Müraciətə vərəsəlik işinin açılması barədə notariat kontorunun məktubu və X1 adına verilmiş texniki pasportun X4 aid olması barədə sənəd əlavə olunmamışdır. AZ 185637 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X7 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X5 anası Meyranca Quseynxan qızıdır. AZ ******* saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə doğulmuş, atası X6 anası Meyranca Quseynxan qızıdır. AZ 423076 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 xx.xx.1945-ci il tarixdə doğulmuş, atası X5 anası Meyranca Quseynxan qızıdır. AZ 423076 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 xx.xx.1947-ci il tarixdə doğulmuş, atası X5 anası Meyranca Quseynxan qızıdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xroniki böyrək çatışmazlığı xəstəliyindən ölmüş bu barədə aktlar qeydi kitabında xx.xx.1999-cu il tarixdə 04 nömrəsi ilə qeyd edilmişdir. - 565 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 565 ünvanında fərdi yaşayış evi X2 məxsusdur. Beləliklə Ərizəçi xx.xx.1968-ci il tarixdə ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 565 saylı fərdi yaşayış evi X1 mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş lakin buna imtina edilmişdir. İmtinaya əsas olaraq bildirilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 565 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport X1 adına tərtib olunmuş, təqdim olunmuş ölüm haqqında şəhadətnamədə mərhumun adı X17 göstərilmişdir. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənəd olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 565 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun X12 məxsus olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 565 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun X12 məxsus olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6119/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6119/2024
05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver