Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6127/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə Ərizəçi İddiaçı Cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna və maraqlı tərəflər Maraqlı şəxs1 və qeyrilərinə qarşı "miras-əmlakda payının ½ hissədə müəyyən edilməsi tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 3288 A saylı bağ evi və torpaq sahəsindən mərhum anası X2 çatası paya münasibətdə onun vərəsəlik payını ½ hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması ücün 03.09.2021-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda ərizəçi İddiaçı ərizə ilə müraciət edərək işi baxılmamış saxlanması və işə əlavə edilmiş sənədlərini ona geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: Ərizəçi İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna və maraqlı tərəflər Maraqlı şəxs1 və qeyrilərinə qarşı "miras-əmlakda payının ½ hissədə müəyyən edilməsi tələbinə» dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun ərizəçi İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-6127/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6127/2021
03.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver