Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6127/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası - 06 aprel 2023-cü il tarixdə vəfat etmiş X3 mülkiyyətində olmuş Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsinin onun xx xxxxxx 1985-ci il təvəllüdlü İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1985-ci il tarixdə anadan olub. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanında faktiki yaşayır. Bildirmək istəyir ki, X5 onun anasıdır və 06 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi vəfatından əvvəl onun xüsusi mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi vəfatından sonra onun faktiki istifadəsində və mülkiyyətində olmuşdur. Sözügedən miras əmlakın qəbulu ilə əlaqədar cavabdeh notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin mirasın qəbul müddətini ötürdüyü üçün imtina edilmişdir. Qeyd edir ki, müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur. Belə ki, o, miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxtı notariat ofisinə müraciət etməli olduğunu başa düşüb. Lakin sonradan ona izah olunmuşdur ki, 6 ay tamam olduqdan sonra müraciət etməli olduğu yox, 6 ay müddət tamam olduqdan sonra vərəsəlik haqqmda şəhadətnamə verilir. Yəni, qanunun tələbini səhv başa düşüb. Qeyd etmək istəyir ki, bu müddət ərzində miras əmlakına faktiki sahiblik edib. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçıiddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, anasının yeganə vərəsəsi odur, ondan başqa vərəsə yoxdur. Belə ki, anası heç vaxt nikahda olmamışdır. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1611 nömrəli arayışdan görünür ki, İddiaçı mirasın qəbulu müddətini ötürmüş, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan AZ-İİ 347523 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 79 nömrə ilə qeyd edilmişdir. İşdə olan Xİ JQ -353931 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. atası X9, anası X4r. İş materiallarında olan AZ-T 774312 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X8 xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 1254 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 vətəndaşlıq vəziyyəti aktlarının arxivinin elektron informasiya sistemində nikah haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 06 aprel 2023-cü il tarixdə vəfat etmiş, ondan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı X1 Gülçöhrə Dilənçi qızının birinci növbə vərəsəsidir. G.Məmmədovanın başqa vərəsəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə işin hallarını və iddiaçı X6 X3 birinci növbə və yeganə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X2 miras qalmış əmlakın iddiaçı X8 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 06 aprel 2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsinin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6127/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6127/2024
02.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver