Məhkəmə qərarları › İş №2(060)-6141/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6141/2023

13.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6141/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «X1yə görə borcun tələb olunmasının əsassız hesab edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2035 manat borcun silinməsi və xx.xx.2023-cü il tarixli 031609 nömrəli aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mənzilindən və həyətyanı sahəsindən kənarda ictimai yer olan küçədə quraşdırılmış elektrikli sayğacı ona məlum olmayan səbəblərdən yararsız vəziyyətə düşmüşdür. Onun və mənzildə yaşayan digər şəxslərin elektrik sayğacında baş vermiş nasazlığa görə heç bir cavabdehliyi yoxdur, çünki həmin sayğacın korlanmasına, nasaz olmasına səbəbkar o, deyildir. O, və mənzildə yaşayan digər şəxslər sayğaca mütəmadi baxış keçirməyə məsul deyillər. Həmçinin enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli abunə müqaviləsinə əsasən, o, sayğacın işlək vəziyyətdə qalmasına görə məsuliyyət daşımır. Sayğac onun mənzilində və ya istifadəsində olan yerdə quraşdırılmayıb. Sayğaca kənar müdaxilənin olması faktı qeydə alınmayıb və sübuta yetirilməyib. Məhkəməyə təqdim etdiyi “Abunə haqqında arayış”dan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023 tarixli 031609 nömrəli Akt üzrə barəsində 2045 manat 16 qəpik borc yazılmışdır. Həmin Akt barədə məlumatı bildiriş alanda öyrənmiş, həmin Akt qanunvericiliyin tələblərinə müvafiq tərtib edilməmişdir və buna görə də barəsində mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. Aktlar enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbinin verilməsinə əsas olan 2045.16 manat borcun yazıldığı və ona tarixi və nömrəsi bildirilməyən, lakin Abunə haqqında arayışdan göründüyü kimi mövcud olan Akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və onun iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozularaq akt tərtib edilmişdir. Buna görə də həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. AR NK-nin 02 fevral 2005-ci il 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydalar-nın 7.6-cı, 7.7-ci, 7.9-cu, 7.11-ci, 8.33-cü, 9.4-cü bəndlərinə əsasən 538,96 manat məbləğindəki borc hesab edir ki, silinməlidir. Qeyd etdiyi əsaslar onu bir daha göstərir ki, tarixi və nömrəsi ona bildirilməyən, lakin Abunə haqqında arayışdan göründüyü kimi mövcud olan Akt onun barəsində mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. Borc məbləğinin ödənilməsi yükünü, öhdəliyini daşımır. Qeyd edir ki, borc barədə öyrəndikdən sonra məhkəməyə təqdim etdiyi aktı cavabdehdən tələb edib almışdır. “Sayğacın X1yə görə sərfiyyatı qeydə almaması faktı" barədə məlumatının olması və qəsdən bu faktla bağlı enerji satış şöbəsinə müraciət etmədiyini sübuta yetirən hər hansı dəlil mövcud deyil. Belə ki, o, özü də nəzarətçi tərəfindən “sayğacın X1yə görə sərfiyyatı qeydə almaması faktını aşkar etdiyi tarixdə məlumat almışdır. Yəni nəzarətçinin məlumatı əsasında bu faktı müəyyən etmişdir. Sayğac üzərində kənar müdaxilənin mövcudluğu cavabdeh tərəfindən öz labaratoriyalarında müyyən edilib, əyani şəkildə onun iştirakı ilə deyil. Sayğacı onun xəbəri olmadan söküb aparıblar. Sayğaca birbaşa onun və ailə üzvlərinin müdaxilə etdiyini sübut edən dəlii yoxdur. Onun istifadə etdiyi elektrik enerjisini ölçən hesablaşma elektrik sayğacında baş vermiş nasazlıq onun tərəfindən aşkar edilməyib. Onun istifadə etdiyi elektrik enerjisini ölçən hesablaşma elektrik sayğacına günlük və ya həftəlik baxış keçirilməsi, yoxlanılması vəzifəsini o, daşımır, məişət istehlakçısı kimi bir qayda olaraq ayda bir dəfə nəzarətçi tərəfindən təqdim edilmiş bildirişə əsasən, elektrik enerji sərfiyyat göstəricisini öyrənir. Əgər nəzarətçi mütəmadi aylıq bildirişi təqdim etməmiş olsaydı, o, sayğacın göstəricisini müstəqil müəyyən etməkdə və təqdim etməkdə cavabdeh olardı. Qeyd etdiyi qaydaların göstərişindən aşkar görünür ki, o, təqsirli olduğu halda məsuliyyət daşıyır. Təqsiri sübuta yetirilməyibsə və ya təqsirli olduğu aşkar dəlillərlə sübut edilməyibsə, o, məsuliyyət daşımır. Enerjitəchizatı müəssisəsinə məlumatı isə nasazlığı o, aşkar etdiyi halda verməlidir. Onun istifadə etdiyi elektrik enerjisini ölçən hesablaşma elektrik sayğacında, onun tərəfindən nasazlığın aşkar edilməsi və qəsdən bu barədə məlumat vermədiyi faktı aşkar dəlillərlə sübuta yetirilməyibsə, onun barəsində akt tərtib oluna bilməz, ona qarşı borc tələbi irəli sürülə bilməz. Onun istifadə etdiyi elektrik enerjisini ölçən hesablaşma elektrik sayğacına müdaxilə etdiyini və ya elektrik naqillərinə müdaxilə etdiyini sübut edən heç bir fakt, dəlil mövcud olmayıb və yoxdur. Sayğacın dəyişdirilməsi ilə bağlı xərclər isə onun tərəfindən qaydalardan aşkar göründüyü kimi təqsirli olduğu halda ödənilməlidir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi S.R.Əhmədov iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2020-ci il tarixdə Sayğaca baxış keçirən zaman məlum oldu ki, sayğacın (Dövlə qurğusu) və "A” möhürlərində müdaxilə izləri vardır. Sayğacın hesablama mexanizmlərinin yüzlük rəqəmində (2-iki) cızıq izləri vardır. 03 mart 2023-cü il tarixində sayğacın göstəricisi 10377 olmuşdur. Lakin sayğacın göstəricisi hal-hazırda 9272-dir. Sayğacın alt qapaq möhürünün sipi qırıqdır. Ölçmə zamanı xətdən axan yük ) = 14 A Pfak=3,08 (üç tam onda səkkiz) Qoyulmuş güc qidalandırıcı SİP xəttinə görə 9S=2xlO mm lik aliminum) Pqoy=ll kvt-dır. Sayğacın tələb hissəsində " Sayğac elektron tipli sayğacla əvəz edilsin. Çıxarılan sayğac sellofan torbaya qoyularaq, möhürlənsin və labaratoriya şəraitində rəy verilsin. xx.xx.2023-cü il tarixli "Sayğacların və cərəyan transformatorlarının yox haqqında 023239 saylı protokola əsasən sayğac yoxlaması zamanı məlun "Sayğacın zavod istehsalı olan "A” möhürləri və dövlət möhürü pozulub daxilinə baxış zamanı hesab mexanizminin üzərində cızıqlar aşkar olundu. Abonentin müdaxiləsi nəticəsində Sayğac istismara tam yararsız vəziyyətə düşüb. l7.03.2023-cu il tarixdə iddiaçının istifadəsində olan sayğac yeni M610 saylı zavod nömrəsi 21772322 olan yeni sayğac quraşdırılmışdır. İddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Abunə haqqında saldodan müəyyən edilir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, ev 0680, mənzil 2270 saylı mənzilinə ümumilikdə 2033 (iki min otuz üç) manat 54 (əlli dörd) qəpik borc hesablanmışdır. İşdə olan NDM saylı, xx.xx.2023-cü il tarixli, №031609 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsində yerləşən mənzilə aid elektrik sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğacın (Dövlə qurğusu) və "A” möhürlərində müdaxilə izləri vardır. Sayğacın hesablama mexanizmlərinin yüzlük rəqəmində (2-iki) cızıq izləri vardır. 03 mart 2023-cü il tarixində sayğacın göstəricisi 10377 olmuşdur. Lakin sayğacın göstəricisi hal-hazırda 9272-dir. Sayğacın alt qapaq möhürünün sipi qırıqdır. Ölçmə zamanı xətdən axan yük ) = 14 A Pfak=3,08 (üç tam onda səkkiz) Qoyulmuş güc qidalandırıcı SİP xəttinə görə 9S=2xlO mm lik aliminum) Pqoy=ll kvt-dır. İş materiallarında olan Abunə haqqında saldodan müəyyən edilir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Sahil, B 0004, M 01 saylı mənzilinə ümumilikdə 2015 (iki min on beş) manat 47 (qırx yeddi) qəpik borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəfin izahatından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının qeydiyyatda olduğu Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 4, mənzil 1 mənzilinə akt əsasında ümumilikdə 2035 (iki min otuz beş) manat borc hesablanmışdır. İddiaçı həmin borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.9-cu maddəsində nəzərdə tutulur ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablanması üçün, yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılmalıdır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Mübahisələndirilən aktlardan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələbləri pozularaq abonentə məxsus elektrik hesabat sayğacının bütövlüyünün pozulması halı üçün abonentə əlavə sərfiyyat hesablanarkən Qaydaların qeyd olunan tələbləri nəzərə alınmamış, akt tərtib olunarkən iki nəfər hal şahidinin iştirakı təmin olunmamış və iddiaçı aktın doğruluğu barəsində məlumat verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş NDM saylı, xx.xx.2023-cü il tarixli №031609 saylı aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacda yaranmış qüsur öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Eyni zamanda iddiaçı onun qeydiyyatda olduğu mənzilə 2035 manat borc hesablandığını bildirsə də, iş materiallarında olan abunə saldosundan görünür ki, onun yaşadığı mənzilə ümumilikdə 2033,54 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşırı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, sıx məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin istehlak etdikləri kommunal xidmət xərcləri (elektrik enerjisi, təbii qaz, su və məişət tullantılarının daşınması) dövlət tərəfindən ödənilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə hesablanmış 2033,54 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 4, mənzil 1-ə akta görə əsassız olaraq hesablanmış 2033 (iki min otuz üç) manat 54 (əlli dörd) qəpik borc əsassız olduğu üçün silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar