Məhkəmə qərarları › İş №2(060)-6143/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6143/2021

23.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6143/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Cavabdeh2 QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 QSC ilə Cavabdeh1 Səftə oğlu arasında bağlanmış 29.12.2010-cu il tarixli 03M000000938 saylı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 13951,71 ABŞ dolları məbləğində kredit borcu, 15716,65 ABŞ dollari məbləğində faiz borcu və 14137,36 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 43805 (qırx üç min səkkiz yüz ABŞ dolları 72 (yetmiş iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 43805 (qırx üç min səkkiz yüz beş) ABŞ dolları 72 (yetmiş iki) sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlətt rüsumunun; ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının Cavabdeh2 QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və X1 müştərək qaydada tutulması, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, İddiaçı, X3 və X4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, hərracın nəticələri üzrə alıcıya verilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)-2902/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 və X1 müştərək qaydada 003R********** saylı kredit müqaviləsi 13951 (on üç min doqquz yüz əlli bir) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində əsas, 15716 (on beş min yeddi yüz on altı) ABŞ dolları 65 (altmış beş) sent məbləğində faiz və 1413 (min dörd yüz on üç) ABŞ dolları 76 (yetmiş altı) sent məbləğində cərimə borcu olmaqla, 31082 (otuz bir min səksən iki) ABŞ dolları 12 (on iki) sent məbləğində borc ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh2 QSC-nin xeyrinə tutulması, tutma Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilin ilkin satış qiyməti 25146 (iyirmi beş min yüz qırx altı) manat 45 (qırx beş) qəpik müəyyən edilməsi, Mənzil açıq hərracdan satılsın və onların satışından edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 31082 (otuz bir səksən iki) ABŞ dolları 12 (on iki) sent məbləğində borc məbləğində pul iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər Cavabdeh1, İddiaçı, X3 və X5 mənzildən çıxarılsınlar və mənzil məcburi qaydada boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Qeyd edilən iddiadan apellyasiya məhkəməsi tərəfindən məhkəmə bildirişi ona təqdim olunarkən məlum olmuşdur ki, Cavabdeh2 QSC iddiaçıya qarşı borcun tutulması və həmin borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhəri 11-ci mk/rn, ev 4, 40 saylı mənzilin Cavabdeh1 tərəfindən ipoteka qoyulmasına ümumiyyətlə xəbəri olmamışdır. Cavabdeh1 ilə 08 iyul 1989-cu ildə 955 saylı nikah qeydiyyatından keçməklə rəsmi qayda ilə ailə qurmuşdur. İpotekaya qoyulan mənzil nikah dövründə alınmış əmlakdır. Həmin əmlakı ipotekaya qoyarkən onun razılığı almamışdır. Hesab edir ki, həmin əmlak birgə mülkiyyət olduğundan və həmin mənzilin ipotekaya qoyulmasından razılığı olmadığından həmin ipoteka müqaviləsi qismən etibarsız hesab edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 QSC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək, bildirdi ki, iddiaçı ipoteka müqaviləsi bağlanarkən şəxsən iştirak edib və notarial qaydada ərizə verərək razılıq bildirib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıya və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh Cavabdeh1 isə məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 29.12.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2007-ci il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzili ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 25146,45 manat qiymətləndirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020- ci il tarixli, 2(060)-2902/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 və X1 müştərək qaydada 003R********** saylı kredit müqaviləsi 13951 (on üç min doqquz yüz əlli bir) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində əsas, 15716(on beş min yeddi yüz on altı) ABŞ dolları 65 (altmış beş) sent məbləğində faiz və 1413 (min dörd yüz on üç) ABŞ dolları 76 (yetmiş altı) sent məbləğində cərimə borcu olmaqla, 31082 (otuz bir min səksən iki) ABŞ dolları 12 (on iki) sent məbləğində borc ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh2 QSC-nin xeyrinə tutulması, tutma Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilin ilkin satış qiyməti 25146 (iyirmi beş min yüz qırx altı) manat 45 (qırx beş) qəpik müəyyən edilməsi, Mənzil açıq hərracdan satılsın və onların satışından edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 31082 (otuz bir səksən iki) ABŞ dolları 12 (on iki) sent məbləğində borc məbləğində pul iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər Cavabdeh1, İddiaçı, X3 və X5 mənzildən çıxarılsınlar və mənzil məcburi qaydada boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh1 ünvan 1-da qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 08 iyul 1989-cu il tarixli 955 saylı nikah qeydi vardır. İş materiallarında olan 29.12.2010-cu il tarixli 3M/1004 reyestr nömrəli notariat işindəki İddiaçı ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən evi ipoteka qoyulmasına razı olduğunu bildirmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin yeganə əsası kimi mübahisəli mənzilin ipoteka qoyulması üçün onun razılığının olmadığını bildirsə də, iş materiallarında olan notariat işindən görünür ki, İddiaçı ünvan 1 ünvanını ipoteka qoyulmasına razılığını ərizə ilə bildirmişdir. Odur ki, müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 29.12.2010-cu il tarixli 03M000000938 saylı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar