Məhkəmə qərarları › İş №2(060)-6158/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6158/2020

20.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6158/2020 20.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, xx.xx.2016-cı il tarixli payçı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən bina 5, blok 5, mərtəbə 12, ümumi sahəsi 85.5 kv. metrdən ibarət 35 M saylı evin 3 otaqlı 83 saylı mənzilinin alınması üçün Cavabdeh ilə İddiaçı MTK arasında ********* saylı, xx.xx.2016-cı il tarixli payçı müqaviləsi bağlanmışdır. Həmin payçı müqaviləsi əsasında AR ƏMDK yanında DƏDRX tərəfindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir ki, həmin çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35M saylı evin 83 saylı mənzili cavabdehin mülkiyyətinə keçmişdir. Payçı müqaviləsinin 3.2-ci bəndinə əsasən MTK sözügedən mənzili müqavilədə göstərilən bütün şərtləri icra edib binanın bünövrəsi qoyulduqdan sonra 15 ay müddətinə payçıya təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin payçı müqaviləsinin 1.2-ci bəndinə əsasən “Payçı” mənzili qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin MTK-ya ödənilməsini, həmçinin İddiaçı yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin payçı müqaviləsinin Yekun şərtlər bölməsinin 8.1-ci bəndndə qeyd edilmişdir ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edir və həmin mənzil digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan sonra və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. Hal-hazırda cavabdeh müqavilə öhdəliklərini yerinə yetriməmişdir. Bu səbəbdən də həm özünün, həm həyat yoldaşı X1 notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi var. Həmin notarial ərizələr xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X2 iştirakı ilə təsdiqlənmişdir. Həmin ərizələrdə cavabdeh və həyat yoldaşı Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən bina 5, blok 5, mərtəbə 12, ümumi sahəsi 85.5 kv. metrdən ibarət 35 M saylı evin 3 otaqlı 83 saylı mənzildən və pay hüququndan imtina etmiş, mənzilin və pay hüquqlarının satılmasına, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə (dəyişdirilməsinə) etirazlarının olmamasını bildirmiş və öz imzaları İlə təsdiqləmişlər. Bu səbəbdən payçı müqaviləsi etibarsız hesab edilməli, onun əsasında cavabdehin adına verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx xxxx 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, S.Vurğun küçəsi, bina nömrə 5, 83 nömrəli, ümumi sahəsi 85.5 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. İş materiallarında olan seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4, mənzil 83 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 302 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınmışdır. İşdə olan Cavabdeh İddiaçı MTK-nın rəhbərliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********677 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MTK-nın inşa etdiyi binada adında olan və Sumqayıt şəhəri, 6mikrorayon, Səməd Vurğun küçəsində tikilməkdə olan 5-ci bina, 5-ci blok, 12-ci mərtəbəsində yerləşən 85.5 kv.m ümumi sahəsindən ibarət olan 3 (üç) otaqlı 83 nömrəli mənzilindən və pay hüququndan imtina etmişdir. Həmin pay hüquqlarının satılmasına, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə (Dəyişdirilməsinə) etirazı yoxdur. Gələcəkdə göstərilən mənzil barəsində İddiaçı MTK-ya qarşı heç bir iddiası olmayacaqdır. İş materiallarında olan X1 İddiaçı MTK-nın rəhbərliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********678 nömrəli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MTK-nın inşa etdiyi binada əri Cavabdeh adında olan və Sumqayıt şəhəri, 6-mikrorayon, Səməd Vurğun küçəsində tikilməkdə olan 5-ci bina, 5-ci blok, 12-ci mərtəbəsində yerləşən 85.5 kv.m ümumi sahəsindən ibarət olan 3 (üç) otaqlı 83 nömrəli mənzilindən və pay hüququndan imtina etmişdir. Həmin pay hüquqlarının satılmasına, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə (Dəyişdirilməsinə) etirazı yoxdur. Gələcəkdə göstərilən mənzil barəsində İddiaçı MTK-ya qarşı heç bir iddiası olmayacaqdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 4773 nömrəli arayışdan görünür ki, Mərdanlı X4 şəhəri, məhəllə 6, Nizami küçəsi, ev 19C ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, S.Vurğun küçəsi, bina nömrə 5, 83 nömrəli, ümumi sahəsi 85.5 kv.m olan, 3 otaqlı mənzili İddiaçı MTK-dan almışdır. Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35M saylı evin 83 saylı mənzilini xx xxxx 2016-cı il tarixli Payçı müqaviləsinə əsasən əldə etmiş, sonradan həmin mənzilə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o, həmin evə mülkiyyət hüququ əldə etmişdir. Daha sonra Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərini yerinə yetirə bilmədiyindən Sumqayıt şəhəri, 6-mikrorayon, Səməd Vurğun küçəsində tikilməkdə olan 5-ci bina, 5-ci blok, 12-ci mərtəbəsində yerləşən 85.5 kv.m ümumi sahəsindən ibarət olan 3 (üç) otaqlı 83 nömrəli mənzilindən və həmin mənzilə pay hüququndan imtina etmiş, həmin pay hüquqlarının satılmasına, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə (dəyişdirilməsinə) etiraz etməmiş və gələcəkdə göstərilən mənzil barəsində İddiaçı MTK-ya qarşı heç bir iddialarının olmayacaqlarını öz imzaları ilə təsdiqləmişdir. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələr) Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35M saylı evin 83 saylı mənzilinə pay hüququndan imtina etdiyindən mübahisəli müqavilə hüquqi əhəmiyyətini itirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, xx.xx.2016-cı il tarixli payçı müqaviləsi etibarsız hesab edilməlidir. Digər tərəfdən Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın verilməsi üçün əsas olmuş müqavilə etibarsız hesab edildiyindən iddia tələbi həmin çıxarışın ləğv edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, xx.xx.2016-cı il tarixli payçı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən Cavabdeh ünvan 4 ünvanında yerləşən 83 saylı mənzilə dair xx.xx.2017-ci il tarixdə verilmiş **********69-05305-093024 reyestr nömrəli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar