Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6160/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Mənzil Tikinti Koperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, xx.xx.2017-ci il tarixli payçı müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşəşən bina 3, mərtəbə 3, ümumi sahəsi 41.9 kv. metr-dən ibarət 35 K saylı evin 1 otaqlı 21 saylı mənzilin alınması üçün Cavabdeh ilə İddiaçı MTK arasında ********* saylı, xx.xx.2017-ci il tarixli payçı müqaviləsi bağlanmışdır. Həmin payçı müqaviləsi əsasında AR ƏMDK yanında DƏDRXnin RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir ki, həmin çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35K saylı evin 21 saylı mənzili cavabdehin mülkiyyətinə keçmişdir. Payçı müqaviləsinin 3.2 bəndinə əsasən MTK sözü gedən mənzili müqavilədə göstərilən bütün şərtləri icra edib binanın bünövrəsi qoyulduqdan sonra 15 ay müddətinə payçıya təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin payçı müqaviləsinin 1.2 bəndinə əsasən “Payçı” mənzili qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini, həmçinin İddiaçı yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin payçı müqaviləsinin yekun şərtlər bölməsinin 8.1 bəndndə qeyd edilmişdir ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edir və həmin mənzil digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan sonra və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Hal-hazırda cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də özünün notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi var. Həmin notarial ərizə xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusu X1 iştirakı ilə təsdiqlənmişdir. Həmin ərizədə cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən bina 3, blok 3, mərtəbə 3, ümumi sahəsi 41.9 kv. metr-dən ibarət 35 K saylı evin 1 otaqlı 21 saylı mənzildən və pay hüququndan imtina etmiş,mənzilin və pay hüquqlarının satılmasına, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə (dəyişdirilməsinə) etirazının olmamasını bildirmiş və öz imzası ilə təsdiqləmişdir. Həmçinin qeyd edir ki, cavabdeh subaydır. Subaylıq haqqında arayışı da ərizəyə əlavə edilmişdir. Yuxardakıları da nəzərə alaraq hesab edir ki, payçı müqaviləsi ləğv edilməli onun əsasında cavabdehin adına verilmiş çıxarış ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı” Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, ********* saylı “xxxx“MTK” pay qismində çıxış edən Sumqayıt şəhəri 6-cı mkr Səməd Vurğun küçəsində tikilməkdə olan 3cü binasında, 3-cü blok, 3-cü mərtəbə, 21 №-li, 1 otaqlı mənzili tikib və “Payçı’nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Sumqayıt şəhəri 6-cı mkr Səməd Vurğun küçəsində tikilməkdə olan 3cü binasında, 3-cü blok, 3-cü mərtəbə, 21 №-li, 1 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin ’’İddiaçı” yaşayış kompelksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6 mkr., 35K saylı evin, 21 nömrəli mənzili iddiaçı Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdli Cavabdeh tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı MTK-nın inşa etdiyi binada adına olan və Sumqayıt şəhəri, 6 mkr., Səməd Vurğun küçəsində tikilməkdə olan 3-cü bina, 3-cü blok, 3-cü mərtəbəsində yerləşən 41.9 kv.m ümumi sahədən ibarət olan 1 (bir) otaqlı 21 nömrəli mənzildən və pay hüquqlarından imtina etmiş, həmin pay hüquqlarının satılmasına İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adına sənədləşməsinə (dəyişdirilməsinə) etiraz olmadığını və razı olduğunu bildirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperati və pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.7-ci bəndinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya “xxxx” ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MKT” “xxxx” ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir təfəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MKT” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MTK-da olan pay hüquqlarından imtina etdiyindən sözügedən müqavilə də hüquqi əhəmiyyətini itirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, xx.xx.2017-ci il tarixli payçı müqaviləsi ləğv edilməli və onun əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, xx.xx.2017-ci il tarixli payçı müqaviləsi ləğv edilsin və onun əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-6160/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6160/2020
13.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver