Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6187/2024 28.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 iştirakları ilə, İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində İddiaçı2 cəlb etməklə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “imtina iradə ifadəsinin (əqdin) etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində İddiaçı2 cəlb etməklə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “imtina iradə ifadəsinin (əqdin) etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X10 xx.xx.1956-cı il təvəllüdlüdür, 68 yaşı var. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 32A/29, 4 saylı mənzil miras əmlakı qalmışdır. Onun vəfatından sonra nəzərə aldı ki, ağır xəstə olaraq sənədləşmənin dalınca gedib gələ bilməyəcək. Həmin vaxtlar iddiaçı Milli Onkologiyada olduğuna görə anasının ölümünü belə iddiaçıya deməmişlər. Notariat ofisi iddiaçıya imtina cavab məktubu verdi. Həmin imtina məktubunda qeyd olunur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinin 21 dekabr 2023-cü il tarixli 4255 saylı məktubda qeyd edir ki, “Sizin xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X2nın miras payından imtina edilməsi barədə ərizənin ləğv edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə müraciətə baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsində əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Bununla bağlı olaraq aidiyyəti olaraq məhkəməyə müraciət etməyi tövsiyə olunur. İddiaçının ərizəsində qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2ndan irs qalmış yaşayış (ev, mənzil, otaq) qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın iddiaçıya çatası hissəsindən imtina etmişdir. İddiaçının iradə ifadəsi qeyri-iradi təsir altında olmuş, iddiaçı aldadılaraq bu ərizəyə qol çəkmişdir. Əks halda iddiaçı mirasdan imtina etmək fikrində olmamışdır. Göstərilənlərə əsasən, 1 saylı Sumqayıt Regional” ASAN xidmət” Mərkəzinin Notariat ofisində xx.xx.2022-ci ildə vəfat etmiş X5 miras qalmış mirasın iddiaçıya çatacaq hissəsindən imtina edilməsi barədə X3 8İ-44612 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli imtina iradə ifadəsinin (əqdin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 izahat verərək iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.
5. Sonuncu məhkəmə iclası ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir.
6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli, 115745 nömrəli etibarnaməyə əsasən İddiaçı1 İddiaçı2 onun adından onun vərəsəlik işlərini həyata keçirməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi və digər hərəkətlərin yerinə yetirilməsini xx.xx.2033-cü ilədək etibar etmişdir.
9. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı2 (X3 nümayəndəsi) vəfat etmiş X2nın ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X6 ünvanlanan məktubun surətindən görünür ki, 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə xx.xx.2023-cü il tarixli 8İ-44312 reyestr nömrəsi ilə təsdiq edilmiş “mirasdan imtina edilməsi” barədə ərizənin ləğvi ilə bağlı müraciətə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinin tələbinə əsasən “Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.” Eyni zamanda vərəsəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur.
11. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən sorğuya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 2(060)-6187/2024 nömrəli sorğuya cavab olaraq, xx.xx.2022-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair açılmış vərəsəlik işinin təsdiq edilmiş surəti Sizə göndərilir. Əlavə olaraq bildirilir ki, 1 saylı Sumqayıt regional “ASAN Xidmət’’ Mərkəzinin notariat ofisində təsdiq edilmiş və hazırda mübahisələndirilən 8İ-44612 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli ərizə (etibarnamə əsasında İddiaçı2 tərəfindən imzalanmışdır) sorğu edilən vərəsəlik işinin tərkibinə daxil deyildir. Belə ki, həmin ərizə xx.xx.2023-cü il tarixdə təsdiq edilsə də, xx.xx.2022-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair artıq xx.xx.2023- cü il tarixdə müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Ona görə də, həmin ərizənin əslinin vərəsəlik işinə əlavə edilməsinə zərurət olmamış, məlumat üçün surəti çıxarılaraq saxlanılmış və əsli etibarnamə üzrə nümayəndə İddiaçı2 verilmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 49,1 kv/m olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 32A/29, mənzil 4 X11 xüsusi mülkiyyət hüququ ilə məxsusdur və xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.
13. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş İddiaçı2 **********021 saylı, xx.xx.2022-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan anası-X13 ölmüşdür. Ondan miras qalmış əmlakı qəbul edir. Ondan başqa vərəsələri vardır: qızı-X8, oğlu-X9r.
14. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş İddiaçı2 (X10 əvəzinə) **********612 saylı, xx.xx.2023-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, o, vəfat etmiş X2nın ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla faktiki qəbul etməmiş, etmək fikrində deyildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə bacısı İddiaçı2 etibarnamə verərək, onun adından onun vərəsəlik işlərini həyata keçirməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi və digər hərəkətlərin yerinə yetirilməsini xx.xx.2033-cü ilədək etibar etmişdir. İddiaçı2 qardaşı X3 əvəzindən xx.xx.2023-cü il tarixdə notariat ofisinə müraciət edərək, miras əmlakdan imtiina etmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli imtina iradə ifadəsinin (əqdin) etibarsız hesab edilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
18. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
19. Eyni Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
20. Müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (şüuri) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan başlıca əlamətdir.
21. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
22. Subyektə bağlı olan şərtlərə, bir qayda olaraq Mülki Məcəllənin 349-cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı), 343cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı) göstərilən etibarsızlıq üçün əsasları aid etmək olar. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması ilə bağlıdır.
23. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı), 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. İradə ifadəsinə bağlı olan şərtlər ümumiyyətlə iradə ifadəsinin olmaması, yaxud olduğu halda da qüsurlu (zədəli) olması ilə bağlı olan şərtlərdir.
24. Əqdin forma və məzmununa bağlı olan şərtlər isə, Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir. Bu şərtlər əqdin forma və məzmununa dair əvvəlcədən müəyyənləşdirilmiş şərtlərin pozulması ilə əqdin bağlanmasını nəzərdə tutan şərtlərdir.
25. Etibarsız əqdlərin şərti təsnifatından da görünür ki, iradə ifadəsinə bağlı olan etibarsız əqdlərdən biri də aldatma nəticəsində bağlanmış əqddir. Mülki Məcəllənin 339.2ci maddəsində əqdin aldatma ilə bağlanması elə bir nəticəni nəzərdə tutur ki, bununla aldadan tərəf əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə, yaxud əqdin bağlanmasını şərtləndirən hallar barədə qəsdən susmaqla digər tərəfin iradə ifadəsinin yaranmasına nail olmuş olur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir.
26. Məhkəmə qeyd edir ki, aldatma nəticəsində bağlanmış əqdi qanun mübahisələndirilən əqdlərə aid etmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinin mənasından da göründüyü kimi, mübahisələndirilən əqdlər mübahisələndirilənə qədər etibarlı olur. Bu tipli əqdin mübahisələndirilməsi isə əqdi etibarsız hesab edən tərəfin digər tərəfə etibarsızlıqla bağlı iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 337.2-ci maddəsində birbaşa göstərilməsə də, qanun müqaviləni mübahisə edən tərəfin üzərinə əqdin etibarsızlığına səbəb olan halları sübut etmək yükünü qoymuşdur.
27. Lakin iddiaçı aldadıldığını iddia etsə də, bu dəlilini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, iş materiallarından olan sübutlar isə, əksinə iddiaçının dəlillərini tamamilə rədd edilməsinə kifayət qədər əsas verir.
28. Bu qeyd olunanlardan və ümumiyyətlə əqd anlayışının mahiyyətindən asanlıqla müəyyən etmək olar ki, şəxslərin ətrafa açıqladığı, bildirdiyi iradə ifadəsinin hüquqi əhəmiyyəti birbaşa ifadənin iradəni əks etdirməsinə görədir. Əgər ifadə iradəyə uyğun deyilsə, hətta həqiqi iradənin tam əksinədirsə, onda aydın məsələdir ki, bu ifadənin hüquqi baxımdan qorunmağa layiq bir dəyəri yoxdur. Belə ki, şərh olunan halda şəxsin iradəsi mirasdan imtinaya yönəlmiş, bunun ifadəsi ərizədə əks olunmaqla ərizəni sərbəst şəkildə, heç bir təsir olmadan verilmişdir. Buradan görünür ki, şəxsin iradəsi ilə ifadə arasında uyğunsuzluq olmamışdır.
29. Eyni zamanda iddia tərəfinin istinad etdiyi digər bir hal isə iddiaçının mirasdan imtina barədə ərizə deyil, bacısının xeyrinə mirasdan imtina barədə ərizə vermək istəyinin olmasıdır. İddiaçının (nümayəndəsi olaraq bacısının) başqa şəxsin xeyrinə imtina etməsi kimi imkanı olduğu halda, iddiaçı (nümayəndəsi olaraq bacısı) təqdim etdiyi ərizədə hər hansı şəxsin xeyrinə deyil, mirası ümumilikdə qəbul etməkdən imtina etmişdir. Mirasdan imtina barədə ərizənin müvafiq əsas olduğu vaxtdan 2 ay müddətinə mübahisələndirilməsi nəzərdə tutulduğu halda işin müəyyən edilmiş faktiki və mübahisəsiz hallarından göründüyü kimi iddiaçı həmin müddəti də ötürmüşdür.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
31. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.
32. Həmin Məcəllənin 1262-ci maddəsinə görə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
34. Həmin Məcəllənin 1269-cu maddəsinə görə, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
35. Eyni Məcəllənin 1271-ci maddəsinə əsasən mirasdan nümayəndə vasitəsilə imtina tapşırıqda (etibarnamədə) imtina səlahiyyətinin xüsusi nəzərdə tutulduğu halda mümkündür.
36. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli Qərarında mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddətin iddia müddəti deyil, kəsici müddət olması barədə hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia vermə müddəti ötürüldüyündən hazırki iddia təmin edilə bilməz.
38. Belə ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
39. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığına görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi:
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində İddiaçı2 cəlb etməklə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “imtina iradə ifadəsinin (əqdin) etibarsız hesab edilməsi tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva