Məhkəmə qərarları › İş №2(060)-6200/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6200/2022

08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6200/2022 08.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi-Vəkil, Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək nikahda olduqları dövrdə doğulmuş 28 oktyabr 2011-ci il təvəllüdlü X1 və 05 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər bir uşaq üçün 200 manat olmaqla, üqmumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, tərəflərin nikahda olduqları dövrdə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 116 saylı mənzilin tərəflər arasında bölünməsi, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla iddiaçının payının 2/3 hissə, cavabdehin payının 1/3 hissə müəyyən edilməsi, tərəflərin nikahda olduqları dövrdə əldə etdikləri, lakin cavabdehin iddiaçıdan xəbərsiz formal olaraq başqa şəxsə satdığı **-DR-*** dqn-lı “KİA SORENTO” markalı avtomobilin real bazar qiymətinin müəyyən olunaraq tərəflər arasında bölünməsi, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla iddiaçının payının 2/3 hissə, cavabdehin payının 1/3 hissə müəyyən edilməsi, iddiaçının payına düşəcək pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər məhkəməsinin 2(060)-6200/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment, nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlakın satışından əldə edilmiş vəsaitin bölünməsi tələbinə dair mülki işdən tərəflərin nikahda olduqları dövrdə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 116 saylı mənzilin tərəflər arasında bölünməsi, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla iddiaçının payının 2/3 hissə, cavabdehin payının 1/3 hissə müəyyən edilməsi, tərəflərin nikahda olduqları dövrdə əldə etdikləri, lakin cavabdehin iddiaçıdan xəbərsiz formal olaraq başqa şəxsə satdığı **-DR-*** d.q.n-lı “KİA SORENTO” markalı avtomobilin real bazar qiymətinin müəyyən olunaraq tərəflər arasında bölünməsi, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla iddiaçının payının 2/3 hissə, cavabdehin payının 1/3 hissə müəyyən edilməsi, iddiaçının payına düşəcək pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair hissəsi ayrıca icraata ayrılması, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışının xx.xx.2022-ci il tarixə, saat 15:45-ə təyin edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 05 dekabr 2010-cu ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların nikahda olduqları dövrdə 28 oktyabr 2011-ci il təvəllüdlü X3 və 05 may 2014-cü il təvəllüdlü X4 adlı iki övladı doğulmuşdur. Cavabdeh iddiaçıya və övladlarına heç bir maddi yardım göstərməmiş, qazancını özünə sərf etmişdir. Onların tələbatları günü-gündən artır. Uşaqların yeyib-içmək, qida, təhsil və digər xərclərini ödəyə bilmir. Əlacsız qalıb məhkəməyə aliment tələbi barədə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı bildirmişdir ki, cavabdeh son iki aydır ki, uşaqların saxlanılması üçün müvafiq olaraq 400 manat və 300 manat olmaqla ümumilikdə 700 manat pul vermişdir. 4 aydır ayrı yaşayırlar, uşaqların xərcləri və təhsilləri ilə özünün məşğul olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdeh uşaqlarının saxlanılmasında maddi cəhətdən iştirak edir. İddiaçı Məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etsə də, cavabdeh 300 manat və 400 manat olmaqla 700 manat aliment ödəmişdir. Odur ki, cavabdehin 2 ay aliment ödəməsini nəzərə alaraq alimentin tutulmasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin 386 manat aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi-vəkillərinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixli, 2140 aylı nikah qeydi vardır. - doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin 28 oktyabr 2011-ci il təvəllüdlü X3 və 05 may 2014-cü il təvəllüdlü X4 adlı iki övladları vardır. - MŞB-5-02633 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2010-cu il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Nikahda olduqları dövrdə 28 oktyabr 2011-ci il təvəllüdlü X3 və 05 may 2014-cü il təvəllüdlü X4 adlı iki övladları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmişdir. 4 aydır ki, iddiaçı uşaqları ilə birlikdə ayrı yaşayır. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, ayrı yaşadıqları müddətdə cavabdeh tərəfindən 700 manat aliment ödənilmişdir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qismən qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə hər ay üçün 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir, alimentin tutulmasının əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iddiaçı bildirmişdir ki, cavabdeh 300 manat və 400 manat olmaqla 700 manat aliment ödəmişdir. Buna görə də alimentin tutulmasının əvvəli məhkəməyə müraciət edildiyi xx.xx.2022-ci il tarixdən deyil xx.xx.2022-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə hər ay üçün 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablansın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar