Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6202/2022 05.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 05 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 711 nömrəli fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış 1000 (bir min) manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ailəlidir. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Qeyd edir ki, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 711 nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Mənzilin onun mülkiyyətində olmasına baxmayaraq artıq 10 ildən çoxdur ki, sözügedən ünvanda yaşamır, ümumiyyətlə evdə heç kəs yaşamır. Buna baxmayaraq cavabdeh orqan tərəfindən guya evin sayğac sistemindən kənar xətt daxil olduğu müəyyən edilmiş və bu səbəbdən də 1000 manat cərimə yazılmışdır. Lakin bu tamamilə əsassız və qanunsuzdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi artıq 10 ildən artıq müddətdir ki, həmin evdə yaşamır, ev boşdur. Bununla bağlı qonşular da şahiddir. Hətta qeyd olunan cərimə ilə bağlı "xxxx" ASC-nin Sumqayıt filialına müraciət etdikdə həmin idarənin əməkdaşları da cərimənin əsassız və qanunsuz olduğunu, əlavə heç bir xəttin olmadığını və cəriməni baş idarənin yazdığını, onlara aid bir məsələ olmadığını bildirmişdirlər. Bildirir ki, qeyd olunanlar ilə bağlı nə onun, nə də ailə üzvlərinin heç birinin xəbəri olmamış, yalnız sonradan məlumat əldə etmişdirlər. Qeyd edir ki, özü özəl sektorda işləyir, həyat yoldaşı isə təhsil sistemində işləyir. Yəni, ailənin hər hansı fərdinin bu cür hərəkətə yol verməsi bir qırağa, bununla ittiham olunmaq belə heç bir məntiqə sığmır. Bu səbəbdən də hesab edir ki, cərimə əsassızdır, qeyd etdikləri ədalətli məhkəmə araşdırması nəticəsində də öz təsdiqini tapacaqdır. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz təqdim edərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək "Cavabdeh "xxxx" Asc tərəfindən ona məxsus Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "İnşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 711 nömrəli fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış 1000( bir min) manat cərimə borcunun silinməsi tələbinə dair" qətnamə çıxarılmasmı məhkəmədən xahiş etmişdir.Aşağıda sadaiananlara əsasən İddiaçı "Azərişıq” ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçünhüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 19 may 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacı qidalandıran sip xəttinin izolyasiyası pozularaq, abonent dayağının (Taxta dayaq) yuxarı hissəsindən götürülərək,taxta dayağın içərisi ilə apararaq fərdi yaşayış evinə daxil olur. Kənar xəttin en kəsiyi sahəsinə görə buraxıla bilən güc Pkənar= 15,4 kvt Psayğac=0,50 A S=1 x 10 mm aliminum naqil olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 19 may 2022-ci il tarixli, AKT RN-li 028500 saylı akt əsasında 995,06 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar oldıığu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən isdifadə olunmasını bir daha sübut edir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17.1-ci bəndininn İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsi ilə elektrik şəbəkəsinə qanunsıız qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndələri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydalann 10.18.9-1-ci yamnbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonııncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə miinasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat miiəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17- 1-ci bəndlərində nəzərdə tııtulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı miiəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdirn etməlidir. Enerji təchizatı müəssisdsinin nümayəndəsi tərtib etdiyi akta vuruimuş zərərin bu Qaydalarının 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntıı texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüqüquna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunıır.İddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 1000 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir.Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən "iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yonəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir". EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «DövlətEnerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının aktı etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə İddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normalarm istehlakçınm üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Yuxarıda göstərilənləri və "EEİQ"-nı nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" Asc tərəfindən mənə maxsus Sumqayıt şəhəri Beton zavod üzrə 1 saylı "İnşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 711 nömrəli fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış 1000( bir min) manat cərimə borcunun silinməsi tələbinə dair" iddia tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzildə beş ildir ki, yaşayış yoxdur. Belə olan halda həmin mənzilə iddiaçı tərəfindən kənar xəttin çəkilməsinin də heç bir mənası olmur. İddiaçı qətiyyətlə kənar xətt çəkmədiyini bildirir. Əgər bu hal olsaydı, iddiaçı şübhə çəkməmək üçün ödənişlər edərdi. Beş il ərzində iddaçı tərəfindən heç bir ödəniş edilməmişdir. Bu hal bir daha onu göstərir ki, beş il ərzində qeyd edilən ünvanda yaşayış olmamışdır. Göründüyü kimi iddiaçı və onun ailəsi tərəfindən qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi, iddiaçının ailəsinin elektrik enerjisini oğurlaması cavabdeh tərəfindən sübuta yetirilə bilmir. Belə ki, təqdim edilmiş videoda görüntü “davamı olaraq” cümləsi ilə başlayır. Belə olan halda videogörüntünün başqa evə məxsus olması, kənar xəttin başqa evdən çəkildiyini müəyyən edilməsi sual doğurur. Belə ki, xəttin mənbəyi, onun getdiyi və qoşulduğu şəbəkə videodan görünmür. Bundan başqa onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəfindən tərtib olunmuş akt iddiaçı tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 etiraza uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfindən xx.xx.2022-ci ildə 20 manat ödəniş edilmişdir. İddiaçının 1037 manat və 40 manat sərfiyyat borcu vardır ki, ondan da 20 manat ödəniş etmişdir. İddiaçı tərəf mübahisəli mənzildə ümumiyyətlə yaşayış olmaması ilə bağlı qeyd etdiyi fikir həqiqəti əks etdirmir. Belə ki, 2015-ci ildən 2017-ci ilə kimi 2 ay ərzində 78 manat dəyərində elektrik enerjisi istifadə olunub. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 559 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı’ məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 711 nömrəli ev İddiaçı məxsusdur, lakin orada yaşamır. İş materiallarında olan NDM 028500 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar q, 05-M 2476 ünvanında elektrik sayğacına baxış keçirilən zaman fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu, kənar xəttin sayğacı qidalandıran sip xəttinin izolyasiyası pozularaq, abonent dayağının (Taxta dayaq) yuxarı hissəsindən götürülərək, taxta dayağın içərisi ilə apararaq fərdi yaşayış evinə daxil olduğu, kənar xəttin en kəsiyi sahəsinə görə buraxıla bilən güc Pkənar= 15,4 kvt Psayğac=0,50 A S=1 x 10 mm aliminium naqil olması halı aşkar edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, ünvan 4 ünvanında quraşdırılmış **********02476 saylı abonentin 995.06 manat məbləğində borcu vardır. Eyni zamanda xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il akt tərtib edilən tarixədək elektrik enerjisindən istifadə olunmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-1-ci bəndinə (xx.xx.2022-ci il tarixdən qüvvədə olan) əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarından görünür ki, mübahisələndirilən NDM 028500 nömrəli xx.xx.2022-ci il tarixli akt “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq tərtib edilmiş, akt onu tərtib edən şəxslər tərəfindən imzalanmış, o cümlədən iddiaçının mənzilinə sayğac sxemindən kənar xətt daxil olması barədə video görüntü məhkəməyə təqdim edilmişdir. İddiaçı ərizəsində elektrik hesabat sayğacına müdaxilə etmədiyini bildirsə də, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Məhkəmə hesab edir ki, sözügedən akt qanunvericiliyin tələblərinə riayət edilməklə tərtib edildiyindən, mübahisəli ünvanda təxminən 5 ilə yaxın müddətdə sayğacda elektrik enerjisi sərfiyyatı olmadığından, o cümlədən iddiaçı məhkəməyə aktda qeyd edilmiş pozuntunun onun tərəfindən törədilmədiyini təsdiq edən hər hansı sübut təqdim etmədiyindən akta əsasən hesablanmış borcun silinməsi barədə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6202/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6202/2022
05.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver