Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6208/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əməhiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər XDS-nin 17.321.4 nömrəli xx.xx.1987-ci il taraixli qərarında X5 ölümü ilə əlaqədar kirayəçi olduğu Sumqayıt şəhəri, 4-cü məhəllə, Nizami küçəsi, 30/15 saylı evin 14 saylı mənzilə dair yaşayış sahəsinin kirayə müqaviləsi onun arvadı X3 adına dəyişdirilməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivi Sumqayıt Filialının 68 saylı xx.xx.2022-ci il tarixli sənədinin mərhum X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Ərizə və əlavə edilmiş səndlərin mümkünlüyü yoxdanılarkən ərizəçi tərəfindən məhkəməyə müraciət edənədək sənəddə olan səhvlərin aradan qaldırılması ilə bağlı müvafiq orqana müraciət etməsi müəyyən edilmədi. Hesab edirəm ki, yoxlanılan mübahisənin həlli məhkəməyə aid olmadığından ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, sənəddə qeyd olunan səhvin aradan qaldırılması üçün müvafiq səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə və ya sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdə aidiyyəti məhkəməyə müraciət edə bilər. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 306, 153, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər rəsmi qaydada ərizəçiyə təqdim edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6208/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6208/2022
09.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver