Məhkəmə qərarları › İş №2(060)-6273/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6273/2024

12.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6273/2024 12.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə və “Cavabdeh1nə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair ərizəni nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh “Azərişıq ASC-yə və “Cavabdeh1nə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə çıxarılmış qərar qanuni qüvvəyə minənədək mənzilə elektrik enerjisinin fasiləsiz verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, aktı tərtib etmiş şəxslərin ifadələrinin alınması üçün prosesə cəlb olunması, 356672 nömrəli aktın ləğv olunması və elektrik enerjisinə görə olan 554.98 (beş yüz əlli dörd manat doxsan səkkiz qəpik) AZN borcun silinməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinin tələblərinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə çıxarılmış qərar qanuni qüvvəyə minənədək mənzilə elektrik enerjisinin fasiləsiz verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, aktı tərtib etmiş şəxslərin ifadələrinin alınması üçün prosesə cəlb olunması, 356672 nömrəli aktın ləğv olunması və elektrik enerjisinə görə olan 554.98 (beş yüz əlli dörd manat doxsan səkkiz qopik) AZN borcun silinməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsi (hazırki iş üzrə çıxarılmış qərar qanuni qüvvəyə minənədək mənzilə elektrik enerjisinin fasiləsiz verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası MPM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə və həmin ərizə əsasında qəbul ediləcək qərardad ilə, iddia tələbinin ikinci hissəsi (aktı tərtib etmiş şəxslərin ifadələrinin alınması üçün prosesə cəlb olunması) isə iddiaçının Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmuş prosessual hüquqlarından istifadə edərək şahidlərin məhkəməyə dəvət olunması barədə vəsatət (dindirilməli şahidlərin məlumatları məhkəməyə təqdim edilməklə) verməklə həllini tapa bilər. Göründüyü kimi İddiaçı hazırki iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan və başqa qaydada ərizə verməklə həll edilməli olan tələbləri ərizəsində birləşdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azərişıq ASC-yə və “Cavabdeh1nə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azərişıq ASC-yə və “Cavabdeh1nə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar