Məhkəmə qərarları › İş №2(060)-6316/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6316/2021

07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6316/2021 07.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Nümayəndə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nümayəndə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X1 X3, X2, X4 və X7 ataları olması və X1 2016-cı ilin fevral ayında Suriya Respublikasında vəfat etməsi faktlarının müəyyən edilməsi edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.2. və152.1.7.). Göründüyü kimi ərizə X5 adından verilmiş və Nümayəndə tərəfindən imzalanmışdır. Lakin, ərizəyə Nümayəndə X6 təmsil etmək səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Eyni zamanda ərizəçi öz ərizəsində tamamilə fərqli olan iki faktın – həm atalıq faktının, həm də ölüm faktının müəyyən edilməsini xahiş edir ki, həmin faktların bir ərizədə birləşdirilməsi və bir icraat çərçivəsində müəyyən edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Nümayəndə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar