Məhkəmə qərarları › İş №2(060)-6320/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6320/2021

21.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6320/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçi İddiaçı iştirakı ilə, İddiaçi İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki işə 21 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum qardaşı X1 miras qalan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən, 240 saylı yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 240 saylı yaşayış evi onun mərhum qardaşı X2 adına qeydə alınmışdır. Onun qardaşı subay olmuş və o, 10.08.2011-ci ildə dünyasını dəyişmişdir. Mərhum qardaşının ondan başqa heç kimi olmamışdır və o, qardaşının dəfn, hüzn mərasimlərini yola vermiş və o, dünyasını dəyişdikdən sonra ondan miras qalan bu əmlakı idarə etmişdir. Hal-hazırda da bu yaşayış evi onun faktiki idarəçiliyindədir və evin bütün haqları onun tərəfindən ödənilir. O, qardaşından miras qalan həmin mənzillə bağlı ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Sumqayıt 1 saylı DNK-na müraciət etmiş, ona mirasın qəbulu ilə bağlı müddətin ötürülməsi, həmin müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Belə hesab edir ki, mirasın qəbul edilməsi müddəti məhkəmə qaydasında uzadılmalıdır. Belə ki, miras qoyan vəfat etdikdən sonra o, miras qoyanın 2-ci növbə qanun üzrə vərəsəsi-bacısı kimi miras əmlakı faktiki olaraq qəbul etmiş və miras əmlak olan mənzil, mənzildə yerləşən bütün daşınar əmlaklar bu gün də onun faktiki istifadəsində və idarəçiliyindədir. İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İddiaçı xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. (iş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən) İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X8, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 01 reyestr nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2, 240 nömrəli yaşayış evi X2 adına qeydə alınmışdır. X6 20.05.1952-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. (iş materiallarında olan AZE seriyalı 02429519 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən) İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Corat qəsəbə üzrə nümayəndəsinin 16.11.2009-cu il tarixli forma arayışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2, ev 240 ünvanında X6 qeydiyyatdadır, ondan başqa qeydiyyatda olan şəxs yoxdur. Sumqayıt şəhər 1 saylı notariat kontorunun İddiaçı ünvanlanmış 03.06.2021-ci il tarixli 385 saylı məktubunda qeyd edilmişdir ki, 25.05.2021-ci il tarixli, notariat ofisinə ünvanlanmış 10.08.2011-ci il tarixində vəfat etmiş X2 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsi qeydə alınmış, lakin qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Vİ-ЖГ 274754 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X7, anası isə X4r. İşdə olan AZ -1815027 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 20.05.1952-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X9, anası isə X3r. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2, ev 240 X2 adına qeydə alınmışdır. X6 10.08.2011-ci il tarixində vəfat etmişdir. İddiaçı İmamyar Məmmədovun vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iddiaçi İddiaçı İmamyar Məmmədovun vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 10.08.2011-ci il tarixində vəfat etmiş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. 10.08.2011-ci il tarixdə vəfat etmiş X5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ünvanında yerləşən 240 saylı yaşayış evindən ibarət miras əmlakın qəbulu müddətinin buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar