Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6326/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdehnə qarşı vərəsəlik hüququ verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasıl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Şöbəsinə qarşı vərəsəlik hüququ verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakdan ona vərəsəlik hüququ verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakdan ona vərəsəlik hüququ verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi aydın olmamaqla yanaşı, konkret deyildir. Halbuki, iddia ərizəsində iddiaçının tələbi konkret olmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı mirasın qəbulu müddətini ötürdüyü halda mirasın qəbulu müddətinin bərpa edilməsi barədə iddia ərizəsi ilə, miras əmlaka dair hüquqmüəyyənedici sənəddə adı və ata adında uyğunsuzluq olduğu təqdirdə isə sənəddəki qeydin ona məxsus olması barədə müvafiq iddia ərizəsi ilə məhkəmə müraciət etməlidir. Eyni zamanda məhkəmə işlərə məhkəmədə baxılmasının tezliyinin təmin olunması, yəni iddiaçı mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət edəcəyi təqdirdə digər əsaslara görə yenidən iddia ərizəsinin geri qaytarılmasının qarşısının alınması məqsədilə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinin tələbinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddiaçı hazırkı iddia tələbini Cavabdehnə qarşı irəli sürsə də, Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, onun səlahiyyətlərinin əksəriyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Ləğv edilmiş hüquqi şəxs məhkəmədə cavabdeh ola bilmədiyindən məhkəmə iddia ərizəsinin aidiyyəti üzrə hazırki məhkəməyə aid olmamasına hər hansı hüquqi qiymət vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı vərəsəlik hüququ verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1 -ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli 24892 saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. AzərbaycanRespublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı vərəsəlik hüququ verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli 24892 saylı qəbz əsasında ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) günmüddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6326/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6326/2023
26.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver