Məhkəmə qərarları › İş №2(060)-6364/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6364/2021

17.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6364/2021 17.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının istifadəsində olan ünvan 2 fərdi yaşayış evinə dair su sqayğacına görə əsassız yazılmış 120 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 fərdi yaşayış evi iddiaçının istifadəsindədir. Həmçinin o, Qubadlı rayonu məcburi köçkünüdür. O, uzun müddətdir ki, bu ünvanda yaşayır. Su sayğacına dair **********0000 nömrəli abonent kodu mərhum yoldaşı X2 adına qeydiyyata alınmışdır. İddiaçı sözügedən mənzildə yaşadığı müddət ərzində kommunal ödənişlərlə bağlı heç bir problem yaşamamışdır. 2018-ci ilin may ayında evə dair su sayğacında hər ay ən çox 5 manat miqdarında sərfiyyat yazıldığı halda, su sərfiyyatı artıq göstərməyə başlayıb. İddiaçının qaynatası bununla bağlı cavabdehə müraciət etmişdir. Çox saylı müraciətlərdən sonra cavabdehin əməkdaşları ünvana gələrək, 2018-ci ilin iyun ayının sonunda həmin sayğacı çıxarılaraq yenisi ilə əvəz etmişdirlər. Çıxarılan sayğac qüsurunun aşkar edilməsi üçün laboratoriyaya göndərilmişdir. 2019-cu il tarixində laboratoriyanın rəyi gəlmişdir. Həmin rəyə görə sayğac üst göstəricisi oxunmur, nisbi xətanın təyin edilməsi üçün yararlı olmadığı və müdaxilənin aşkar edilmədiyi qeyd olunmuşdur. Bundan sonra hər ay evə gələn bildirişlərdə 120 manat məbləğində borc yazılırdı. İddiaçı dəfələrlə Sumqayıt Su Kanal İdarəsinə müraciət etmişdir. Onlar həmin borcun tezliklə silinəcəyini vəd edərək borcun sayğacın özündə olan qüsurla əlaqədar olduğunu bildirmişlər. İddiaçı yoldaşı vəfat etdikdən sonra sayğacı öz adına keçirmək istəyərkən sayğacda olan bu borca görə bunu etmək mümkün olmamışdır. Su Kanal İdarəinin əməkdaşları həmin borcun iddiaçı tərəfindən ödənilməli olduğunu bildirmişlər. Sayğac laboratoriyaya aparılanda belə əməkdaşlar sayğaca iddiaçı tərəfindən hər hansı bir müdaxilə edilməsi ilə bağlı sübut aşkar etməmişlər. Bu səbəblə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, yaşadığı evə sayğac 2011-ci ildə quraşdırılıb. 2018-ci ildə sayğac çıxardılıb laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyi 1 ildən sonra gəlmişdir. 2019-cu ilin may ayında 86 manat, 2019-cu ilin iyun ayında isə 46 manat borc yazılıb. İddiaçı dəfələrlə Sumqayıt Su Kanal İdarəsinə müraciət etmişdir. Onlar borcun silinməsini vəd etsələr də, buna əməl etməmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, sayğac 23.06.2011-ci il tarixdə iddiaçının həyat yoldaşı abonent kimi qeydə alınıb. Həmin dövrdən sonra yaranmış borclar ödənilib. Lakin, 2019-cu ildə iddiaçının sayğac əsasında daha çox borcu yaranıb. İddiaçı bunu sayğacın xətayla işləməsi ilə əlaqələndirir. Lakin, laboratoriya rəyində sayğacın artıq məbləğ yazması təsdiq olunmayıb. İddiaçı tərəfindən 2020-ci ildə ödəniş edilib ki, bu da ümumi borcdan çıxılıb. İddiaçı tərəfindən məcburi köçkün statusu ilə bağlı sənəd təqdim olunmayıb. İddiaçının borcu sayğac əsasında yazılmış borcdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı ildə, anadan olmuşdur. 3 saylı Məhəllə Komitəsinin 30 saylı, 07.07.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı ünvan 2 ünvanda qeydiyyatsız yaşayır. İşdə olan 17.08.2021-ci il tarixli abonent kartında iddiaçının su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartından görünür ki, 2016-2021-ci illər üzrə iddiaçının yekun olaraq 132,50 manat borcu qalmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün 01.06.2011-ci il tarixli, 30578802 saylı müqavilə bağlandığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31.01.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İşdən göründüyü kimi iddiaçının yaşadığı fərdi yaşayış evinə 2011-ci ildə su sayğacı quraşdırılmışdır. Həmin dövrdən sonra bütün hesablaşmalar sayğac əsasında aparılmışdır. İddiaçnın hazırda silinməsini tələb etdiyi borc sayğac əsasında yaranmış borcdur. İddiaçı həmin borcun sayğacın xəta ilə işləməsi ilə bağlı yarandığını bildirir. Lakin, iddiaçı qeyd edilən halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc silinə bilməz. Belə ki, iddiaçının yaşadığı evə quraşdırılmış su sayğacı 2019-cu ildə dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. İddiaçı dəyişdirilən sayğacın xəta ilə işlədiyini bildirir ki, həmin sayğacın xəta ilə işləməsinin, onun göstəricilərinin normadan artıq olmasının, həqiqətən sayğac sərfiyyatdan artıq qeydiyyat aparırsa onun normadan nə qədər artıq sərfiyyat qeyd etməsinin məhkəmə tərəfindən müəyyən edilməsi mümkün deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddiaçının istifadəsində olan ünvan 2 fərdi yaşayış evinə dair su sayğacına görə yazılmış 120 manat məbləğində borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar