Məhkəmə qərarları › İş №2(060)-6368/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6368/2024

28.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6368/2024 28.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin (Sumqayıt regional şöbəsi) İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi Adil Məmmədov küçəsi ev 158 ünvanında yerləşən fərdi yaşayış evinə, **********06540 saylı abonent kodu üzrə yazdığı 1409,72 manat borca dair 17 aprel 2024-cü il tarixli aktın qanunsuz hesab edilməsi və borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi Adil Məmmədov küçəsi ev 158 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli dövlət reyesrtindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. "xxxx" ASC ilə bağlanılmış alq-satqı müqaviləsinə uyğun olaraq **********06540 saylı abonent kodu verilmiş,xx.xx.2018-ci ildə fərdi yaşayış evinin çöl divarında işıq istehlakı üçün sayğac quraşdırılmışdır. 2024-cü ilin aprel ayının sonunda işiq istehlakı barədə abonent borcun ödənilməsi barədə bildiriş gələndə məlum oldu ki, bildirişdə onların 1409,72 manat borcları vardır. Bununla bağlı tərəflərindən "xxxx" ASC-nin Sumqayıt regional şöbəsinə müraciət edilmiş, oradan **********06540 saylı abonent ödənişləri barədə arayış gütürülmüş və arayışda da həmin məbləğin yazılmasının qeyd edildiyi görünmüşdür. Bu borcun nədən yaranması ilə bağlı regional Sumqayıt şöbəsinə müraciət edilmiş, bu şöbə 17 aprel 2024cü il tarixli nömrəsiz bir akt təqdim etmişlər. Bu aktda qeyd edilir ki, “Fərdi yaşyış evinin elektrik sayğacma baxış keçirilən zanıan məlum oldu ki, sayğacın qoşulma ardıcıllığı pozulmuşdur. Sayğacın faza yuvasına o xətti, o yuvasına isə faza xətti daxil olur. Abonent kənar mənbədən sıfır xətti götürməklə sayğacı dövriyyərdən çıxarmışdır. Xəttən keçən yük tərəflərindən ampermasa vasitəsi ilə ölçüldü... Sayğacın sxemi EEJQ-na uyğun olaraq bərpa edilsin”. Aktdan da görünür ki, bu aktm tərtib olunmasında və imzlanmasımda onlar iştirak etməyiblər, ümumiyyətlə, belə hadisə var idisə, akt tərtib olunursa, onların qapı döyülərək məlumat verilərdi. Bildirmək istəyir ki, sayğac çöl divardadır, plombu da öz yerində, müdaxilə olunmayıb, plomb pozulmayıb, pozulsaydı aktda onu da yazardılar. Sayğaca müdaxilə olunmayıbsa, necə ola bilər ki, sayğaca müdaxilə olunmadan faza və o xətlərinin yeri dəyişilsin!? Bu fakt təsdiq edir ki, bu akt qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “Azərişıq" ASC-nin ( Sumqayıt regional şöbəsi) İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi Adil Məmmədov küçəsi ev 158 ünvanında yerləşən fərdi yaşayış evinə, **********06540 saylı abonent kodu üzrə yazdığı 1409,72 manat borca dair 17 aprel 2024-cü il tarixli aktı qanunsuz hesab edilməsi və borcun silinməsi tələbinə dair" qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 17 aprel 2024-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Abşeron rayonu saray qəsəbəsi ərazisində elektrik enerjisinin talanması hallarınm qarşısını almaq məqsədi ilə abonentlərin sayğaclarını yoxlama zamanı iddidaçı X3 da istifadəsində olan zavod nömrəsi 77038555 olan Kohler-AEL MF.07 tipli elektrik hesabat sayğacı yoxlanılmışdır. Abonentə məxsus fərdi yaşayış evinin elektrik hesabat sayğacına EEİQ-nin uyğun baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın qoşulma ardıcıllığı pozulmuşdur. Sayğacın faza yuvasına "0" sıfır xətti, "0" sıfır yuvasına isə faza xətti daxil olur.Abonent kənar mənbədən sıfır xətti götürməklə sayğacı dövriyyədən çıxarmışdır. Xəttən keçən yük xüsusi ölçmə cihazı olan ampermaşa vasitəsi ilə ölçülmüşdür.Ölçmə aşağıdakı qaydada aparılmışdır. J=23.2 (iyirmi üç tam oııda iki) Pfak=:5.1 kvt (beş tam oncla iki) Psay=0 kvt (sayğacdan keçən yük)Aktın tələb hissəsində Sayğacın sxemi EEİQ-na uyğun olaraq bərpa edilnıişdir. Aktın düzgünlüyünü və dəqiqliyini təsdiq etmək üçün mobil telefon vasitəsi ilə video qeydiyyatı aparılmışdır. Abonent müdaxilə etdiyi müddətdə sayğacın enerji sərfiyyatı göstəriciləri 200- 500 kvt saat miqdarında 5-50 manat dəyərində elektrik enerjisi istehlak edilirdisə, sayğacın sxemi bərpa edildikdən sonra bu göstərici ***-**** kvt saat miqdarında 70-130 manat dəyərində elektrik enerjisi istehlak edildiyi abunə haqqında çıxarışdan aydın görünür. Bununla əlaqədar "abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Eİektrik enerjisindən istifadə qaydaları’nın (EEİQ ) 8.17-ci bəndinin İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi; sındırıldıqda və s.) uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənari özbaşına yük qoşulduqda, enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonunncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elktrik şəbəkəsinə qoşulmaq hüququ vermir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Yuxarıda göstərilənləri və ''EEİQ"-nı nəzərə alaraq, Azərbaycan Respublikası MM-nin 425, 551.2.1, 560.3.2, MPM-nin 77.1, 81, 154.1 və 217.4 maddələrini rəhbər tutaraq, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsinə dair iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, qayınanası evdə olanda cavabdehin əməkdaşları ona suallar verməklə cərimə yazıblar. Cərimə guya kənar xətt çəkilməsi əsası ilə yazılmışdır. Onun qayınatası 2011-ci ildə vəfat edib, lakin idarə sənədlərdə qayınatası ilə 2018-ci ildə müqavilə bağlandığını qeyd edib. Nümayəndə qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilib, baxış zamanı sayğaca müdaxilə olunduğu, yəni sayğaca kənar xətt qoşulduğu aşkarlanıb. Bununla əlaqədar akt tərtib olunmuş və iddiaçıya cərimə hesablanmışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 001009 nömrəli , xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 2 (reyestrdə ünvan 1 ünvanında sayğacın qoşulma ardıcıllığı pozulmuşdur. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, ünvan 2 (reyestrdə ünvan 1 ünvanında quraşdırılmış **********06540 saylı abonentin 1409.72 manat borcu vardır. İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 2 (reyestrdə ünvan 1 ünvanında sayğacın sayğacın qoşulma ardıcıllığının pozulduğu aşkar edilmiş, bununla əlaqədar həmin ünvana 1409.72 manat cərimə hesablanmış, həmin cərimənin hesablanması üçün əsas 001009 nömrəli, xx.xx.2024-cü il tarixli aktdır. Məhkəmə tərəfləridinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus reyestrdə Abşeron rayonu, Saray qəsəbəsi Adil Məmmədov küçəsi ev 158 kimi qeydə alınan ünvan 2 ünvanında xx.xx.2024-cü il tarixdə sayğaca baxış keçirilmiş, sözügedən mənzildə sayğacın qoşulma ardıcıllığının pozulduğu aşkar edilmiş, bununla bağlı 001009 nömrəli , xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur və həmin akt əsasında iddiaçıya 1409.72 manat məbləğində borc hesablanmışdır. İddiaçı hal-hazırda həmin borcun silinməsini xahiş edir. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-1-ci bəndinə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşdə olan 001009 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, mübahisəli ünvanda həmin aktın tərtib edilməsinə səbəb sayğacın qoşulma ardıcıllığının pozulması halı olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq abonent istifadə etdiyi elektrik enerji sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni iş üzrə cavabdeh olan "xxxx" İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan işıq sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı işıq sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini, bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən, yəni sayğacın qoşulma ardıcıllığının pozulmasında iddiaçının təqsirinin olmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 (reyestrdə ünvan 1 ünvanına hesablanmış 1409.72 manat cərimə borcu silinməlidir. Məhkəmə onu da qeyd edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 001009 nömrəli , xx.xx.2024-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin aktda ünvan 2 (reyestrdə ünvan 1 ünvanında sayğacın qoşulma ardıcıllığının pozulması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 2 (reyestrdə ünvan 1 ünvanına (abunə kodu: **********06540) hesablanmış 1409,72 (bir min dörd yüz doqquz manat yetmiş iki qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar