Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6369/2021 13.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə Ərizəçi qızının Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin YYÇ Komissiyasına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə» dair ərizəyə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, 15.11.2008-ci il təvəllüdlü X4 və 28.04.2010-cu il təvəllüdlü X2 faktiki olaraq onun himayəsində olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 13.09.2021-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda ərizəçinin nümayəndəsi və vəkili Məmmədov Çingiz Maşallah oğlu ərizə ilə mürajiət edərək, mülki işi baxılmamış saxlanılmaqla, işdə olan sənədlərin əsillərini ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: Ərizəçi qızının maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin YYÇ Komissiyasına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi qızı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun Ərizəçi qızına qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6369/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6369/2021
13.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver