Məhkəmə qərarları › İş №2(060)-637/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-637/2021

17.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-637/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı Cavabdeh2 Onun nümayəndəsi və vəkili X4, Cavabdehlər İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt “ASAN XİDMƏT” mərkəzinin Notariat Ofisinə, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair və Cavabdeh2 cavabdehlər İddiaçı2, X2, İddiaçı1 və X3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, X2, İddiaçı1 və X1 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri X10 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış özbaşına tikililərin sökülməsi, cavabdehlərin və onların ailə üzvlərinin həmin torpaq sahəsindən və onun üzərində yerləşən 109,4 kv.m sahəsi olan fərdi yaşayış evinin 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 (sahəsi 18.9 kv.m olan) nömrə ilə qeyd edilmiş “yaşayış otağı” və 6 (sahəsi 24,9 kv.m olan) nömrə ilə qeyd edilmiş “bağlı eyvan” ından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 22 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reystr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili X7 mülki işlərin bir icraatda birləşdirilməsini məqəsədə müvafiq hesab edərək, mülki işlərin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili X8 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt “ASAN XİDMƏT” mərkəzinin Notariat Ofisinə, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair 2(060)-637/2021 saylı mülki iş və Cavabdeh2 cavabdehlər İddiaçı2, X2, İddiaçı1 və X3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair 2(060)-504/2021 saylı işlər müvafiq olaraq bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunun müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt “ASAN XİDMƏT” mərkəzinin Notariat Ofisinə, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair 2(060)-637/2021 saylı mülki iş və Cavabdeh2 cavabdehlər İddiaçı2, X2, İddiaçı1 və X3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair 2(060)-504/2021 saylı işlər bir icraatda birləşdirilsin və işin baxılması 2(060)-504/2021 nömrə ilə davam etdirilsin. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar