Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6375/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tələb olunan əsassız hesablanmış 1561,9 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, M.Hüseynzadə küç. ev 12, mənzil 2 onun adına 2011-ci ilin yanvar ayında xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Bu günə qədər mənzildə yalnız iki nəfər- onun övladları passport qeydiyyatındadır. Mənzil ailənin 2-ci mənzili kimi istifadə olunmuş daimi yaşayış olmamışdır. Kiçik oğlu Məhərrəm Məmmədli öz ailəsi ilə son 3 ilə əsasən axşam vaxtlarında mənzildən istifadə etmişdir. 2022-ci ilin may ayında o, həmin mənzili qeyri yaşayış obyekti kimi istifadə etməyi qərara almışdır. Bu məqsədlə mənzil boşaldılmış və yenidənqurma işlərinə başlanılmışdır. Paralel olaraq o, cavabdehə müraciət edərək təbii qazın təminatının dayandırılmasını xahiş etmişdir. Cavabdeh Sentyabr 2022-ci ildə evin girişində quraşdırılmış G-4 markalı, **********9 saylı Sayğacı onun iştirakı olmadan açmış, ******* saylı akt tərtib etmiş, sayğacın Plombuna və mühafizə elementlərinə hər-hansı müdaxilə haqqında heç bir qeyd etməmiş və həmin aktın üzərində sonradan xeyli düzəlişlər etmiş, müvafiq formada imzalarla təstiq etməmiş və faktiki olaraq akt saxtalaşdırılmışdır. Bildirmək istəyir ki, həmin mənzil yalnız 24 Noyabr 2022-dən qeyri yaşayış obyekti kimi istifadə edilməyə başlamışdır və qaz təminatına ehtiyac yoxdur. Sözügedən sayğac yalnız 8 ay sonra, 18 aprel 2023-də Azəriqaz İB-nin Metrologiya Departamentinə Dövlət yoxlaması üçün təqdim edilmişdir. Sayğacın bu müddət ərzində hansı şəraitdə saxlandığı, başqa bir yerdə istifadə olunub-olunmadığı məlum deyil. Azəriqaz İB-nin Metrologiya Departamentinin 25 Aprel 2023 tarixli MSK-14-2-2/3-5- 4206-1 saylı Aktında göstərilir ki, “Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plasmass plomblarınin üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır”. Cavabdeh bu rəyə əsaslanaraq onun iştirakı olmadan daha bir Akt tərtib edib (0308566) onun tərəfdən “sayğaca müdaxilə faktını” təsdiq etmişdir. Nəticədə Sumqayıt X1 əsassız olaraq “itirilmiş qaza və korlanmış sayğaca” görə ümumilikdə 1561.9 manat borc hesablamışdır və bu barədə ona Mobil SMS bildirişi yalnız 3 aydan sonra göndərilib. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, sayğacın istismar müddəti bitdiyinə görə sayğac dəyişdirilərək mexaniki sayğac quraşdırılmışdır. Sayğac laboratoriyada yoxlandıqdan sonra ona müdaxilə olunduğu aşkarlanmışdır. Sayğacda xətalar aşkarlanmış, nisbi xətayla işlədiyi müəyyən olunmuşdur. Akt əsasında qeyd olunanlara əsasən cərimə hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 12960 m3 İşdə olan Cavabdeh İB-nin əməkdaşları C.Ağayev, E.Nağıyev və A.Hüseynovun iştirakları ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli “akt”ın surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi, ev 12, mənzil 2 aid sayğaca xx.xx.2023-cü ildə baxış keçirilmişdir. G-4 markalı, (**********9) sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri aşakr edilmişdir. Sayğac istismara yararsızdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, M.Hüseynzadə küçəsi, ev 12, mənzil 2-yə akt əsasında 1555,20 manat borc hesablanmışdır. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 1555,20 manat borc silinməlidir. Belə ki, iddiaçı akt əsasında ona məxsus mənzilə akt əsasında 1561,9 manat borc hesablandığını bildirsədə, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının mənzilinə akt əsasında 1555,20 manat cərimə yazılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi İddiaçı Cavabdehnə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, M.Hüseynzadə küçəsi, ev 12-də yerləşən 2 saylı mənzilə əsassız olaraq hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə
Məhkəmə qərarları › İş №2(060)-6375/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6375/2023
06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver