Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-64/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçılar İddiaçı, X3, X1, X4, İddiaçı nümayəndəsi və vəkili Babayev Toğrul Babalı oğlunun, Cavabdehlər Cavabdeh, X5 və Əliyev Arif Meybulla oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı, X3, X1 və X4 cavabdehlər Cavabdeh, X9, X6, X14 və Mövsümova Fazilə Meybulla qızına qarşı “miras əmlakın naturada bölgüsü” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı, X11, X7 və X12 cavabdehlər Cavabdeh, X9, X6, X14 və Mövsümova Fazilə Meybulla qızına qarşı “miras əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, F.Əmirov küçəsi 95 (Sumqayıt şəhəri, Corat qəsəbəsi 81-ci məhəllə, 10 saylı ev) ünvanında yerləşən sahəsi 96,0 kv.m daşınmaz əmlakdan və 0,07902 ha torpaq sahəsindən payların naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi 81-ci məhəllədə yerləşən 10 saylı evi (hazırkı ünvan: ünvan 3 vaxtilə mərhum ataları X18 tikmişdir. Sağlığında mərhum atası evi sənədləşdirməmişdir. Evin sənədləşməsi üzrə bütün hərəkətlər onun tərəfindən edilmiş və fərdi yaşayış evi altındakı torpaqla birlikdə rəsmiləşdirilmişdir. Hazırda Sumqayıt şəhəri, Corat qəs, 81-ci məhəllə, ev 10 mərhum atası X15 adına şəxsi mülki kimi qeydiyyatdan keçmişdir. Ataları xx xxxxxx 2007-ci il tarixdə vəfat etmiş, vəfat etdiyi günə yaşadığı evi və torpaq sahəsini sənədləşdirmədiyi üçün vərəsəlik xx xxxxxx 2016-cı il tarixdə açılmışdır. Miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə əlaqədar Sumqayıt şəhəri 1 saylı notariat kontoruna müraciət etmişlər. xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidməti hüququların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa görə İddiaçı, Əliyeva Nazilə, Mövsümova Fazilə, Əliyev Arif, Qurbanova İlhamə, Əliyeva Elnarə, Cavabdeh, Əhmədova Nərgiz, Əliyeva Gülnara hər birinə 3/21 hissə pay verilmişdir. X10, Qurbanova İlhamə, Əliyeva Elnarə öz paylarını qardaşları olan İddiaçı xeyrinə imtina etmişlər və bu barədə notariusda müqavilə bağlamışlar. Digər bacı-qardaşlar, onların övladları isə aralarında mübahisə olduğundan paylı əmlakın məhkəmə qaydasında naturada bölgüsü həyata keçirilməsi qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar hər biri ayrılıqda iddianı müdafiə edərək eyni məzmunlu izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh, X5 və X17 hər biri ayrıayrılıqda izahat verərək göstərdilər ki, iddianı qəbul edirlər, paylarının naturada ayrılmasına etiraz etmirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə (Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Fikrət Əmirov küçəsi, 95, ev 10) ünvanında 0,07902 ha topaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 96 kv.m olan mənzil paylı mülkiyyət hüququ üzrə 3/21 hissədə İddiaçı, 3/21 hissədə X11, 3/21 hissədə Mövsümova Fazilə Meybulla qızı, 3/21 hissədə X17, 3/21 hissədə X7 və 3/21 hissədə X12, 1/21 hissədə Cavabdeh, 1/21 hissədə X13 və 1/21 hissədə X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, mübahisə prdemeti olan daşınmaz əmlak tərəflərin paylı mülkiyyətində olmaqla, daşınmaz əmlak üzərində tərəflərin hüquqları dövlət reyestrindən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/2571 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən, 96 kv.m daşınmaz əmlakdan və 0,07902 ha torpaq sahəsindən İddiaçı, X3, X1 və X4 hər birinin 3/21 hissədəki payının digər mülkiyyətçilərin payına tənasübsüz zərər vurmadan naturada ayrılmasının texniki baxımdan mümkün olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, mübahisələndirilən daşınmaz əmlakın naturada bölgüsü texniki cəhətdən mümkün olmadığından iddia rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Ekspertiza tədqiqatının əvəzi olaraq 50 manat iddiaçılardan müştərək qaydada tutularaq Dövlət xəzinədarlığı Agentliyinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı, X3, X1 və X4 cavabdehlər Cavabdeh, X9, X6, X14 və Mövsümova Fazilə Meybulla qızına qarşı “miras əmlakın naturada bölgüsü” barədə iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat iddiaçılar İddiaçı, X11, X7 və X2 alınaraq Dövlət xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-64/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-64/2021
15.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver