Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6410/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 356672 nömrəli aktın ləğv olunması və elektrik enerjisinə görə olan 554.98 (beş yüz əlli dörd manat doxsan səkkiz qəpik) AZN borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin avqust ayının 06-da, saat 20:39 onun (055) ***-**-** nömrəli mobil telefonuna (070) ***-**-** nömrəli mobil telefonundan, zəng gəldi. Özünü İşıq İdarəsinin əməkdaşı kimi təqdim edən Vüsal adlı şəxs onların evin həyətində onu gözlədiyini və görüşmək istədiyini bildirdi, səbəb kimi də guya mənzilə kənar xəttin çəkildiyini bildirdi. O, yaxınlaşanda orda iki nəfərin olduğunu gördü, digər şəxs özünü Niyazi kimi təqdim etdi. Həmin şəxslərə kənar xəttin göstərilməsini xahiş etdi və hətta evə də dəvət etdi ki, ürəkləri istədiyi kimi yoxlasınlar. Onlar bunu etməkdən imtina etdilər, yəni sadəcə ona bir video göstərdilər ki, guya onun evində kənar xətt tutublar. O, israrla onlara kənar xəttin olduğunu sübut etmələrini xahiş etsə də, onlar bunu etmədilər. Edə də bilməzdilər - çünki, kənar xətt olmayıb mənzildə. Onlar sərfiyyatın az olduğunu əsas gətirəndə onlara bildirdi ki, həmin mənzildə yaşlı və bu səbəbdən də çox vaxt xəstə olan anası yaşadığından onlar evdə demək olar ki, kondisionerdən istifadə etmirlər, çünki, 1 gün kondisioner yandıranda 1 ay xəstəxanalarda olurlar. O, həmin şəxslərə qonağının olduğunu bildirdi və təxmini bir saat sonra, evə təkrar yaxınlaşa biləcəyini bildirdi və xahiş etdi ki, mütləq mənzilə daxil olub istədikləri kimi yaxlamanı aparsınlar və mənzildə kənar xəttin olmadığına 100% əmin olsunlar. Təxmini bir saat sonra, yəni 22:00-da o, onlara (70) ***-**-** nömrəli rnobil telefona təkrar zəng etdikdə Vüsal adlı şəxs ona bildirdi ki, təkrar yoxlamağa ehtiyac yoxdur, yəni heç bir problem yoxdur. O, da düşündü ki, onlar sərfiyyatın nədən az olduğuna, ittihamın əsassız olduğuna əmin oldular. Bu hadisədən bir neçə gün sonra, onun mobil bank proqramına elektrik enerjisinə görə təxmini 3 (üç) manat civarında borc olduğu barədə məlumat daxil olduqda o, sayğacdakı göstəricini müqaisə etmək üçün sayğaca baxanda gördü ki, onların sayğacı digərilərindən fərqlənir. Sayğacın onun iştirakı olmadan dəyişdirilməsinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması barədə məlumat verilməsi üiçün ünerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt filialına müraciət etdikdə ona bildirildi ki, onların mənzilə kənar xətt adı ilə AKT tərtib olunmuşdur və onlara 554,98 AZN borc hesablanmışdır. Lakin həmin AKT ona Sumqayıt Elektrik Şəbəkəsi tərəfindən rəsmi təqdim olunmamışdır, borcun isə olması barədə bildirişxəbərdarlıq bu gün, yəni Sentyabıın 06-da qapının ağzma qoyulmaqla təqdim olunmuşdur. AKT-ın surətini götürüb Sumqayıt Elektrik Şəbəkəsinin inzibati binasına getsə də, Rəhbərliklə görüşə bilmədi, çünki, yerlərinə deyildilər. O, aktda adları olan şəxslərin mobil nömrələrini Sumqayıt Elektrik Şəbəkəsinin inzibati binasında qarşılaşdığı bir əməkdaşdan aldı və onlarla görüşmək barədə razılaşdılar. Görüş zamanı o, onlara sübut edəndən sonra ki, onlar AKT-da saxtalaşdırma ediblər və guya həmin aktın onun iştirak ilə tərtib olunduğunu, lakin onun guya həmin aktı imzalamaqdan imtina etdiyini qeyd etsələr də, faktiki olaraq AKT (və yoxlama) onun iştirakı olmadan aparıblar. Onların yalan, etik davranış qaydalarından kənar yolla sübut etməyi ilə yanaşı həmçinin onlara öz aktları ilə də sübut etdi. Onlar Avqustun 06-ı görüşsələr də, yəni guya onlar kənar xətti həmin tarixdə aşkarlaasalar da nədənsə AKT-a əsasən guya kənar xətt Avqustun 07-də tapılıb. Əgər avqustun 07-i tapılıbsa - onda nədən avqustun 06-da onun rahatlıqla, mobil telefon vasitəsi ilə tapan şəxslər bunu Avqustun 07-də etməyiblər? Digər bir məqamı da qeyd edir ki, akt avqustun 07-si, saat 21:20- də tərtib edilib. O saatda həmin şəxslərin yoxlama aparmağa icazələri varmı? Bəlkə həmin vaxtda vətəndaşlar istirahət edir? Digər bir tərəfdən - bildiyi qədər aktı tərtib edən şəxslərin iş saatəarı maksimuın 18:00-a kimi olduğu halda onlar 21:20-də işdə olmaqla Əmək Məcəlləsinin tələblərinin pozulması deyilmi? Hesab edir ki, bu fakt da məhkəmə tərəfindən ayrıca araşdırılmalıdır. Aktın saxta olduğunu sübut edən digər bir fakt - akta əsasən guya mənzildə kənar xətt aşkar olunmuşdur. belə olan halda isə borc Elektrik enerjisindon istifadə Qaydalarının 8.17-1-ci bəndinə əsasən sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan nəzərə alınmaqla hesablanmalı olduğu halda, borc həmin qaydaların 8.17-ci bəndinə əsasən, yəni elektrik qəbuledicilərinin gücü əsasında hesablanmışdır. Başqa cür edə də bilməzdilər çünki, kənar xətt olmadığından onu tapa bilməyiblər deyə onun en kəsiyini də müəyyən edə bilməyiblər. Düzü rəsmi sənəd olan aktı saxtalaşdıranlar bunu da edə bilərdilər, lakin buna ağılları çatmayıb. Məhkəmənin diqqətinə digər bir məqamı da çatdırmaq istrdi - qeyd etdiyi kimi, borc hesablanarkən elektrik qəbuledicilərinin gücü nəzərə alınmışdır. AKT-da elektrik qəbuledicilərin gücü hansı alətlə yoxlanıldığı, həmin alətin (xüsusi texniki vasitənin) tipi, markası, modeli, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanm keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Hesab edir kı, yuxarıda qeyd etdikləri aktın uydurma ittiham ilə qərəzli şəkildə rəsmi sənədin saxtalaşdırılması yolu ilə tərtıb edildiyini açıq-aşkar sübut edir..Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək AKT 356672-nin ləğv olunması və elektrik enerjisinə görə olan 554.98 (beşyiiz əlli dörd manat doxsan səkkiz qəpik) AZN borcun silinməsi tələbinə dair" qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı “Azərişıq" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 07 avqust 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədi ilə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində sayğaclara baxış keçirilmişdir. O cümlədən İddiaçı məxsus mənzilin elektrik hesabat sayğacıınada baxış keçirilmişdir. EEİQ-na uyğun baxış keçirilərkən məlum oldu ki, yuxarıda qeyd olunan ünvan blok qidalandırdırmsından mənzilə kənar xətt çəkmişdir. Sayğac sxemindən kənar xətdən istifadə olunur. İddiaçı kənar xətdən istifadə etdiyi üçün sayğac keçən yükü qeyd etməmişdir. Həmçinin kənar xəttin video çəkilişi aparılmışdır. Video çəkilişdə də kənar xətt olduğu üçün sayğacın işləməməsi və dayanması öz əksini tapmışdır. Pkənar= 7 A (Yeddi Am per) təşkil etmişdir. Aşkar edilmiş pozuntu faktına uyğun olaraq AKT R 356672 saylı akt əsasında 551.3 (beş yüz əlli bir manat 30 qəpik) manat məbləğində itirilmiş elektrik enerjisinin dəyərinə uyğun hesabat aparılmışdır. Aparılmış hesabatdan 97.35 manat məbləğində hesabat silinmişdir. İddiaçının hal-hazırda "xxxx" ASC-yə akt əsasında 453.95 manat borcu qalmışdır. İddiaçı isə ona 554.98 manat hesablaşma aparıldığını qeyd edir. Bununla əlaqədar "abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Eİektrik enerjisindən istifadə qaydaları’nın (EEİQ ) 8.17-ci bəndinin İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi; sındırıldıqda və s.) uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənari özbaşına yük qoşulduqda, enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonunncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elktrik şəbəkəsinə qoşulmaq hüququ vermir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Yuxarıda göstərilənləri və ''EEİQ"-nı nəzərə alaraq, Azərbaycan Respublikası MM-nin 425, 551.2.1, 560.3.2, MPM-nin 77.1, 81, 154.1 və 217.4 maddələrini rəhbər tutaraq, İddiaçı AKT R 356672-nin ləğv olunması və elektrik enerjisinə görə olan 554.98 AZN borcun silinməsi tələbinə dair" iddia tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, anası gecə vaxtı həyəcanlı şəkildə ona zəng edərək evlərinə kimlərinsə gəldiyini bildirmişdir. Anası xəstə bir qadındır. Dərhal evə getmiş və işıq idarəsinin əməkdaşlarının onun evini videoya çəkdiklərini görmüşdür. Onların video çəkmələrinə səbəb guya işıq sayğacına onun tərəfindən müdaxilə edilməsi halıdır. Qeyd edir ki, bu barədə akt gecə saat 21:30-da, onun iştirakı və xəbəri olmadan yazılıb, həmçinin işıq sayğacı da onun xəbəri olmadan dəyişdirilib və daha sonra isə ona cərimə hesablanıb. Cərimənin hansı qaydalar əsasında hesablandığını bilmir. O, cavabdehin əməkdaşlarının qeyd etdiyi hərəkətlərini öz şəxsi həyatına müdaxilə kimi qiymətləndirir. Bununla əlaqədar şikayət ərizələri ilə müxtəlif orqanlara müraciət etmişdir. Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi Sumqayıt Elektrik Şəbəkəsinin xx.xx.2024-cü il tarixli məktubu da cavabdehin qanunsuz hərəkətlərini bir daha təsdiq edir. İddiaçı qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilib, baxış zamanı sayğaca müdaxilə olunduğu, yəni sayğaca kənar xətt qoşulduğu aşkarlanıb. Bu halı əks etdirən videogörüntü də var. belə ki, bütün elektrik şəbəkəsi söndürüldüyü halda iddiaçıya məxsus kondisioner işləməyə davam etmişdir. Bununla əlaqədar akt tərtib olunmuş və iddiaçıya cərimə hesablanmışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 356672 nömrəli , xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında sayğaca kənar xətt çəkilmişdir. İşdə olan Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi Sumqayıt Elektrik Şəbəkəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, istehlakçı hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda enerji təchizat müəssisəsi, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə, istifadə edilmiş elektrik enerjisinin dəyərini hansı kriteriyaları, yəni “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1 bəndinə uyğun hesablaşma aparılır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan m üddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş: elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət ' abonentlərinə m ünasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınm aqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cü bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılm alı, 12 aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə m ünasibətdə sutkanın 24 saatı, digər istehlakçılara m ünasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İşdə olan Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi Sumqayıt Elektrik Şəbəkəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan mənzil “Azərişıq" ASC-nin elektron məlumat bazasında **********00236 nömrəli abunə kodu ilə qeydiyyata alınmışıdır. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin Sumqayıt Enerji Təchizatı və Satışı idarəsinin (bundan sonra-Sumqayıt RETSİ) nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixində iştirakımz təmın edilmədən yaşayış binasının pilləkən meydançasında quraşdırılmış sözügedən mənzilə aid elektrik sayğacına baxış keçirimiş və sayğacın blokun işıqlandırılması üçün çəkilmiş xəttə qoşulmuş kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması barədə R 356672 nömrəli akt tərtib edilmişdir. Akt əsasında yenidən hesablaşma sənədi hazırlanmış, abonent hesabınıza dəyəri 551,30 manat olmaqla 4916 kVts elektrik enerjisi sərfiyatı yazılmışdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarmın xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud piüəkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesabiaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlamlmasma görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Bundan əlavə Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrikxətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfındən qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarmın qarşısmın alınması'məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksımum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. Qaydaların 8.17-2-ci yarımbəndinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Lakin, R 356672 nömrəli akt sizin iştirakınız olmadan tərtib edilmiş, həmçinin sayğacdan kənar elektrik xəttinin növü və en kəsiyi barədə qeydlər aparılmamışdır. Bundan əlavə aktda bloku işıqlandıran xəttin balans mənsubiyyəti, blok işıqlandırılmasına sərf olunan elektrik enerjisinin dəyərinin kimin tərəfindən ödənilməsi barədə məlumatlar verilmir. Araşdırmaya təqdim edilən video çəkilişdə sayğacdan kənar elektrik xətti adlandırılan naqilin sizin mənzilinizə daxil olması, həmin xəttin bloku işıqlandıran elektrik xəttinə qoşulması öz təsdiqini tapmır. Yaranmış problemin sizin iştirakınız ilə yerində təkrar araşdırılması, aktın hesabatma mövcud Qaydaların tələbləri nəzərə alınmaqla yenidən baxılması və nəticəsi barədə Agentliyin Sumqayıt filialına məlumat verilməsi üçün tərəflərindən "xxxx" ASC-yə müraciət edilmişdir. Abunə haqqında cədvəlin yenidən araşdırılması zamanı aktın hesabatına yenidən baxılaraq 97,35 manat məbləğinin silindiyi müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 8, mənzil 3 (ünvan 3 ünvanında xx.xx.2024-cü il tarixdə sayğaca baxış keçirilmiş, sözügedən mənzildə sayğaca kənar xətt çəkildiyi aşkar edilmiş, bununla bağlı 356672 nömrəli , xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur və həmin akt əsasında iddiaçıya 551,30 manat məbləğində borc hesablanmışdır. Daha sonra hesablanmış borcun 97.35 manat məbləğində hissəsi silinmişdir. İddiaçının hal-hazırda "xxxx" ASC-yə akt əsasında 453.95 manat borcu qalsa da, iddiaçı ərizəsində 554.98 manat borcun silinməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-1-ci bəndinə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşdə olan 356672 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, mübahisəli ünvanda həmin aktın tərtib edilməsinə səbəb sayğaca kənar xətt çəkildiyi halı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubundan isə görünür ki, Agentlik iddiaçının mübahisələndirdiyi akt tərtib edilərkən aktın iddiaçının iştirakı olmadan tərtib edilməsi, həmçinin sayğacdan kənar elektrik xəttinin növü və en kəsiyi barədə qeydlərin aparılmaması, aktda bloku işıqlandıran xəttin balans mənsubiyyəti, blok işıqlandırılmasına sərf olunan elektrik enerjisinin dəyərinin kimin tərəfindən ödənilməsi barədə məlumatların olmaması, həmçinin video çəkilişdə sayğacdan kənar elektrik xətti adlandırılan naqilin iddiaçının mənzilinə daxil olması, həmin xəttin bloku işıqlandıran elektrik xəttinə qoşulmasının öz təsdiqini tapmadığı kimi pozuntuların olduğu qeyd edilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 8, mənzil 3 (ünvan 3 ünvanına dair tərtib edilmiş 356672 nömrəli, xx.xx.2024-cü il tarixli akt qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən akt ləğv edilməli və akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya hesablanmış borcun 97,35 manat hissəsi cavabdehin özü tərəfindən silinmiş, iddiaçının hesabında akt əsasında 453,95 manat borc qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 8, mənzil 3 (ünvan 3 ünvanına dair tərtib edilmiş 356672 nömrəli, xx.xx.2024-cü il tarixli akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 453,95 manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 8, mənzil 3 (ünvan 3 ünvanına dair tərtib edilmiş 356672 nömrəli, xx.xx.2024-cü il tarixli akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 453,95 (dörd yüz əlli üç manat doxsan beş qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6410/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6410/2024
09.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver