Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6439/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı X1yə görə əsassız və qanunsuz yazılmış borcun silinməsi tələbinə dair mülki işə 01 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı X1yə görə əsassız və qanunsuz yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 17 saylı yataqxana ünvanında yerləşən mənzilə X1yə görə cavabdeh tərəfindən üzərinə qanunsuz və əsassız yazılmış 4334,86 manat və 1232,19 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Zəngilan rayonundan məcburi köçkündür və 2007-ci ildən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 17 saylı yataqxana ünvanında ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Məcburi köçkün olduğundan elektrik enerjisindan istifadəyə görə ödənişlər dövlət tərəfindən ödənilir. Elektrik enerjisindan istifadəyə görə elektrik hesabat sayğacı 30.01.2009-cu il tarixdə quraşdırılmışdır. Ona cavabdeh tərəfindən əsassız olaraq 4334.86 manat və 1232.19 manat məbləğində borc hesablanmışdır. Qeyd etdiyi kimi o, məcburi köçkündür. Məcburi köçkün olduğuna görə həmin dövr üçün elektrik enerjisindan istifadəyə görə ödənişlər qaçqınkom tərəfindən ödənilməli idi. Yəni onun həmin dövr üçün cavabdeh təşkilata borcu yarana bilməzdi. Həmin evə əsassız olaraq hesablanmışdır. Onun mənzilində qaz yoxdur. Ona görə qaza görə ona dövlət tərəfindən verilən limit işığa olan borcuna yönəldilməli və borc silinməlidir. Bu səbəbdən də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbi ilə bağlı bildirdi ki, İddiaçı yaşadığı ünvan 1 ünvanı **********02159 saylı kodla 09.01.2009cu il tarixindən abonent qeydiyyatındadır. Həmçinin abonentin mənzilinə 30.01.2009-cu ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. 31.12.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 4334,86 manat borc dondurulmuşdur. Hal-hazırda "Azərişıq” ASC tərəfındən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin 31.12.2016-ci il tarixdən 10.09.2021-ci il tarixinədək enerjitəchizatçı təşkilata 1059,57 manat sayğac borcu vardır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Sumqayıt Şəhər Sektoru tərəfindən verilmiş AA 103011 nömrəli arayışın surətindən görünür ki, Bayramov X4 rayonundan məcburi köçkündür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin 2696 nömrəli, 01.07.2021-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Bayramov X4 rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 17 saylı yataqxanada məskunlaşmışdır. İş materiallarında olan abunə haqqında 30.06.2021-ci il tarixli invoisdən görünür ki, Sumqayıt şəhəri, İnşatçılar qəsəbəsi, ev 0500, 2159 saylı mənzildə quraşdırılmış sayğaca əsasən 4334,86 manat borc “Məcburi köçkün borcunun dondurulması” kimi göstərilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhəri, İnşatçılar qəsəbəsi, ev 0500, 2159 saylı mənzildə X1yə görə 31.12.2016-cı ilə qədər hesablanmış 4334,86 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ailə üzvləri ilə ünvan 2 ünvan "xxxx" ASC-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 0500, mənzil 2159 kimi qeydə alınmışdır. İddiaçının məcburi köçkün kimi 4334,86 manat məbləğində borcu 31.12.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Həmin Fərmanın 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından və həmin Fərman əsasında cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı elektrik enerjisinə görə 31.12.2016-cı il tarixə yaranmış 4334,86 manat məbləğində borcu dondurulduğundan Sumqayıt şəhəri, İnşatçılar qəsəbəsi, ev 0500, 2159 saylı mənzilə X1yə görə hesablanmış 4334,86 manat məbləğində borcun silinməsi hissəsində iddia tələbi təmin edilməlidir. İddiaçı ərizəsində 4334,86 manat borcundan əlavə 1232,19 manat borcunun silinməsini də xahiş etsə də, iş materiallarından görünür ki, həmin borc məbləği X1 ilə əlaqədar yaranmış sayğac borcudur. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən iddia qismən təmin edilməli, İddiaçı elektirik enerjisindən istifadəyə görə hesablanmış 4334,86 (dörd min üç yüz otuz dörd manat səksən altı qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı (abunə kodu: **********02159) elektirik enerjisindən istifadəyə görə hesablanmış 4334,86 (dörd min üç yüz otuz dörd manat səksən altı qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6439/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6439/2021
01.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver