Məhkəmə qərarları › İş №2(060)-6451/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6451/2020

28.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6451/2020 28.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhər 4 saylı Notariat ofisini və qeyrisini üçüncü şəxs qismində cəlb etməklə «vərəsə payının müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında məhkəmədən kənar qaydada nəzərdən keçirib müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhər 4 saylı Notariat ofisini və qeyrisini üçüncü şəxs qismində cəlb etməklə «vərəsə payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə qədər vərəsəlik şəhadətnaməsinin əldə edilməsi ilə bağlı müvafiq səlahiyyətli quruma (notariat orqanına) müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.1.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizəni qəbul etməkdən imtina edilməli, ərizəçiyə vərəsəlik şəhadətnaməsinin əldə edilməsi ilə bağlı müvafiq orqana müraciət etməsi, müvafiq səlahiyyətli qurum imtina etdiyi halda məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhər 4 saylı Notariat ofisini və qeyrisini üçüncü şəxs qismində cəlb etməklə «vərəsə payının müəyyən edilməsi» tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin, ərizə və əlavə edilmiş sənədlər birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar