Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6466/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Arzu adlı rəfiqəsinin vasitəsi ilə 2023cü ildən tanımış, Xatirə dərzi işləmişdir. Arzu Xatirəni onunla tanış elədikdən sonra Xatirə ondan qızıl almış, müştərisi olmuşdur. Xatirə sonradan ona bacısı kimi təqdim etdiyi Fərqanəni də gətirmiş, hər ikisi ondan qızıl almışlar. Arzu ilk əvvəl Xatirəni onunla tanış eləyəndə Xatirəni etibarlı adam təqdim eləmiş, Xatirə istədiklərini götürdükdən sonra pulunu vaxtı-vaxtında verəcəyini demişdir. Bir dəfə təxminən 2023-cü ilin iyul ayında Xatirə adını ona bildirmədiyi bacısına satmaq adı ilə ondan 585 əyar Türk qızılı komplekt götürmüş, qiyməti təxminən 4-5 min manat arası olarmış, bacısının istədiyini, satıb gətirib pulunu verəcəyini demişdir. Bir ay ərzində gətirib pulunu birdəfəlik bağlamışdır. Sonra Xatirə yenidən ona müraciət eləmiş, sonuncuya satmaq üçün qızıl verməsini demiş, xx.xx.2023-cü il tarixdə Xatirə ondan 42,8 qramlıq 750 əyar 5.400 manat dəyərində İtalyan qızılı komplekt götürmüş, həmin günü 400 manat pul vermiş, qalan məbləği də 30 oktyabr 2023-cü il tarixində bağlayacağını demişdir. Növbəti gün, xx.xx.2023-cü il tarixdə Xatirə yenə gəlib 31,9 qramlıq 750 əyar 4000 manat dəyərində İtalyan qızılı dəst (sep, qolbaq) götürmüş, lakin heçnə ödəməmiş, oktyabr ayında satıb verəcəyini demişdir. Artıq Xatirənin 2023-cü ilin avqust ayının sonunda mənə 900 manat verəcəyi yaranmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Xatirə yenə qızıl almaq üçün gəlmiş, lakin o, 9000 manat borcundan verdikdən sonra satacağını demiş, bu zaman Xatirə onu qızılları doğma bacısına satacağına, pulunu da bacısından alıb gətirəcəyinə inandırmışdır. Lakin o, sonda bildirmişdir ki, Xatirə ondan bacısına satmaq adı ilə aldığı qızılları heç də bacısına verməmiş, çünki, bacısı heç vaxt yanına gəlməmişdir. Belə onu inandırmış və ondan satmaq adı ilə xx.xx.2023-cü il tarixdə 15,7 qramlıq 750 əyar 2000 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra 11,7 qramlıq 750 əyar 1500 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra 11,3 qramlıq 750 əyar 1500 manat dəyərində İtalyan qızılı komplekt, daha sonra 2,8 qramlıq 750 əyar 370 manat dəyərində İtalyan qızılı klon, daha sonra 11,9 qramlıq 750 əyar 1560 manat dəyərində İtalyan qızılı komplekt və sonda 5,1 qramlıq 750 əyar 490 manat dəyərində İtalyan qızılı boyunbağı götürmüş, ümumilikdə xx.xx.2023-cü il tarixində 7420 manatlıq qızılı satmaq adı ilə ondan götürmüş, bundan sonra xx.xx.2023-cü il tarixində Xatirə yenidən gəlib 9,3 qramhq 750 əyar 1120 manat dəyərində İtalyan qızılı qolbaq, daha sonra həmin tarixdə 2 qramlıq 750 əyar 250 manat dəyərində İtalyan qızılı klon, daha sonra 10 qramlıq 585 əyar 850 manat dəyərində Türk qızılı boyunbağı götürmüş, xx.xx.2023-cü il tarixdə Xatirənin satmaq adı ilə götürdüyü qızılın dəyəri 2220 manat eləmiş, cəmi isə Xatirənin 2023-cü ilin oktyabr ayında ödəyəcəyi pulun məbləği 18460 manat təşkil eləmiş, lakin 2023-cü ilin oktyabr ayının əvvəllərində Xatirə onu inandırmaq üçün həmin puldan əvvəlcə 2420 manatını, 3-4 gün sonra 2200 manatını vermiş, qalan 16000 manatı isə tezlikdə satıb verəcəyini bildirmişdir. Bundan sonra Xatirə yenidən qızıl istəmiş, o da ödəniş elədiyi üçün Xatirəyə inanıb satmaq üçün xx.xx.2023-cü il tarixdə Xatirəyə 20,3 qramlıq 750 əyar 1980 manat dəyərində italyan qızılı komplekt, daha sonra 19 qramlıq 750 əyar 1800 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra həmin tarixdə 15 qramlıq 750 əyar 1490 manat dəyərində İtalyan qızılı qolbaq, daha sonra həmin tarixdə 13,9 qramlıq 750 əyar 1330 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra həmin tarixdə 13 qramlıq 750 əyar 1300 manat dəyərində İtalyan qızılı qolbaq və həmin tarixdə sonda 20,2 qramlıq 750 əyar 2000 manat dəyərində italyan qızılı boyunbağı, ümumilikdə isə 9900 manatlıq qızıl götürmüşdür. Ümumi borcu isə xx.xx.2023-cü il tarixinə 25900 manat təşkil eləmişdir. xx.xx.2023-cü il tarixində Xatirə yenidən qızıl götürmək üçün bazara gəlmiş, lakin o, narahat olmuşdur, götürüb sonra pulunu verməyəcəyinin düşünmüş, Arzuya zəng edib Xatirənin onu aldadıb-aldatmayacağını soruşmuş, Arzu isə narahat olunmalı mövzunun olmadığını sonuncuya inandığı kimi Xatirəyə də inana biləcəyini demişdir. O da Arzunun sözünə görə Xatirəyə inanıb həmin tarixdə 13,3 qramlıq 750 əyar 1270 manat dəyərində İtalyan qızılı komplekt, daha sonra həmin tarixdə 9,1 qramlıq 585 əyar 870 manat dəyərində Türk qızılı boyunbağı, daha sonra həmin tarixdə 6,5 qramlıq 585 əyar 630 manat dəyərində Türk qızılı qolbaq və həmin tarixdə sonra 10 qramlıq 585 əyar 930 manat dəyərində Türk qızılı komplekt götürmüşdür. xx.xx.2023-cü il tarixində Xatirənin götürdüyü qızılların dəyəri 3700 manat, ümumilikdə borcu isə 29600 manat təşkil eləmişdir. Lakin bundan sonra ona məlum olmuşdur ki, Xatirə ondan götürdüyü qızılları heç də satmaq adı ilə ondan almamış, sonradan bilmişdir ki, ondan qızılları götürdüyü vaxtlarda əri yol nəqliyyat hadisəsi törətmiş, xeyli miqdarda zərər ödəməli imiş. Xatirə də ondan satmaq adı ilə götürdüyü qızılları ərinin probleminə sərf etmişdir. Yəni, onu inandırıb aldatmış və ona qarşı dələduzluq etmişdir. O, artıq bunu biləndə Xatirəyə demişdir ki, gətirib qızılları ya da pulu qaytarsın. Bundan sonra 2023-cü ilin dekabr ayında Xatirə gətirib ona həmin məbləğdən 1000 manat pul qaytarmış, lakin qalan məbləği verməmişdir. 2024-cü ilin yanvar ayında Xatirə yanına gəlmiş, qızıl və nağd pul istədiyini demiş, lakin aralarında sözlü mübahisə olmuşdur. Çünki əri Eldar ona bu qədər verəcəyinin qarşılığında hələ də qızıl və hətta pul istədiyi üçün acıqlanmışdır. Lakin Xatirə yalvarmışdır ki, bəs faizə düşüb, evini satır, evini satıb ona bütün pulunu verəcək. O da Xatirəyə inanıb özündən yox, çünki əri Eldar qoymamışdır, bacısı Sevdadan 3000 manatlıq qızıl və iki dəfəyə 500 manat olmaqla, ümumilikdə Xatirəyə 1000 manat pul vermişdir. Sonuncu 3000 manatlıq qızılı və 500 manat pulu bacısından, o biri 500 manat pulu isə Əri Eldardan alıb vermişdir. Cavabdehin qızıllara görə borcu olduğu barədə İddiaçı şikayət ərizəsi ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilmiş, lakin idarənin xx.xx.2025.ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. İdarədə aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı Arzu adlı rəfiqəsinin vasitəsi ilə 2022-ci ildən tanımış, onunla birlikdə dərzi işləyən Arzunun rəfiqəsidir. Arzu onu Rəsmiyyə ilə tanış elədikdən o Rəsmiyyədən qızıl almağa başlamışdır. İlk dəfə təxminən 2023-cü ilin iyul ayında o satmaq adı ilə Rəsmiyyədən 585 əyar Türk qızılı komplekt götürmüş, qiyməti təxminən 4-5 min arası olmuş, bacısının istədiyini, satıb gətirib pulunu verəcəyini demişdir. Dediyi kimi bir ay ərzində gətirib pulunu birdəfəlik bağlamışdır. Həmin dövrlərdə onun maddi durumu pis olduğundan faiz borcları həmçinin başqa şəxslərə borcu olduğundan Rəsmiyyədən alıb-sataraq borclarını bağlayacağını düşünmüşdür. Bu məqsədlə Rəsmiyyəyə müraciət eləmiş, yenə satmaq üçün qızıl istədiyini demiş, Rəsmiyyə xx.xx.2023-cü il tarixdə ona 42,8 qramlıq 750 əyar 5400 manat dəyərində İtalyan qızılı komplekt vermiş, o da həmin günü qızılın pulundan 400 manat Rəsmiyyəyə pul vermiş, qalan məbləği də 30 oktyabr 2023-cü il tarixində bağlayacağını demişdir. Növbəti gün xx.xx.2023-cü il tarixdə o yenə univermağa gedib 31,9 qramlıq 750 əyar 4000 manat dəyərində İtalyan qızılı dəst (sep, qolbaq) götürmüş, lakin heç nə ödəməmiş, Rəsmiyyəyə oktyabr ayında satıb verəcəyini demişdir. Onun 2023-cü ilin avqust ayının sonunda Rəsmiyyəyə 9000 manat verəcəyi yaranmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə o maddi durumu pis olduğu üçün yenidən univermağa Rəsmiyyənin yanına qızıl almaq üçün getmiş, satmaq məqsədi ilə qızıl istəmiş, Rəsmiyyə 9000 manat borcdan ver sonra demiş, o da doğma bacısına satıb pulunu da bacısından alıb gətirmək adı ilə xx.xx.2023-cü il tarixdə 15,7 qramlıq 750 əyar 2000 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra 11,7 qramlıq 750 əyar 1500 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra 11,3 qramlıq 750 əyar 1500 manat dəyərində İtalyan qızıh komplekt, daha sonra 2,8 qramlıq 750 əyar 370 manat dəyərində İtalyan qızılı klon, daha sonra 11,9 qramlıq 750 əyar 1560 manat dəyərində İtalyan qızılı komplekt və osnda 5,1 qramlıq 750 əyar 490 manat dəyərində İtalyan qızılı boyunbağı götürmüş, ümumilikdə xx.xx.2023-cü il tarixində 7420 manatlıq qızılı satmaq adı ilə Rəsmiyyədən götürmüş, bundan sonra xx.xx.2023-cü il tarixində Rəsmiyyədən 9,3 qramlıq 750 əyar 1120 manat dəyərində İtalyan qızılı qolbaq, daha sonra həmin tarixdə 2 qramlıq 750 əyar 250 manat dəyərində İtalyan qızılı klon, daha sonra 10 qramlıq 585 əyar 850 manat dəyərində Türk qızıh boyunbağı götürmüş, xx.xx.2023-cü il tarixdə götürdüyü qızılın dəyəri 2.220 manat eləmiş, cəmi isə onun 2023-cü ilin oktyabr ayında ödəyəcəyi pulun məbləği 18460 manat təşkil eləmiş, lakin 2023-cü ilin oktyabr ayının əvvəllərində o Rəsmiyyədən əvvəlvə 2420 manat, 3-4 gün sonra 2.200 manat pul vermiş, qalan 16000 manatı isə tezlikdə qızılları satıb verəcəyini demişdir. Bundan sonra Rəsmiyyədən satmaq üçün xx.xx.2023-cü il tarixdə 20,3 qramlıq 750 əyar 1980 manat dəyərində İtalyan qızılı komplekt, daha sonra 19 qramlıq 750 əyar 1800 manat dəyərində İtalyan qızıl boyunbağı, daha sonra həmin tarixdə 15 qramlıq 750 əyar 1490 manat dəyərində İtalyan qızıl qolbaq, daha sonra həmin tarixdə 13,9 qramlıq 750 əyar 1330 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra həmin tarixdə 13 qramlıq 750 əyar 1300 manat dəyərində İtalyan qızılı qolbaq və həmin tarixdə sonda 20,2 qramlıq 750 əyar 2000 manat dəyərində İtalyan qızılı boyunbağı, ümumilikdə isə 9900 manatlıq qızıl götürmüşdür. Ümumi borcu isə xx.xx.2023-cü il tarixinə 25900 manat təşkil eləmişdir. xx.xx.2023-cü il tarixində o, yenidən qızıl götürmək üçün bazara gəlmiş, lakin Rəsmiyyə ona qızıl vermək istəməmiş, Arzuya zəng eləmiş, Arzu isə narahat olma demişdir. Rəsmiyyə Arzunun sözünə görə ona inanıb həmin tarixdə 13,3 qramlıq 750 əyar 1270 manat dəyərində İtalyan qızılı komplekt, daha sonra həmin tarixdə 9,1 qramlıq 585 əyar 870 manat dəyərində Türk qızılı boyunbağı, daha sonra həmin tarixdə 6,5 qramlıq 585 əyar 630 manat dəyərində Türk qızılı qolbaq və həmin tarixdə sonra 10 qramlıq 585 əyar 930 manat dəyərində Türk qızılı komplekt vermişdir. xx.xx.2023-cü il tarixində onun götürdüyü qızılların dəyəri 3700 manat, ümumilikdə borcu isə 29600 manat təşkil eləmişdir. Bundan sonra 2024-cü ilin fevral ayında o Rəsmiyyəyə həmin məbləğdən 1000 manat pul qaytarmış, lakin qalan məbləği verə bilməmişdir. Sonuncu dəfə Rəsmiyyənin bacısından 1110 manat dəyərində iki cüt 585 əyar Türk qızılı sırğa və 500 manat olmaqla nağd pul götürmüşdür. Onun Rəsmiyyəyə borcu 17000 manat təşkil etmişdir. O təxminən 2023-cü ilin dekabr ayı ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə Rəsmiyyəyə 9700 manat məbləğində pul vermişdir. O, Rəsmiyyədən pulu əvvəlcə özü üçün, lakin sonradan durumu pis olduğu üçün satmaq adı ilə almışdır. Evdə xəstəsi olduğundan borcları yaranıb, pulu ona sərf etmişdir. Göstərilənlərə əsasən Cavabdeh 29850 manat məbləğində pulun və ödənilmiş 180 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbi əsaslı olduğundan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, borc məbləğini qismən, yəni 17000 manat hissəsində qəbul edir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, Cavabdeh yoldaşının tanışı olmuşdur. Onlardan mal almışdır. Mal alarkən əvvəllər ödənişlər edirdi, lakin sonralar ödənişi etməmişdir. Nə qədər əlaqə saxlanılsa da, cavabdehdən xəbər çıxmamışdır. 2023-cü il tarixdə ən sonuncu dəfə borcdan 1000 manat məbləğində ödəniş etmişdir. Bundan başqa ödəniş etməmişdir. Hazırda 29000 manat məbləğində borcu mövcuddur.
7. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
8. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh Arzu adlı rəfiqəsinin vasitəsi ilə 2023-cü ildən tanımışdır. Xatirə dərzi işləmişdir. Arzu Xatirəni onunla tanış elədikdən sonra Xatirə ondan qızıl almış, müştərisi olmuşdur. Xatirə sonradan ona bacısı kimi təqdim etdiyi Fərqanəni də gətirmiş, hər ikisi ondan qızıl almışlar. Arzu ilk əvvəl Xatirəni onunla tanış eləyəndə Xatirəni etibarlı adam təqdim eləmiş, Xatirə istədiklərini götürdükdən sonra pulunu vaxtı-vaxtında verəcəyini demişdir. Bir dəfə təxminən 2023-cü ilin iyul ayında Xatirə adını ona bildirmədiyi bacısına satmaq adı ilə ondan 585 əyar Türk qızılı komplekt götürmüş, qiyməti təxminən 4-5 min manat arası olarmış, bacısının istədiyini, satıb gətirib pulunu verəcəyini demişdir. Bir ay ərzində gətirib pulunu birdəfəlik bağlamışdır. Sonra Xatirə yenidən ona müraciət eləmiş, sonuncuya satmaq üçün qızıl verməsini demiş, xx.xx.2023-cü il tarixdə Xatirə ondan 42,8 qramlıq 750 əyar 5400 manat dəyərində italyan qızılı komplekt götürmüş, həmin günü 400 manat pul vermiş, qalan məbləği də 30 oktyabr 2023-cü il tarixində bağlayacağını demişdir. Növbəti gün, xx.xx.2023- cü il tarixdə Xatirə yenə gəlib 31,9 qramlıq 750 əyar 4000 manat dəyərində İtalyan qızılı dəst (sep, qolbaq) götürmüş, lakin heçnə ödəməmiş, oktyabr ayında satıb verəcəyini demişdir. Artıq Xatirənin 2023-cü ilin avqust ayının sonunda mənə 900 manat verəcəyi yaranmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Xatirə yenə qızıl almaq üçün gəlmiş, lakin o 9000 manat borcundan verdikdən sonra satacağını demiş, bu zaman Xatirə onu qızılları doğma bacısına satacağına, pulunu da bacısından alıb gətirəcəyinə inandırmışdır. Lakin o sonda bildirmişdir ki, Xatirə ondan bacısına satmaq adı ilə aldığı qızılları heç də bacısına verməmiş, çünki, bacısı heç vaxt yanına gəlməmişdir. Belə onu inandırmış və ondan satmaq adı ilə xx.xx.2023-cü il tarixdə 15,7 qramlıq 750 əyar 2000 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra 11,7 qramlıq 750 əyar 1500 manat dəyərində italyan qızılı boyunbağı, daha sonra 11,3 qramlıq 750 əyar 1500 manat dəyərində italyan qızılı komplekt, daha sonra 2,8 qramlıq 750 əyar 370 manat dəyərində italyan qızılı klon, daha sonra 11,9 qramlıq 750 əyar 1560 manat dəyərində İtalyan qızılı komplekt və sonda 5,1 qramlıq 750 əyar 490 manat dəyərində italyan qızılı boyunbağı götürmüş, ümumilikdə xx.xx.2023-cü il tarixində 7420 manatlıq qızılı satmaq adı ilə ondan götürmüş, bundan sonra xx.xx.2023-cü il tarixində Xatirə yenidən gəlib 9,3 qramlıq 750 əyar 1120 manat dəyərində İtalyan qızılı qolbaq, daha sonra həmin tarixdə 2 qramlıq 750 əyar 250 manat dəyərində italyan qızılı klon, daha sonra 10 qramlıq 585 əyar 850 manat dəyərində Türk qızılı boyunbağı götürmüş, xx.xx.2023-cü il tarixdə Xatirənin satmaq adı ilə götürdüyü qızılın dəyəri 2220 manat eləmiş, cəmi isə Xatirənin 2023-cü ilin oktyabr ayında ödəyəcəyi pulun məbləği 18460 manat təşkil eləmiş, lakin 2023-cü ilin oktyabr ayının əvvəllərində Xatirə onu inandırmaq üçün həmin puldan əvvəlcə 2.420 manatını, 3-4 gün sonra 2.200 manatını vermiş, qalan 16000 manatı isə tezlikdə satıb verəcəyini bildirmişdir. Bundan sonra Xatirə yenidən qızıl istəmiş, o da ödəniş elədiyi üçün Xatirəyə inanıb satmaq üçün xx.xx.2023-cü il tarixdə Xatirəyə 20,3 qramlıq 750 əyar 1980 manat dəyərində italyan qızılı komplekt, daha sonra 19 qramlıq 750 əyar 1800 manat dəyərində italyan qızılı boyunbağı, daha sonra həmin tarixdə 15 qramlıq 750 əyar 1490 manat dəyərində italyan qızılı qolbaq, daha sonra həmin tarixdə 13,9 qramlıq 750 əyar 1330 manat dəyərində italyan qızılı boyunbağı, daha sonra həmin tarixdə 13 qramlıq 750 əyar 1300 manat dəyərində italyan qızılı qolbaq və həmin tarixdə sonda 20,2 qramlıq 750 əyar 2000 manat dəyərində italyan qızılı boyunbağı, ümumilikdə isə 9900 manatlıq qızıl götürmüşdür. Ümumi borcu isə xx.xx.2023-cü il tarixinə 25.900 manat təşkil eləmişdir. xx.xx.2023-cü il tarixində Xatirə yenidən qızıl götürmək üçün bazara gəlmiş, lakin o narahat olmuşdur, götürüb sonra pulunu verməyəcəyinin düşünmüş, Arzuya zəng edib Xatirənin onu aldadıb-aldatmayacağını soruşmuş, Arzu isə narahat olunmalı mövzunun olmadığını sonuncuya inandığı kimi Xatirəyə də inana biləcəyini demişdir. O da Arzunun sözünə görə Xatirəyə inanıb həmin tarixdə 13,3 qramlıq 750 əyar 1270 manat dəyərində İtalyan qızılı komplekt, daha sonra həmin tarixdə 9,1 qramlıq 585 əyar 870 manat dəyərində Türk qızılı boyunbağı, daha sonra həmin tarixdə 6,5 qramlıq 585 əyar 630 rrianat dəyərində Türk qızılı qolbaq və həmin tarixdə sonra 10 qramlıq 585 əyar 930 manat dəyərində Türk qızılı komplekt götürmüşdür. xx.xx.2023-cü il tarixində Xatirənin götürdüyü qızılların dəyəri 3.700 manat, ümumilikdə borcu isə 29600 manat təşkil eləmişdir. Lakin bundan sonra ona məlum olmuşdur ki, Xatirə ondan götürdüyü qızılları heç də satmaq adı ilə ondan almamrş, sonradan bilmişdi ki, ondan qızılları götürdüyü vaxtlarda əri yol nəqliyyat hadisəsi törətmiş, xeyli miqdarda zərər ödəməli imiş. Xatirə də ondan satmaq adı ilə götürdüyü qızılları ərinin probleminə sərf etmişdir. Yəni, onu inandırıb aldatmış və ona qarşı dələduzluq etmişdir. O artıq bunu biləndə Xatirəyə demişdir ki, gətirib qızılları ya da pulu qaytarsın. Bundan sonra 2023-cü ilin dekabr ayında Xatirə gətirib ona həmin məbləğdən 1000 manat pul qaytarmış, lakin qalan məbləği verməmişdir. Bu azmış kimi 2024-cü ilin yanvar ayında Xatirə yanıma gəlmiş , qızıl və nağd pul istədiyini demiş, lakin aralarında sözlü mübahisə olmuşdur. Çünki, əri Eldar ona bu qədər verəcəyinin qarşılığında hələ də qızıl və hətta pul istədiyi üçün acıqlanmışdır. Lakin Xatirə yalvarmışdır ki,bəs faizə düşüb, evini satır, evini satıb ona bütün pulunu verəcək. O da Xatirəyə inanıb özündən yox, çünki əri Eldar qoymamışdır, bacısı Sevdadan 3000 manatlıq qızıl və iki dəfəyə, 500 manat olmaqla ümumilikdə Xatirəyə 1000 manat pul vermişdir. Sonuncu 3000 manatlıq qızılı və 500 manat pulu bacısından, o biri 500 manat pulu isə Əri Eldardan alıb vermişdir. Cavabdeh ona ümumilikdə 32.600 manat məbləğində maddi ziyan vurmuşdur. Xatirə özü ona verməli olduğu pulu etiraf etmişdir. Xatirə qızılları ondan alanda yanlarında Gülər, bacısı Sevda, rəfiqəsi Arzu, həmçinin Eldar şahiddir.
9. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı Arzu adlı rəfiqəsinin vasitəsi ilə 2022-ci ildən tanımış, onunla birlikdə dərzi işləyən Arzunun rəfiqəsidir. Arzu onu Rəsmiyyə ilə tanış elədikdən o Rəsmiyyədən qızıl almağa başlamışdır. İlk dəfə təxminən 2023cü ilin iyul ayında o satmaq adı ilə Rəsmiyyədən 585 əyar Türk qızılı komplekt götürmüş, qiyməti təxminən 4-5 min arası olmuş, bacısının istədiyini, satıb gətirib pulunu verəcəyini demişdir. Dediyi kimi bir ay ərzində gətirib pulunu birdəfəlik bağlamışdır. Həmin dövrlərdə onun maddi durumu pis olduğundan, faiz borcları, həmçinin başqa şəxslərə borcu olduğundan Rəsmiyyədən alıb-sataraq borclarını bağlayacağını düşünmüşdür. Bu məqsədlə Rəsmiyyəyə müraciət eləmiş, yenə satmaq üçün qızıl istədiyini demiş, Rəsmiyyə xx.xx.2023-cü il tarixdə ona 42,8 qramlıq 750 əyar 5400 manat dəyərində italyan qızılı komplekt vermiş, o da həmin günü qızılın pulundan 400 manat Rəsmiyyəyə pul vermiş, qalan məbləği də 30 oktyabr 2023-cü il tarixində bağlayacağını demişdir. Növbəti gün, xx.xx.2023-cü il tarixdə o yenə univermağa gedib 31,9 qramlıq 750 əyar 4000 manat dəyərində italyan qızılı dəst (sep, qolbaq) götürmüş, lakin heç nə ödəməmiş, Rəsmiyyəyə oktyabr ayında satıb verəcəyini demişdir. Onun 2023-cü ilin avqust ayının sonunda Rəsmiyyəyə 9000 manat verəcəyi yaranmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə o maddi durumu pis olduğu üçün yenidən univermağa Rəsmiyyənin anına qızıl almaq üçün getmiş, satmaq məqsədi ilə qızıl istəmiş, Rəsmiyyə 9000 manat borcdan ver sonra demiş, o da doğma bacısına satıb pulunu da bacısından alıb gətirmək adı ilə xx.xx.2023-cü il tarixdə 15,7 qramlıq 750 əyar 2000 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra 11,7 qramlıq 750 əyar 1500 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra 11,3 qramlıq 750 əyar 1500 manat dəyərində İtalyan qızılı komplekt, daha sonra 2,8 qramlıq 750 əyar 370 manat dəyərində italyan qızılı klon, daha sonra 11,9 qramlıq 750 əyar 1560 manat dəyərində İtalyan qızılı komplekt və onda 5,1 qramlıq 750 əyar 490 manat dəyərində İtalyan qızılı boyunbağı götürmüş, ümumilikdə xx.xx.2023-cü il tarixində 7420 manatlıq qızılı satmaq adı ilə Rəsmiyyədən götürmüş, bundan sonra xx.xx.2023-cü il tarixində Rəsmiyyədən 9,3 qramlıq 750 əyar 1120 manat dəyərində italyan qızılı qolbaq, daha sonra həmin tarixdə 2 qramlıq 750 əyar 250 manat dəyərində italyan qızılı klon, daha sonra 10 qramlıq 585 əyar 850 manat dəyərində Türk qızılı boyunbağı götürmüş, xx.xx.2023-cü il tarixdə götürdüyü qızılın dəyəri 2.220 manat eləmiş, cəmi isə onun 2023-cü ilin oktyabr ayında ödəyəcəyi pulun məbləği 18460 manat təşkil eləmiş, lakin 2023-cü ilin oktyabr ayının əvvəllərində o Rəsmiyyədən əvvəlvə 2420 manat, 3-4 gün sonra 2200 manat pul vermiş, qalan 16000 manatı isə tezlikdə qızılları satıb verəcəyini demişdir. Bundan sonra Rəsmiyyədən satmaq üçün xx.xx.2023-cü il tarixdə 20,3 qramlıq 750 əyar 1980 manat dəyərində italyan qızılı komplekt, daha sonra 19 qramlıq 750 əyar 1800 manat dəyərində italyan qızılı boyunbağı, daha sonra həmin tarixdə 15 qramlıq 750 əyar 1490 manat dəyərində İtalyan qızılı qolbaq, daha sonra həmin tarixdə 13,9 qramlıq 750 əyar 1330 manat dəyərində İtalyan qızılı boyunbağı, daha sonra həmin tarixdə 13 qramlıq 750 əyar 1300 manat dəyərində İtalyan qızılı qolbaq və həmin tarixdə sonda 20,2 qramlıq 750 əyar 2000 manat dəyərində İtalyan qızılı boyunbağı, ümumilikdə isə 9900 manatlıq qızıl götürmüşdür. Ümumi borcu isə xx.xx.2023-cü il tarixinə 25900 manat təşkil eləmişdir. xx.xx.2023-cü il tarixində o yenidən qızıl götürmək üçün bazara gəlmiş, lakin Rəsmiyyə ona qızıl vermək istəməmiş, Arzuya zəng eləmiş, Arzu isə narahat olma demişdin. Rəsmiyyə Arzunun sözünə görə ona inanıb həmin tarixdə 13,3 qramlıq 750 əyar 1270 manat dəyərində İtalyan qızılı komplekt, daha sonra həmin tarixdə 9,1 qramlıq 585 əyar 870 manat dəyərində Türk qızılı boyunbağı, daha sonra həmin tarixdə 6,5 qramlıq 585 əyar 630 manat dəyərində Türk qızılı qolbaq və həmin tarixdə sonra 10 qramlıq 585 əyar 930 manat dəyərində Türk qızılı komplekt vermişdir. xx.xx.2023-cü il tarixində onun götürdüyü qızılların dəyəri 3.700 manat, ümumilikdə borcu isə 29600 manat təşkil eləmişdir. Bundan sonra 2024-cü ilin fevral ayında o Rəsmiyyəyə həmin məbləğdən 1000 manat pul qaytarmış lakin qalan məbləği verə bilməmişdir. Sonuncu dəfə Rəsmiyyənin bacısından 1110 manat dəyərində iki cüt 585 əyar qızılı sırğa və 500 manat olmaqla nağd pul götürmüşdür. Onun Rəsmiyyəyə borcu 17000 manat təşkil etmişdir. O təxminən 2023-cü ilin dekabr ayı ərzində ayrı-ayrı vaxtlarda Rəsmiyyəyə 9700 manat məbləğində pul vermişdir. O, Rəsmiyyədən pulu əvvəlvə özü üçün, lakin sonradan durumu pis olduğu üçün satmaq adı ilə almışdır. Evdə xəstəsi olduğundan borcları yaranıb, pulu ona sərf etmişdir, o, Rəsmiyyədən bacısına satmaq üçün qızıl almamışdır. O, Rəsmiyyənin düz danışmadığını, öz dediyi fikrin doğru olduğunu demişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Eyni Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Eyni Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, şifahi alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiaçıya olan borcunu ödəməlidir.
20. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
21. Belə ki, məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər şifahi formada alqı-satqı müqaviləsi bağlamışdır. Nəzərə alınsa ki, hazırkı işdə tərəflər arasında rəsmi reyestrdə qeydə alınmalı olmayan daşınar əşyaların alqısatqısı olub və belə müqavilələrin şifahi qaydada bağlanması da istisna edilmir, belə olan halda, işin müəyyən edilmiş halları tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin olmasını göstərir.
22. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 2023-cü ildə, müxtəlif vaxtlarda, müxtəlif məbləğ, əyar və çəkidə, hissə-hissə ödəmək şərti ilə qızıl-zinət əşyaları satmış, cavabdeh həmin məbləğin bir hissəsini ödəmiş, daha sonra üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Roma hüququnun “pacta sunt servanda” (müqavilələr icra edilməlidir) prinsipinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli), kreditorun isə bunu tələb etmək hüququ vardır.
23. Cavabdeh polis idarəsində verdiyi izahatında İddiaçı 29600 manat məbləğində qızıl aldığını, hazırda həmin qızılın pulundan 2024-cü ilin fevral ayında 1000 manat qaytardığını, ona hazırda 17000 manat borcu olduğunu etiraf etmişdir.
24. Beləliklə, cavabdehin iddiaçı qarşısında 29600 manat dəyərində öhdəliyinin yaranması faktı iş materialları ilə tam şəkildə sübuta yetirilmişdir. Bu, işin mübahisəsiz halıdır.
25. Hazırda mübahisə predmeti öhdəliyin həcmi deyil, onun nə qədər hissəsinin ödənildiyi və yekun borcun məbləğidir.
26. Belə ki, cavabdeh polis idarəsində verdiyi izahatında 2024-cü ilin fevral ayında borcdan 1000 manat qaytardığını bildirmiş, məhkəmə iclasında iddiaçı həmin məbləğin qaytarılmasını inkar etməmişdir.
27. Məhkəmə bildirir ki, alqı-satqı müqaviləsinə əsasən satıcı əmlakı təhvil verməli, alıcı isə dəyərini ödəməlidir. Hazırda öhdəliyin tam və ya qismən icra edilməsini (qalıq borcun məbləğini) sübutetmə yükü cavabdehin üzərinə düşür. Başqa sözlə, cavabdeh etdiyi ödənişləri mötəbər sübutlarla təsdiq etməlidir.
28. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
29. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
30. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
31. Sübutetmə yükünü daşımasına baxmayaraq, cavabdeh iddianın əsassız olmasını təsdiq edə biləcək sübutları (qəbz, bank çıxarışı, köçürmələri təsdiq edən sənəd, ödənişlə bağlı aralarında bağlanmış akt, şahid ifadələri və s.) məhkəməyə təqdim etməmişdir.
32. Cavabdeh polis idarəsində verdiyi izahatında borcunun 17000 manat qaldığını bildirsə də, iddiaçı borcdan cəmi 1000 manat ödənildiyini bildirmiş, cavabdeh tərəfindən ödənişlərlə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.
33. Belə olan halda cavabdeh sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.
34. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü və icra etmədiyi 28600 manat məbləğində öhdəliyi mövcuddur.
35. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 170,40 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
37. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində pul və 170,40 (bir yüz yetmiş manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Nəticə hissəsi:
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində pul və 170,40 (bir yüz yetmiş manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva