Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6497/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Əizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Ərizənin mümkünlüyü yoxlanılarkən ərizəçi tərəfindən MPM-nin 317.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildi. Belə ki, ərizənin məzmunundan görünür ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məsələ qaldırılan şəxs ərizəçinin qardaşının arvadıdır. Qanun tələbinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş yaxın qohumlar – valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırılır. MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin normanın məzmunu belə qənaətə gəlməyə əsas verir ki, xüsusi icraat qaydasında məhkəməyə daxil olmuş ərizələrin mümkünlüyü yoxlanılarkən iddianın verilməsi qaydasını nəzərdə tutan həmin Məcəllənin Xİİ fəslinin tələbləri nəzərə alınmaqla eyni zamanda 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlər rəhbər tutulmalıdır. Qeyd olunan hüquq normaları göndərici xarakterli olmaqla, bu zamanı iddia icraatı qaydasını nəzərdə tutuan normalar ümumi, xüsusi icraat işlərinə baxılma qaydasını nəzərdə tutuan normalar isə xüsusi norma kimi çıxış edir. Qanunvericiliyin tələbinə görə normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Bu baxımdan məhkəmə xüsusi normanın üstünlüyü prinsipini rəhbər tutaraq hesab etmişdir ki, məhz şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müracət etmənin forma və məzmununu nəzərdə tutan 317.2-ci maddə xüsusi norma kimi çıxış etməklə müraciət edən şəxsin konkret dairəsini imperativ olaraq göstərmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmunun ilə tələbləri nəzərdə tutan MPM-nin 149-cu maddəsi iddiaçının adının qeyd edilməsi ilə kifayətlənsə də, MPM-nin 317.2-ci maddəsi ərizəçi qismində çıxış edə biləcək subyektlərin konkret dairəsini məhdudlaşdırmış və həmin şəxslər tərəfindən ərizə ilə məhkəməyə müraciət etmənin mümkünlüyünü tanımışdır. Bu baxımdan məhkəmə ərizənin forma və məzmununa əməl edilmədiyi qənaətinə gəlir. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə və əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 347, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada növbəti dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6497/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6497/2022
23.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver