Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-65/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Mehtiyev Tahir Əbülhəsən oğluna və Cavabdeh2 qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə ünvan 7qayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Mehtiyev Tahir Əbülhəsən oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ünvan 7qayıt Şəhər Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0052 ha olan qeyri-yaşayış sahəsi ilə cavabdehin faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin arasında yerləşən ayaq yoluna gedən yolun girişində cavabdeh tərəfindən hörülmüş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0052 ha olan qeyri-yaşayış sahəsi xx.xx.2013-cu il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin qeyri-yaşayış sahəsini çay evi və bərbərxana kimi işlədir. Cavabdeh də onunla qonşuluqda kafe işlədir. İki obyektin arasında ümumi istifadədə olan ayaq yolu var. Cavabdeh həmin ayaq yoluna gedən yolun girişini kərpiclə hörərək bağlayıb və həmin ayaq yolundan istifadə etmək mümkün deyil. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək, tələb etmişdir ki, həmin tikilini söksün. Lakin cavabdeh bunundan imtina edir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Tahir Mehtiyev tərəfindən iddiaya yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sökülməsini iddia etdiyi tikilinin ona məxsus olan qeyri-yaşayış sahəsinə hər hansı aidiyyəti yoxdur. Cavabdeh ona məxsus olan əraziyə girməmiş, zəbt etməmişdir. Tərəfindən aparılan tikili ona qanuni əsaslarla ayrılmış, istifadəsinə verilmiş torpaq sahəsi üzərindədir. Bundan başqa həmin ərazidə o, qanuni əsaslarla istifadə edərək vergi ödənişini həyata keçirir. İddiaçının ona qarşı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı iddia tələbində qeyd edir ki, cavabdeh onunla qonşuluqda kafe işlədir. Halbuki həmin kafe cavabdehə məxsus deyil. Kafe Cavabdeh2 adınadır və həmin şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. İddiaçının vəsatəti əsasında Cavabdeh2 iş üzrə cavabdeh kimi cəlb olunmuşdur. ünvan 7qayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində ekspertin rəyi məhkəməyə daxil olmuş və icraat təzələnmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, ekspert rəyindən də müəyyən edilir ki, Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi texniki göstəricilərə uyğun deyil. Mübahisə predmeti olan tikilinin, hörülmüş hissənin kimə məxsus olması ekspert rəyi ilə müəyyən edilməmişdir. Hörgünün hörülməsini cavabdeh özü də etiraf edir. Ayaqyoluna gedən yol əvvəllər açıq olub. Qeyd edilənlərə əsasən iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, o, qeyri-yaşayış sahəsini 2005-ci ildə almış, iddiaçı isə oraya 2013-cü ildə gəlmişdir. Hörgü işlərini o, təxminən 3 il əvvəl aparmış və sözügedən obyektdə çertyoja uyğun şəkildə hörgü hörülmüşdür. Orada ümumi istifadədə olan ayaqyolu olmayıb və ayaqyolu təxminən 1 il olar ki, tikilib. İddiaçının oradan yolu olmayıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1973-cü ildə, Qubadlı rayonu, Ulaşlı kəndində anadan olmuş, həmin ərazidə də qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1956cı ildə, Göyçay rayonu, Qarabağlar kəndində anadan olmuş, ünvan 7qayıt şəhəri, 9-cu mikrorayon, ev 25A, mənzil 37 ünvanında qeydiyyatdadır. Cavabdeh Tahir Mehtiyev isə xx.xx.1952-ci ildə, ünvan 3 ünvanında qeydiyyatdadır. ünvan 7qayıt şəhər İcra Hakimiyyəti Mənzil –Kommunal Təsərrüfat İstehsalat Birliyinin 9 saylı Mənzil Kommunal Sahəsini 322 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən cavabdeh Tahir Mehtiyev ünvan 5 ünvanında yaşayır. RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0052 ha olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013cü il tarixində qeydiyyata alınmışdır. İş materiallarına ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportu əlavə edilmişdir. ünvan 7qayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2007-ci il tarixli məktuba əsasən ona məxsus olan 9-cu mikrorayon ərazisində yerləşən, sahəsi 12 kv.m. ticarət köşkünün Memarlıq və Şəhərsalma idarəsinin tərtib etdiyi eskiz layihəsinə uyğun olaraq yenidən qurulmasına etiraz edilmir. ünvan 7qayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2017-ci il tarixli məktuba əsasən ünvan 7qayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 9-cu mikrorayon ərazisində yerləşən sahədə mövcud ticarət köşkünün yenidən qurulması məqsədilə Memarlıq və Şəhərsalma idarəsinə təqdim etdiyi tikinti layihəsinə müvafiq qaydada baxılaraq razılaşdırılmışdır. İş materiallarına Cavabdeh2 məxsus olan ünvan 7qayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 652/1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportu əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7232 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli, 652/1 saylı “İnşaat Pasportu”ndakı göstəricilərə uyğun olmadığı müəyyən olundu. Ərazinin zəbt edilibedilməməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. X1 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin, xx.xx.2013-cü il tarixli, **********27-06301 reyestr nömrəli, texniki pasporta əsasən İddiaçı məxsus ünvan 7qayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, 21В ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisinə daxil olmadığı müəyyən olundu. İşin hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən tərəflərin və onların nümayəndələrinin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya və Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahələri qonşuluqda yerləşir. Həmin qeyri-yaşayış sahələrini plastik arakəsmə ayırır. Plastik arakəsmə Cavabdeh2 məxsus obyektin sonunda bitir və iddiaçının ona məxsus olduğunu iddia etdiyi ayaqyolunun qapısı buraya açılır. Plastik arakəsmənin sonu cavabdeh tərəfindən kərpiclə hörülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (159). Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər (166.3.). İddiaçı hazırkı iddiasında ona məxsus qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi arasında yerləşən ayaqyoluna gedən yolun cavabdeh tərəfindən hörülərək bağlandığını və bununla da onun hüquqlarının pozulduğunu bildirir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçının ona məxsus olduğunu iddia etdiyi ayaqyoluna gedən yol kimi qiymətləndirdiyi ərazi iddiaçının mülkiyyətində və ya hər hansı qanuni istifadəsində deyildir. İddiaçı həmin ərazinin ona məxsusluğunu və ya həmin ərazinin əvvəllər ümumi istifadədə olan yol olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Eyni zamanda xx.xx.2023-cü il tarixli, 10/7232 nömrəli ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən 47,1 kv.metr qeyri-yaşayış tikilisi İddiaçı mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 7qayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə olan vəziyyətinə dair **********27-06301 reyestr nömrəli, 16967 inventar nömrəli Texniki Pasport tərtib edilmişdir. Texniki pasporta əsasən mülkiyyətə verilmiş qeyri-yaşayış sahəsi müxtəlif təyinatlı 5 tikilidən ibarətdir. 6 nömrəli tikili (sanitar qovşaq) isə sahəsi 2,6 kv.metr olmaqla, zəbt torpaq sahəsində inşa olunmuş özbaşına tikili kimi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının ona məxsus olduğunu iddia etdiyi ayaqyolu (sanitar qovşaq) da özbaşına tikili olmaqla iddiaçının onun üzərində mülkiyyət hüququ mövcud deyildir. Belə olan halda iddiaçı həmin sanitar qovşağa gedən yolun cavabdeh tərəfindən zəbt edilməsinə əsaslana bilməz. Belə ki, Mülki Məcəlləyə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). İddiaçı tərəfin əsas dəlillərindən biri iş üzrə məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyində Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli, 652/1 saylı “İnşaat Pasportu”ndakı göstəricilərə uyğun olmadığının qeyd edilməsi olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, ekspert rəyində Cavabdeh2 məxsus qeyriyaşayış sahəsinin, xx.xx.2013-cü il tarixli, **********27-06301 reyestr nömrəli, texniki pasporta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ərazisinə daxil olmadığı da qeyd edilmişdir. Yəni, hətta Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsində texniki pasporta uyğun olmayan hansısa tikinti işləri aparılmışsa belə, bunun iddiaçıya məxsus obyektə hər hansı aidiyyəti yoxdur. İddiaçının qeyd etdiyi hörgü işi cavabdeh tərəfindən aparılsa belə, həmin hörgü Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsinin hüdudlarında aparılmış və iddiaçıya aid sahəyə hər hansı müdaxilə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Mehtiyev Tahir Əbülhəsən oğluna və Cavabdeh2 qarşı xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0052 ha olan qeyri-yaşayış sahəsi ilə cavabdehin faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin arasında yerləşən ayaq yoluna gedən yolun girişində cavabdeh tərəfindən hörülmüş tikilinin cavabdehin hesabına sökülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 7qayıt Şəhər Məhkəməsi vasitəsilə ünvan 7qayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-65/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-65/2023
03.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver