Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-651/2021 01.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə ərazisində yerləşən 688A nömrəli fərdi yaşayış evinə əsassız hesablanmış 163.38 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, xx xxx 1988-ci il tarixdə Qubadlı rayonu, Çərəli kəndində anadan olmuşdur. 1993-cii il tarixdən məcburi köçkün kimi yuxanda göstərilən ünvanda yaşamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, sözü gedən fərdi yaşayış evini 2006cı il tarixdə almışdır. X2 etdiyinə görə müəyyənləşdirilmiş ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Hal-hazırda istifadə etdiyi elektirik enerjisinə görə cavabdehə borcu yoxdur. Lakin, elektrik enerjisisni təmin edən cavabdeh təşkilat tərəfindən onun xx xxxxxx 2016-cı il tarixədək 163.38 manat borcu olduğu bildirilmişdir. O, bununla bağlı cavabdeh "Cavabdeh’’ ASC-yə müraciət edərək, borcun necə yarandığını öyrənmişdir. Oradan ona şifahi şəkildə izah olunmuşdur ki, həmin borc qaçqın borcudur. Halbuki, o, məcburi köçkündür. Bununla bağlı cavabdeh təşkilata etirazını bildirmiş və əsassız olaraq hesablanmış borcun silinməsini tələb etmişdir. Lakin ona bildirilmişlər ki, borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etsin. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, əsassız olaraq hesablanmış 163.38 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı “qaçqın borcu” 163.38 manat təşkil edir. Lakin iddiaçının sayğac üzrə heç bir borcu yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında arayışdan görünür ki, abunəçi X1 məxsus yaşadığı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə ərazisində yerləşən 688A nömrəli fərdi yaşayış evinə X2yə görə hesablanmış 163.38 manatın qarşısında “Qaçqın borcu silinmə” göstərilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə “Miokard infaktı” xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan AA 504995 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qubadlı rayonundan məcburi köçkündür. İş materiallarında olan “İnşaatçı” 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 619 nömrəli, xx.xx.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə ərazisində yerləşən 688A nömrəli fərdi evdə yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enercjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın tələblərinə zidd olaraq əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış borc silinməlidır. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilə yoxdur, eləcə də mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla, həmin borcun yaranmasına səbəb olan abonentin limitdən artıq sərfiyyatı qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən X2yə görə Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə ərazisində yerləşən 688A nömrəli fərdi evə (Abunə kodu: **********02040) hesablanmış 163.38 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən X2yə görə Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə ərazisində yerləşən 688A nömrəli fərdi evə (Abunə kodu: **********02040) hesablanmış 163.38 manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-651/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-651/2021
01.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver