Məhkəmə qərarları › İş №2(060)-652/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-652/2025

03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-652/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1, 63 saylı mənzilin Sumqayıt Şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 13/278 nömrəli orderin, Sumqayıt Şəhər XDS-nin xx.xx.1977-ci il tarixli, 3 nömrəli protokolunun onun mərhum həyat yoldaşı X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6610/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərilən nöqsanlar aradan qaldırılmışdır. Dövlət rüsumu ödənilmiş, iddia ərizəsinin məzmununa dəyişiklik edilmişdir. O, X6 ilə 24 yanvar 1962-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. 12 oktyabr 2015-ci il tarixdə X6 vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən 63 saylı mənzildə xx.xx.1977-ci ildən yaşayırlar, yaşayış sahəsinin ayrılması barədə Sumqayıt Şəhər XDSnin xx.xx.1977-ci il tarixli, 3 nömrəli protokolunun arxiv çıxarışında mənzil sahibi X2 ata adı tam qeyd olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02 iyul 2024-cü il tarixli iş № 3-21-31/2- 2314/2024 sayli imtina məktubu aşağıdkı məzmundadır. ünvan 2 ünvanında yerləşən 63 saylı mənzilin qeydiyyata alınması, reyestrindən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə ‘‘Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqyıt Ərazi İdarəsində baxılmışdır. Təqdim edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ərizəyə 13/278 nömrəli orderin surəti əlavə olunmuş, təqdim edilən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 265 nömrəli arxiv çıxarışında isə mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınması nəzərdə tutulan şəxsin Ərizəçi adı qeyd edilməmişdir. Həmçinin yaşayış sahəsinin ayrılması barədə Sumqayıt Şəhər XDS-nin xx.xx.1977-ci il tarixli, 3 nömrəli protokolunun arxiv çıxarışında mənzil sahibi X2 ata adı tam qeyd edilməmişdir. O, Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri, 13 MR, ev. 29, 63 saylı mənzilin onun mərhum həyat yoldaşı X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia tələbi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında “ərizəçi Sumqayıt şəhər XDS İK Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 13/278 nömrəli orderə düzəliş edilməsi üçün həmin orderi verən orqana müraciət etdiyini təsdiq edən sənədi, eyni zamanda qeyd edilən orqan tərəfindən düzəliş edilməsindən imtina olunmasını, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasının qeyd edildiyi hər hansı bir sənədi iş materiallarına əlavə edilmədiyinə" görə iddianın yolverilməzliyi nəticəsinə gəlmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sumqayıt Şəhər XDS-nin xx.xx.1977-ci il tarixli, 3 nömrəli protokolunun arxiv çıxarışında mənzil sahibi X2 ata adının tam qeyd edilməsini xahiş etmişdir. Ərizəçi sonradan ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1, 63 saylı mənzilin Sumqayıt Şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 13/278 nömrəli orderin, Sumqayıt Şəhər XDS-nin xx.xx.1977-ci il tarixli, 3 nömrəli protokolunun onun mərhum həyat yoldaşı X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, şöbənin arxivində 1977-ci ilə dair sənədlər mövcud olmadığından qaldırılan məsələ ilə əlaqədar yerində araşdırma aparılması mümkün olmamışdır. Eyni zamanda ərizədə göstərilənlərə əsasən aşağıda qeyd olunanlar müəyyən edilmişdir. Ərizəçi vətəndaş X7 ilə xx.xx.1962-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, 2015-ci ildə X7 vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilə dair Sumqayıt Şəhər XDS-nin xx.xx.1977-ci il tarixli, 3 nömrəli protokolu əsasında X2 adına 13/278 saylı order verilmişdir. Həmçinin yaşayış sahəsinin ayrılması barədə Sumqayıt Şəhər XDS-nin xx.xx.1977-ci il tarixli, 3 nömrəli protokolunun Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 265 nömrəli arxiv çıxarışında mənzilin kirayəçisi X2 ata adı tam qeyd edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş arxiv sənədində mərhum X2 ata adının tam qeyd edilmədiyi ilə bağlı yanlışlığın düzəldilməsi yerli İcra Hakimiyyəti orqanlarının səlahiyyətləri xaricində olduğundan Ərizəçi xahişinin təmin edilməsi mümkün hesab edilmir. Qeyd edilənlərin nəzərə alınaraq, Ərizəçi ərizəsinin təmin olunmasına etiraz olunur. Yaranmış vəziyyətlə əlaqədar işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunur. Məhkəmə iclasında ərizəçi qızının nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. 16 dekabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6610/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-6/1-B-154-068/2024 nömrəli ərizəyə cavabdan görünür ki, 1977-ci ilə dair sənədlər arxivdə mövcud olmadığından qaldırılan məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 oktyabr 2015-ci il tarixli, AZ-İ seriyalı, 775817 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 12 oktyab 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015ci ilin 10-cu ayının 22-ci günündə 801 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 265 saylı Arxiv çıxarışından müəyyən olunur ki, Bünyatov Teyub P –nin adı səhvən Teyub yazılmış, atasının adı isə tam yazılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilin qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Təqdim edlən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ərizəyə 13/278 nömrəli orderin surəti əlavə olunmuş, təqdim edilən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 265 nömrəli arxiv çıxarışında isə mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınması nəzərdə tutulan şəxsin, X5 adı qeyd edilməmişdir. Həmçinin yaşayış sahəsinin ayrılması barədə Sumqayıt Şəhər XDS-nin xx.xx.1977-ci il tarixli, 3 nömrəli protokolunun arxiv çıxarışında mənzil sahibi X2 ata adı tam qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, sözügedən daşınmaz əmlakın X2 adına qeydiyyata alınması ilə bağlı qanuni nümayəndə tərəfindən, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı məhkəmə qərarı ilə birlikdə müraciət olunacağı təqdirdə hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsinə qanunamüvafiq qaydada baxılacaqdır. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhəri mənzil bölüşdürmə, mənzil dəyişdirmə və mənzil-tikinti kooperativləşdirmə mənzillərinin bölüşdürülməsi komissiyası tərəfindən, xx.xx.1977-ci ildə hüquqmüəyyənedici sənəd olan xx.xx.1977-ci il tarixli, 3 №-li protokolda X3 ata adı tam qeyd olunmamışdır. Qeyd olunan hüquq müəyyənedici sənəd olan protokolda yanlışlıqlar aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və sair hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin sənədlərində göstərilən həqiqi soyadı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilənadı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) ona məxsus olmasıfaktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaqüçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 13/278 №-li, xx.xx.1977-ci il tarixli orderi və xx.xx.1977-ci il tarixli 3 №-li protokolunun X4 məxsus olması faktı müəyyən olunmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 13/278 №-li, xx.xx.1977-ci il tarixli orderi və xx.xx.1977-ci il tarixli 3 №-li protokolunun X4 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar