Məhkəmə qərarları › İş №2(060)-6539/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6539/2023

20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6539/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilərək hesablanmış cərimə borcunun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli G-4 №li**********870 markalı nömrəli məişət qaz sayğacına qanunsuz qeyd edilən 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat olan cərimə aktın ləğv edilməsi, borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanı 2015-ci ildə alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətindədir. Mülkiyyəti aldıqdan sonra 2 ay sonra”Azərqaz” ASC nümayəndəsi mənzilə gələrək qaz sayğacını dəyişmişdir. Yeni qaz sayğacı əvəzinə köhnə qaz sayğacı qoyulmuşdur. Hətta həmin zaman öz etirazını bildirsədə sayğacı dəyişməmişdilər. 2023-cü ilin iyul ayında yenə Azərqaz ASC nümayəndələri mənzilinə gələrək qeyd etmiıdirlə ki, bütün binanın qaz sayğacları dəyişdirilir və onun mənzilidədə qaz sayğacını dəyişməlidirlər. Bu dəfə yeni sayğac qoyaraq köhnə sayğacı özləri ilə aparmışlar. Bu yaxınlarda Azərqaz ASC-nin nümayəndələri 1-ay bundan qabaq mənzilə gələrək ona bildirmişdilər ki, köhnə sayğacında 518.40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc olduğunu bildirdilər. Qeyd edir ki, onun heç bir kommunal borcu heç vaxt olmayıb. Qaz pulu ödənişlərini də daima vaxtı-vaxtında ödəmişdir. Lakin hal-hazırda nümayəndələr ona bildirirlər ki, G-4 №- İi **********870 saylı keçmiş sayğacında borcu qalmışdır. Hesab edir ki, qanunsuz olaraq tərtib edilən akt ləğv edilməli, ona hesablanmış cərimə silinməlidir. Azərqaz ASC halhazırda borcunuz 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat təşkil edilir. Qanuna zidd aktda görə o, niyə artıq ödəniş etməlidir. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının mənzilinə aid sayğac laboratoriyada yoxlandıqdan sonra ona müdaxilə olunduğu aşkarlnamışdır. Sayğacda xətalar aşkarlanmış, nisbi xətayla işlədiyi müəyyən olunmuşdur. Akt əsasında qeyd olunanlara əsasən 518,40 manat borc hesablanmışdır. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 4320 m3. İşdə olan Cavabdeh İB-nin əməkdaşları C.Ağayev, E.Mansurov və N.Ağayevin iştirakları ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli “akt”ın surətindən görünür ki, Metrologiya Departamentinin rəyinə əsasən ünvan 1 ünvanına aid sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, klapanı işlək deyil.Yivli birləşmələri karoziyaya uğrayıb. Hesablama mexanizminin bir ədəd dişli çarxının dişləri kənar təsir nəticəsində əzildiyi üçün sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı məxsus Abşeron, Sumqayıt şəhəri, 6-cı mikr, Zəhmət MTK, ev 47, mənzil 50-yə akt əsasında 518,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublukası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tətəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalniz məhkəmə iclasında tadqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı adına olan saygac Sumqayıt şəhəri, 6-cı mkr, Zəhmət MTK, ev 47, 50 mənzilin eyvanında yerləşir və mənzildə yerləşən saygaca kənar şəxs tərəfindən müdaxilə qeyri-mümkühdür. Göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı ünvanına qazın verilməsi təmin edilməsinə baxmayaraq İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasını tam şəkildə təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh İddiaçı istifadə etdiyi lakin ödəmədiyi qazın dəyərinin ödənişini tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə iclasında sayğacın mənzilin eyvanında yerləşməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddiaçı tərəfindən həmin sayğaca müdaxilə olunması danılmazdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə istifadə etməsi öz təsdiqini tapdığından o, həmin məbləğin silinməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 Cavabdeh İstahsalat Birliyinə qarşı cavabdeh X3 tərəfindən hesablanmış 1036,8 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı « aktın etibarsız hesab edilərək hesablanmış cərimə borcunun silinməsi tələbinə dair» iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar